48-ci maddəsində
də vicdan
azadlığı ilə bağlı olduqca demokratik və mütərəqqi prinsiplər yer alıb. Həmin
maddədə vicdan azadlığı aşağıdakı kimi təsbit olunub:
I. Hər kəsin vicdan azadlığı vardır.
II. Hər kəsin dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə
təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, yaxud heç bir dinə etiqad
etməmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ
vardır.
III. Dini mərasimlərin yerinə yetirilməsi, ictimai qaydanı pozmursa və ya
ictimai əxlaqa zidd deyildirsə sərbəstdir.
IV. Dini etiqad və əqidə hüquq pozuntusuna bəraət qazandırmır.
Ulu öndər Heydər Əliyevin dövlət-din münasibətlərinin tənzimlənməsi
istiqamətində həyata keçirdiyi ən mühüm tədbirlərdən biri də 21 iyun 2001-ci ildə
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK)
yaradılmasıdır. Belə ki, DQİDK - dini fəaliyyət sahəsində dövlət siyasətini həyata
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
ölkəmizdəki dini konfessiyaların rəhbərləri ilə birgə ənənəvi
iftar mərasimində.
221
MÜASİR DÖVRDƏ DİN
keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Bu orqanın vəzifələri sırasına dini
etiqad azadlığının təmin olunması, dövlət-din münasibətlərinin tənzimlənməsi
və inkişafının təmin edilməsi, dini etiqad sahəsində maarifləndirmə işinin
aparılması, dini qurumların dövlət qeydiyyatının həyata keçirilməsi, müvafiq icra
hakimiyyəti orqanlarının dini qurumlarla bağlı fəaliyyətinin əlaqələndirilməsi,
öz səlahiyyətləri daxilində dini təhsil ilə bağlı məsələlərin tənzimlənməsi,
həmçinin qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlər daxildir.
Onu da qeyd edək ki, milli-mənəvi dəyərlərin və dini-tarixi abidələrin
qorunması, ziyarətgah, məscid, kilsə və sinaqoqların bərpası, yaxud yeni
ibadət yerlərinin tikilməsi, etnik-dini azlıqların dini tələbatlarının daim diqqət
mərkəzində saxlanılması, Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların
rəhbərləri ilə mütəmadi görüşlərin keçirilməsi, dini bayram və əlamətdar günlər
münasibəti ilə ölkəmizdə yaşayan müsəlman, xristian və yəhudilərə təbriklərin
ünvanlanması Ulu öndər Heydər Əliyevin həyata keçirdiyi uğurlu din siyasətinin
tərkib hissəsini təşkil edirdi.
Göstərilən faktlar sübut edir ki, məhz ümummilli liderin din sahəsində
həyata keçirmiş olduğu uzaqgörən siyasət nəticəsində Azərbaycanda nümunəvi
dövlət-din münasibətləri modeli formalaşmışdır. Bu gün həmin siyasət
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla
davam etdirilir. Bu, ilk növbədə, milli-mənəvi dəyərlərimizin hifz edilməsi,
ölkədə mövcud olan multikultural və tolerant ənənələrin qorunaraq dünya
miqyasına çatdırılması, ibadətgahların əsaslı şəkildə bərpa olunması, yaxud
yeni ibadət yerlərinin tikilərək dindarların istifadəsinə verilməsi, dini icmaların
fəaliyyətlərinə dövlət tərəfindən hər cür dəstəyin göstərilməsi, dinlərarası
münasibətlərin qarşılıqlı hörmət və əməkdaşlıq əsasında qurulmasında təzahür
edir.
Təkcə onu qeyd etmək kifayətdir ki, dövlət başçısı İlham Əliyevin
tapşırığı və müvafiq sərəncamları ilə xalqımız üçün çox böyük dəyər kəsb edən
Bakıdakı Təzəpir, Bibiheybət, Əjdərbəy məscidlərində, Şamaxıdakı Cümə
məscidində, Gəncə şəhərindəki İmamzadə kompleksi və Naxçıvan Muxtar
Respublikasındakı Əshabi-Kəhf ziyarətgahında əsaslı tikinti və yenidənqurma
işləri həyata keçirilmişdir. Həmçinin Prezident İlham Əliyevin Sərəncamına
əsasən Bakı şəhərində Heydər məscidi inşa olunmuşdur. 26 dekabr 2014-cü ildə
istifadəyə verilən bu məscid kompleksi Qafqazın ən böyük məscidi sayılır.
MULTİKULTURALİZMƏ GİRİŞ
222
Azərbaycanda fəaliyyət göstərən qeyri-müsəlman dini icmaları da dövlət
başçısının diqqət və qayğısı ilə əhatə olunmuşdur. Buna nümunə kimi Prezident
İlham Əliyevin göstərişi əsasında Bakı şəhərində tikilmiş dağ yəhudilərinin
sinaqoqunu və ya Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının
Pravoslav Dini-Mədəniyyət Mərkəzini göstərmək olar.
Ölkə ərazisində yerləşən ibadət yerlərinə - məscidlərə, kilsələrə,
sinaqoqlara müəyyən edilmiş limit daxilində pulsuz təbii qazın verilməsi,
müsəlman, yəhudi və xristian dini qurumlarına dövlət tərəfindən maliyyə
yardımının ayrılması da Azərbaycan dövlətinin həyata keçirdiyi tolerant və
multikultural siyasətin bariz nümunəsidir. Təsadüfi deyildir ki, Azərbaycan bu
gün dünyada multikulturalizmin mərkəzlərindən hesab edilir.
Burada Azərbaycanın birinci xanımı və Birinci vitse-prezidenti, UNESKO-
nun və ISESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın rəhbərlik
etdiyi Heydər Əliyev Fondunun fəaliyyəti xüsusən qeyd edilməlidir. Bu fond dini
tolerantlığın bərqərar olmasına, vətəndaş cəmiyyəti quruculuğuna, qloballaşan
dünyaya inteqrasiya prosesində milli-mənəvi dəyərlərin qorunub saxlanılmasına,
dünyada dinlərarası və konfessiyalararası münasibətlərin inkişafına böyük töhfə
verir. Məsələn, Heydər Əliyev Fondunun dəstəyi ilə
“Tolerantlığın ünvanı -
Azərbaycan”
layihəsi çərçivəsində nəhəng işlərə imza atılmış, ölkə daxilində
və xaricində müxtəlif dini konfessiyalara mənsub ibadət ocaqları inşa və ya
bərpa olunmuş, xalqımızın tolerantlıq ənənələrinin beynəlxalq aləmdə təbliği
məqsədilə foto-sərgilər təşkil edilmişdir.
Azərbaycan dövlətinin həyata keçirdiyi din siyasəti haqqında danışarkən
dövlət-din münasibətlərinin daha yüksək səviyyədə tənzimlənməsi və
təkmilləşdirilməsi, habelə ölkəmizdə mövcud olan tolerant və multikultural
durumun daha da möhkəmləndirilməsi məqsədilə təsis edilmiş müxtəlif qurumlar
barədə də bəhs etmək lazımdır. Bu baxımdan Azərbaycan Respublikası Prezidenti
Administrasiyası Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər
şöbəsinin, eləcə də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması
xüsusi qeyd edilməlidir.
Dövlət başçısı İlham Əliyevin 10 oktyabr 2017-ci il tarixli Fərmanı ilə
Mənəvi Dəyərlərin Təbliği Fondunun yaradılması da müasir Azərbaycanda
dövlət-din münasibətlərinin inkişaf tarixində baş vermiş mühüm hadisələrdən
sayılır. Ölkədə mövcud dini konfessiyaların dəstəklənməsini, mənəvi dəyərlərin
223
MÜASİR DÖVRDƏ DİN
qorunmasını və inkişafını, habelə bu sahəyə dövlət dəstəyinin gücləndirilməsini
təmin etmək məqsədi ilə təsis edilən və Dini Qurumlarla İş üzrə Dövlət
Komitəsinin tabeliyində fəaliyyət göstərən Fond mənəvi dəyərlərin qorunması və
inkişafına, bu sahədə sosial layihələrin reallaşdırılmasına, habelə vətəndaşların
dini etiqad azadlığının həyata keçirilməsinə dövlət dəstəyi göstərən qeyri-
kommersiya hüquqi şəxsdir.
Prezident İlham Əliyevin 9 fevral 2018-ci il tarixli Sərəncamına
əsasən Azərbaycan İlahiyyat İnstitutunun yaradılması da ölkəmizdə dövlət-
din münasibətlərinin tənzimlənməsi sahəsində baş vermiş digər mühüm
hadisələrdən biridir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində
fəaliyyət göstərən həmin institutun təsis edilməsində əsas məqsəd Azərbaycan
xalqının tarixi ənənələrinə söykənən və dövlət siyasətinin məntiqi nəticəsi
olan yüksək dini-mənəvi mühitin qorunub saxlanılması və inkişaf etdirilməsi,
dini fəaliyyətin təşkili sahəsində yüksək ixtisaslı kadrların hazırlanmasını
təmin etməkdir. İnstitutda təhsil iki istiqamətdə, İslamşünaslıq və Dinşünaslıq
ixtisasları üzrə həyata keçirilir. Habelə institutda bir fakültə (İlahiyyat), üç
kafedra (İslamşünaslıq, Dinşünaslıq, Dillər və ictimai fənlər) mövcuddur.
Beləliklə, yuxarıda göstərilən faktlar bir daha təsdiqləyir ki, ölkəmizdə
özünəməxsus dövlət-din münasibətləri modeli formalaşmışdır. Bu model
Azərbaycan xalqının zəngin milli-mənəvi dəyərlərinə, tarixən ölkəmizdə mövcud
olan tolerant və multikultural ənənələrə, həmçinin mütərəqqi, ümumbəşəri,
demokratik və dünyəvi prinsiplərə, beynəlxalq hüquq normalarına uyğun olan
qanunvericilik bazasına əsaslanır.
MULTİKULTURALİZMƏ GİRİŞ
224
Dostları ilə paylaş: |