99
DÜNYA DİNLƏRİ
nəticəsində
Zaqatala, Qusar və Bakıda polyak hərbi qarnizonları yaradılır.
Həmin qarnizonların dislokasiya yerlərində katolik çasovnyalar (kiçik kilsələr)
ucaldılır. Burada dini ayinləri kapellanlar (hərbi keşişlər) icra edirdi.
XIX əsrin sonu - XX əsrin əvvəllərində Bakıda yaşanan neft bumu da
katoliklərin sayının artmasına səbəb oldu. Onlar arasında həkim, əczaçı, mühəndis,
memar və digər peşələrin sahibləri vardı. Bakıya gələn katoliklər əsasən polyak
idi. 1916-cı ildə şəhərdə katolik kilsəsinin üzvlərinin sayı 2550 nəfərə çatdı.
1903-cü ildə katoliklər Bakıda Roma Katolik Xeyriyyə Cəmiyyəti və Açıq Ev -
Polyak Katolik Cəmiyyətini təsis etdilər. Yenə həmin il şəhər qəbiristanlığında
Müqəddəs Xaç kilsəsini ucaltdılar. 1904-cü ildə isə katolik prixodun birsinifli
dördillik məktəbi açıldı. Lakin katolik icması üçün ən əlamətdar hadisə 1912-
ci ildə baş verdi. Həmin il Bakıda Məryəm Ananın şərəfinə möhtəşəm katolik
məbədi açıldı. Qotik üslubda tikilən bu kilsədə eyni anda 1200 nəfər ibadət edə
bilirdi. Sovet hakimiyyəti illərində həmin kilsə dağıdıldı (1931 və ya 1934-cü
il), katolik icma isə məhv edildi.
Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra katolik icması
yenidən fəaliyyətini bərpa edə bildi. 2 aprel 1999-cu ildə Bakı şəhəri Roma
Katolik dini icması dövlət qeydiyyatına alındı. Həmçinin ümummilli lider Heydər
Əliyevin göstərişi ilə Bakıda katolik kilsəsinin inşası üçün ərazi ayrıldı. Nəticədə
2007-ci ildə ölkə paytaxtının ən gözəgəlimli yerində Məryəm Ananın şərəfinə
katolik kilsə ucaldıldı. 2011-ci ildə isə “Azərbaycan Respublikasında
Katolik
kilsəsinin Apostol Prefekturası” dini qurumu dövlət qeydiyyatından keçdi.
Respublikamızda katoliklik mənsublarının sayına görə pravoslav və
protestantlıqdan sonra gəlir. Ölkəmizdə katolik icma kiçik olsa da,
ictimai
həyatda fəal iştirak edir, geniş xeyriyyə fəaliyyəti ilə məşğul olur. Azərbaycan
Respublikasında Katolik kilsəsinin Apostol Prefekturasının nəzdində Tereza
Ana adına kimsəsizlər üçün sığınacaq evi, “Məryəm” tədris mərkəzi və digər
xeyriyyə təsisatları fəaliyyət göstərir.
Protestantlıq
Azərbaycanda protestantlığın yayılmağa başlaması çar Rusiyası
dövrünə təsadüf edir. Lüteranlıq və piyetizm
ölkəmizdə yayılan ilk protestant
cərəyanlarıdır. Belə ki, 1819-cu ildə vürtemberqli separatçılar
ölkəmizdə
MULTİKULTURALİZMƏ GİRİŞ
100
Yelenendorf (indiki Göygöl şəhəri) və Annenfeld (indiki Şəmkir) adlı ilk
alman məskənlərinin əsasını qoydular. Sonrakı illərdə vürtemberqli separatçılar
ölkəmizdə daha altı alman koloniyası yaratdılar.
Bazel Yevangelik Missioner Cəmiyyəti də Qafqazda,
eləcə də Şimali
Azərbaycanda lüteranlığın yayılmasında rol oynayırdı. Həmin cəmiyyətin
missionerləri XIX əsrin 20-ci illərində Şuşa şəhərində missioner məktəb
və xristian ədəbiyyatını çap edən mətbəə açmaqla regionda lüteranlığın
möhkəmlənməsinə təsir göstərdilər. Bununla yanaşı, çar Rusiyası
dövründə
Şimali Azərbaycanın müxtəlif bölgələrində baptistlərə
və Yeddinci Günün
Adventistləri Kilsəsinə
məxsus protestant icmalar da təşəkkül tapmışdı.
Sovet hakimiyyəti illərində təqib və təzyiqlərlə üzləşən protestantlar
Azərbaycan yenidən dövlət müstəqilliyini bərpa etdikdən sonra azad və sərbəst
şəkildə fəaliyyət göstərmək imkanı qazandılar. Hazırda ölkəmizdə protestantlıq
müxtəlif cərəyanları ilə təmsil olunmuşdur. Qeyd edək ki, Azərbaycanda dövlət
qeydiyyatından keçən protestant icmaları bunlardır: “Yeni Həyat” Xristian incil
dini icması, Xilaskar Yevangelik Lüteranların Bakı dini icması, “Həyat sözü”
Xristian dini icması, “Həyat Sözü - 2” Sumqayıt xristian dini icması, Bakı şəhəri
Yevangelist Məsihi Baptistlərinin “Aqape” dini icması, Bakı şəhəri Nərimanov
rayonu “Yeddinci Günün Adventistləri” dini icması, “Gəncə
şəhəri Yeddinci
Günün Adventistləri” xristian dini icması, “Vineyard Azərbaycan” xristian dini
icması, Bakı şəhəri “Alov” xristian dini icması.
Ruhani Xristianlıq
Ruhani xristianlıq – XVII-XVIII əsrlərdə Rusiya imperiyasında kəndli
mühitində yaranmış, Rus Pravoslav Kilsəsinin ruhani sinfi və dini ayinlərinə
qarşı çıxmış,
sosial bərabərliyə, xristian qardaşlığına və erkən xristianların
yaşayış tərzinə qayıtmağa çağıran, Tanrıya “ruh və həqiqətdə” ibadət etməyə
səsləyən rus təriqətlərinə verilən ümumi addır.
Molokanlığın
ardıcılları ölkəmizdə məskunlaşan ilk ruhani xristianlar
olmuşlar. Onların bir qismi çar hökuməti tərəfindən məhkəmə qərarı ilə Qafqaza,
o cümlədən Azərbaycana sürgün edilmişdir. Bir hissəsi isə Qafqazda İsa Məsihin
ikinci gəlişini qarşılamaq üçün könüllü şəkildə məskunlaşmışdır. Azərbaycanda
ilk molokanlar 1832-ci ildə Qarabağ qəzasının Vərəndə mahalında yerləşmişlər.
101
DÜNYA DİNLƏRİ
Daha sonra XIX əsrin 30-40-cı illərində ölkəmizin müxtəlif yerlərində molokan
kəndləri yaranmışdır.
Qeyd edək ki, günümüzdə Azərbaycanda bu dörd molokan dini icması
dövlət qeydiyyatına alınmışdır: Bakı şəhəri “Molokan ruhani-xristian” dini
icması, Sumqayıt şəhəri “Molokan ruhani-xristian” dini icması, Qobustan
rayonu Hilmilli kəndi “Molokan ruhani-xristian” dini icması, İsmayıllı rayonu
İvanovka kəndi “Molokan ruhani-xristian” dini icması.
Ruhani xristianlığın digər qolu olan duxoborluğa
gəlincə, ilk növbədə
qeyd edək ki, Azərbaycanda bu təriqətin ardıcılları 1844-cü ildə məskunlaşaraq
Slavyanka kəndinin əsasını qoymuşlar. Qədəbəy rayonunda yerləşən bu kənd
ölkəmizdə yeganə duxobor yaşayış məskənidir.
Molokanlar dua edərkən. Azərbaycan Respublikasının İsmayıllı rayonunun
İvanovka kəndi. Foto: Reza Deqati.