Dərslik Azərbaycan Dillər Universiteti Elmi Şurasının


 Azərbaycanda Xristianlıq



Yüklə 16,97 Mb.
Pdf görüntüsü
səhifə45/175
tarix02.12.2023
ölçüsü16,97 Mb.
#137209
növüDərslik
1   ...   41   42   43   44   45   46   47   48   ...   175
1 Multikulturalizmə giriş 2019

3.2.6. Azərbaycanda Xristianlıq 
Alban Həvari Kilsəsi
Azərbaycanda xristianlıq hələ İsa Məsihin şagirdləri dövründə yayılmağa 
başlamışdır. Belə ki, bu dini yaymaq məqsədi ilə qədim Azərbaycan dövləti 
olan Qafqaz Albaniyasına apostollar gəlməyə başladılar. Burada xristian dininin 
yayılması apostollar Varfolomey və Faddeyin, eləcə də Faddeyin şagirdləri olan 
Yelisey və Marın adları ilə bağlıdır. Yeliseyin fəaliyyəti nəticəsində indiki Şəki 
rayonunun Kiş kəndi ərazisində “Şərq kilsələrinin anası” kimi məşhurlaşan 
Qafqazın ilk xristian kilsəsinin əsası qoyuldu. Daha sonra Qafqaz Albaniyasının 
digər yerlərində də xristian icmaları meydana gəldi, beləliklə həvari mənşəli 
Alban Kilsəsi təşəkkül tapdı. 
Kiş Alban Məbədi. Şəki şəhəri, Kiş kəndi. I-II əsrlərdə 
daha qədim bütpərəst məbədinin yerində təməli qoyulub.


MULTİKULTURALİZMƏ GİRİŞ
94
Qədim şərq kilsələri qrupuna daxil olan Alban Həvari Kilsəsi nəinki 
Qafqazda, hətta bütün xristian dünyasında ən qədim kilsələrdən biri sayılır. 
Eyni zamanda, bu kilsə vaxtilə Azərbaycan torpaqlarında hakim mövqedə 
olub. Belə ki, 313-cü ildə Arşakilər sülaləsindən olan alban çarı Urnayr 
xristianlığı dövlət dini elan etməklə Alban Həvari Kilsəsini rəsmi kilsə 
statusuna qaldırdı. 
Alban Həvari Kilsəsi Qafqaz Albaniyasının mədəniyyətinin inkişafında 
mühüm rol oynadı. Xüsusən IV-VII əsrlər alban xristian memarlığının 
çiçəklənmə dövrü sayılır. Bu dövrdə Amaras monastırı (IV əsr), Kilsədağ kilsəsi 
(IV-V əsrlər), Mamrux məbədi (IV-V əsrlər), Ləkit məbədi (IV-VI əsrlər), 
Qum bazilikası (IV-V əsrlər), Xudavəng monastır kompleksi (VI-VII əsrlər), 
Mingəçevirdəki kilsə kompleksi (IV-VII əsrlər) kimi möhtəşəm alban xristian 
məbədləri tikilmişdir. 
V-VII əsrlərdə Mehranilər sülaləsi dövründə Alban Apostol Kilsəsinin 
siyasi-iqtisadi mövqeyi güclənmiş, səlahiyyətləri xeyli artmışdır. Həvari mənşəli 
olduğuna görə Alban Kilsəsi hələ 340-cı ildə avtokefal, yəni müstəqil olmuşdur. 
705-ci ildə Qafqaz Albaniyası süquta uğrayıb Ərəb xilafətinin tərkibinə 
qatıldıqdan sonra Alban Həvari Kilsəsi tənəzzül dövrünə qədəm qoymuşdur. 
Buna baxmayaraq, XIII əsrdə knyaz Həsən Cəlalın (1215–1261) hakimiyyəti 
dövründə Alban Həvari Kilsəsinin nüfuzu artmışdır. O, 1240-cı ildə möhtəşəm 
Gəncəsər məbədini inşa etdirmişdir. 1511-ci ildə Gəncəsər monastırı alban 
katolikoslarının iqamətgahına, zaman keçdikcə isə Qarabağdakı Alban 
knyazlığının siyasi mərkəzinə çevrilmişdir. Həsən Cəlaldan sonra onun 
nəslindən olan bir çox din xadimləri 1836-cı ilədək ölkənin mənəvi rəhbərləri, 
Alban Kilsəsinin katolikos-patriarxları olmuşlar.
XIX əsrin əvvəllərində Şimali Azərbaycan torpaqlarının Rusiya imperiyası 
tərəfindən işğal olunması ilə Alban Həvari Kilsəsinin fəaliyyətinə birdəfəlik son 
qoyuldu. Belə ki, çar hökuməti İran və Türkiyədən Şimali Azərbaycana öz sadiq 
nökərlərini - erməniləri kütləvi şəkildə köçürməyə başladı. Çar Rusiyasının 
müstəmləkə rejimi onların vasitəsilə regionda öz dayaqlarını möhkəmləndirməyə 
çalışırdı. Bu səbəbdən Rusiya imperiyası erməni əhalisinin, o cümlədən erməni-
qriqorian kilsəsinin maraqlarını qorumaq yolunu tutmuşdu. Bunu fürsət bilən 
erməni-qriqorian kilsəsi çar hökuməti qarşısında Alban Katolikosluğunun 
birdəfəlik ləğv edilməsi məsələsini qaldırdı. Nəticədə rus çarı I Nikolayın 


95
DÜNYA DİNLƏRİ 
(hakimiyyət illəri: 1825-1855) 11 mart 1836-cı il tarixli Fərmanı ilə Alban 
Katolikosluğu ləğv olundu. Beləliklə, Alban Kilsəsi erməni-qriqorian kilsəsinə 
birləşdirildi. Bununla da tarixi ədalətsizliyə yol verildi.
Erməni ruhanilərinin Alban Apostol Kilsəsinə qarşı ədavəti bununla 
bitmədi. 1909-1910-cu illərdə Rusiya imperiyasının Müqəddəs Sinodu erməni 
keşişlərinə yeparxiyaların köhnə arxiv sənədlərini məhv etməyə icazə verdi. 
Bu qərar isə Alban Apostol Kilsəsinə məxsus bütün tarixi sənədlərin məhvinə, 
yəni erməniləşdirilərək mənimsənilməsinə gətirib çıxardı. Erməni ruhaniləri 
Alban Kilsəsinin sənədlərini məhv edərkən bu qədim şərq kilsəsini tarixin 
yaddaşından birdəfəlik silmək istəyir, gələcəyə hesablanmış məkrli planlar 
həyata keçirirdilər. 
Ermənilər Qafqaz Albaniyasının zəngin maddi-mədəni irsinin 
saxtalaşdırma yolu ilə mənimsəyir, qədim alban məbədləri üzərindəki əski 
kitabələri məhv edir, onları qrabar dilində olan yazılarla əvəzləyir, alban 
kilsələrinin memarlıq quruluşunu dəyişdirirdilər. Akademik Ramiz Mehdiyevin 
qeyd etdiyi kimi, 

Yüklə 16,97 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin