229
ETNİK MÜXTƏLİFLİK VƏ MİLLİ İDEYA
VI FƏSİL
ETNİK MÜXTƏLİFLİK VƏ MİLLİ İDEYA
6.1. Etnik birliklər və onların təkamülü
Dərsliyin I fəslində biz qeyd etmişdik ki, müasir dövrdə,
xüsusilə
də qloballaşma şəraitində, bütün ölkələrdə etnik, irqi,
dini və ya mədəni
müxtəlifliklər mövcuddur. Cəmiyyətdə mövcud olan müxtəlifliklər sistemində
etnik müxtəliflikliyin tərkib hissəsi olan xalq və millətin formalaşması prosesi
irqi, dini və dil müxtəlifliklərinə münasibətdə tarixin sonrakı mərhələlərində
baş vermişdir. Etnik birliyin təkamülünün yüksək forması olan millətin
formalaşması isə Yeni Dövrə təsadüf edir. Etnik birliyin hər bir forması tarixin
müvafiq mərhələsində mühüm rol oynamışdır.
Etnik birlik və ya etnos - öz ərazisinə, adına, dilinə, mədəniyyətinə,
özünüdərkə mənsub olan tayfa, xalq və millət kimi insan birlikləridir.
Ailə,
klan və qəbilə isə protoetnos qrupuna daxildir.
Onlar etnoslarla müqayisədə
daha kiçik birlik qruplarıdır. Protoetnoslar tayfa, sonralar isə xalq, millət kimi
etnosların tərkibinə daxil olmuşdur. Protoetnosların müstəqil mədəniyyəti
yoxdur. Etnoslarla onları yaxınlaşdıran amillərdən ümumi ərazini, birgə iqtisadi
fəaliyyəti, ümumi tarixi göstərmək olar.
Tarix boyu hər bir etnos müəyyən amillərin təsiri altında müvafiq
dəyişikliklərə məruz qalır. Etnosun ilkin forması
genişlənmiş ailədir.
Tədricən
bir neçə genişlənmiş ailə
qan qohumluğuna əsaslanan
qəbilə və tayfalarda
birləşir. Qəbilə və tayfa sinfi cəmiyyətdən əvvəl, ibtidai icma quruluşu dövründə
mövcud olmuşdur.
Qəbilə
ortaq dilə, adət-ənənələrə, əraziyə,
mənşəyə mənsub olan qan
qohumlarını özündə birləşdirirdi. Qəbilə üzvləri öz qan qohumluqlarını dərk
edərək ümumi adla öz birliklərini nümayiş etdirirdilər. Hər bir qəbilə 40-50
nəfərdən ibarət idi. Qəbilənin iqtisadi əsasını icma mülkiyyəti təşkil edirdi. İcma
mülkiyyətinə insanların yaşadıqları və özlərinə gündəlik ərzaq topladıqları ərazi
daxil idi.
MULTİKULTURALİZMƏ GİRİŞ
230
Tayfa
qəbiləyə münasibətdə ibtidai icma quruluşu çərçivəsində insanların
daha yüksək birlik forması idi. Onun əsas fərqləndirici cəhəti eyni kökdən
çıxmış, lakin sonradan bir-birindən ayrılmış qəbilələrin birləşməsi idi. Buna
görə də tayfa qəbilədən sayca daha böyük insan qrupunu özündə birləşdirirdi.
Bununla belə qeyd etmək lazımdır ki, tayfanın da əsasını qan qohumluğu təşkil
edir. Buna görə də tayfa da qəbilə kimi etnik kateqoriya olaraq qalırdı. Eyni
zamanda tayfanın meydana gəlməsi cəmiyyətdə qərarlaşmış çoxfunksiyalılığın
parçalanmasına gətirdi. Bu, onunla izah olunurdu ki, qəbilə hələ də cəmiyyətin
təsərrüfat hüceyrəsi olmaqda davam edirdi. Tayfa isə ictimai funksiyaların
yalnız bir hissəsini həyata keçirirdi. Belə olan bir şəraitdə etnik birliyin təsərrüfat
funksiyalarından ayrılması prosesi başladı.
Xalq
insanların birlik forması kimi tarixin daha yüksək inkişaf
mərhələsində formalaşır. O, qəbilə və tayfadan fərqli
olaraq əsas birləşdirici
amil kimi qan qohumluğunu yox, ümumi ərazi, təsərrüfat fəaliyyəti, ortaq dil,
mədəniyyət, adət-ənənə, psixi davranış tərzini ehtiva edir. Xalqın formalaşması
ilk dövlətlərin meydana gəlməsindən sonra baş verir. Xalqın bu xüsusiyyətləri
onun müxtəlif insan qrupları arasında ərazi, təsərrüfat və qonşuluq əlaqələrinə
əsaslandığını göstərir. Bu isə öz növbəsində xalqın qəbilə və tayfadan fərqli
olaraq mahiyyətinə görə sırf etnik deyil, sosial-etnik birlik forması olduğunu
göstərir. Əgər tayfa iki daha çox qəbilənin birləşməsindən yaranan insanların
birlik formasıdırsa, xalqı tayfaların sırf mexaniki birliyi,
cəmi kimi təqdim
etmək düzgün deyil. Çünki xalqın meydana gəlməsi etnik birliyin inkişafındakı
keyfiyyətcə yeni mərhələdir. Xalqın formalaşması ilə insanların birliyinin təmin
olunmasında qan qohumluğu amilinin rolu arxa plana keçir. Xalqın formalaşması
ilə etnik birliyin əldə olunmasında ortaq dil, mədəniyyət,
birgə təsərrüfat
fəaliyyəti, iqtisadi əlaqələrin hüceyrələrinin yaranması kimi sosial faktorların
əhəmiyyəti artır. Beləliklə,
Dostları ilə paylaş: