Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi



Yüklə 31,99 Mb.
səhifə127/220
tarix27.11.2023
ölçüsü31,99 Mb.
#136637
növüDərs
1   ...   123   124   125   126   127   128   129   130   ...   220
[kitabyurdu.org]-Insan ve Heyvan Fiziologiyasi I hisse- Bakalavr hazirligi uchun derslik

Şəkil 6.29. Beyin sütunu əsasının sxemi: 1-qoxu yolu, 2-görmə siniri, 3-görmə qabarı, 4-adacıq, 5-məsaməli ön maddə, 6-məməciyəoxşar cismlər, 7-məsaməli arxa maddə, 8-beyin ayaqcıqları, 9-gözün hərəki siniri, 10-blokaoxşar sinir, 11-üçlü sinir, 12-Varol körpüsü, 13-
242
beyincik, 14-uzaqlaşdırıcı sinir, 15-üz siniri, 16-eşitmə siniri, 17-diludlaq siniri, 18-azan sinir, 19-əlavə sinir, 20-dilaltı sinir, 21-uzunsov beynin piramidləri, 22-zeytun nüvə, 23-onurğa beynin ön şırımı, 24onurğa beynin ön sütunu, 25-onurğa beynin yan sütunu, 26-birinci boyun sinirinin ön kökü.
Hər bir beyin siniri haqqında qısa da olsa aşağıda məlumat verilmişdir.

  1. cüt – qoxu siniri (n.olfactorius). Saf hissi sinir olub, burunun selikli qişasından başlayaraq incə tellər şəklində xəlbir sümüyünün xəlbir səfhəsindəki xırda dəliklərdən keçir və qoxu soğanaqları deyilən hissəyə çatır. Qoxu sinirləri həmin qoxu soğanaqlarından sonra ilk qoxu mərkəzlərindən keçərək Amon buynuzu və dəniz atı alt qırışındakı ali qoxu mərkəzində qırmaq və dənizatı qırışığının qırmağa yapışan hissəsində yerləşir.

  2. cüt – görmə siniri (n.opticus). Saf hissi sinir olub, gözlərin torlu qişasındakı sinir hüceyrələrindən başlayır. Göz yuvasındakı görmə dəliyindən keçərək kəlləyə girən bu sinirlər beynin alt səthilə gedərək orada çarpazlaşır və görmə çarpazı əmələ gətirir. İbtidai fəqərəlilərdə bu çarpaz tam çarpaz olduğu halda, məməlilərdə torlu qişanın gicgah hissəsindən çıxan liflər çarpazlaşmayıb, yalnız burun hissəsindən çıxan liflər çarpazlaşırlar. Ona görə də görmə sinirləri və ya sinirlərin mərkəzləri birtərəfli pozulduqda göz tamamilə kor olmayıb, sağ və sol gözdən hər birinin yarısı sıradan çıxır və hemianopsiya deyilən pozğunluq alınır. Görmə yolunun lifləri somatik afferent sinir lifləri olub, görmə qabarlarının balışında və dördtəpəli cismin ön iki təpəsində qurtarır. Görmə yolu bu iki mərkəzdən daxili kapsula vasitəsilə beynin ənsə payındakı mahmız yarığına gedir və oradakı ali görmə mərkəzində mahmız şırımında yerləşir.

Dördtəpəli cisimdən bir qrup lif ayrılaraq gözün hərəki sinirinin nüvələrinə gedir və bəbək refleksinin qövsü buradan keçir. Bu refleks sayəsində işıq təsirindən bəbək daralır.

  1. cüt – gözün hərəki siniri (n.oculomotorius). Bu sinir üç növ lifdən təşkil olunmuşdur. Göz almasının altı əzələsindən dördünü (üst, alt, içəri düz və aşağı çəp əzələ) sinirləndirir. Bu liflər,

243
orta beyində yerləşən n.oculomotorius-un nüvəsini təşkil edən hüceyrələrin neyritlərindən ibarətdir. Beləliklə, bəbəyi daraltmaq və büllur cisimin akkomodasiyasını təmin etmək vəzifəsini daşıyır.

  1. cüt – blokaoxşar sinir (n.trochlearis). Saf somatik sinir olub, göz almasının blokaoxşar və ya üst çəp əzələsini sinirləndirən efferent liflərdən və həmin əzələnin propriosetiv afferent liflərindən ibarətdir. Bu sinirin nüvəsi üçüncü cütün nüvəsi ilə yanaşı olub, orta beyində yerləşmişdir. Bu sinir zədələndikdə göz sagital ox ətrafında çevrilmiş olur.

  2. cüt – üçlü sinir (n.trigeminus). Beyin sinirlərindən yeganə sinirdir ki, quruluşca onurğa beyni sinirlərinə oxşayır. Üçlü sinirin uzunsov beyində yerləşmiş nüvəsi vardır.

Üçlü sinir üzün hissi siniridir. Bu sinir zədələndikdə üzün bir tərəfi hissiyyatdan məhrum olur. Xüsusən göz daha çox zərər çəkir. Belə hallarda göz, gözə düşən çirkli şeylərə qarşı qırpma və göz yaşını qüvvətləndirməklə cavab verə bilmir. Ona görə də əksərən bu hal buynuz qişanın iltihabına səbəb olur.

  1. cüt – uzaqlaşdırıcı sinir (n.abducens). Bu sinirin nüvəsi Varol körpüsü nahiyəsində rombaoxşar çuxurun dibində yerləşmişdir. Bu sinir yalnız gözün bayır düz əzələsini sinirləndirir. Bu sinir xarab olduqda göz alması burun tərəfə çevrilir.

  2. cüt – üz siniri (n.facialis). Bu sinir səkkizinci cüt sinirlə birlikdə Varol körpüsünün arxa hissəsindən, zeytunların yanından çıxırsa da, bunların nüvələri ayrı-ayrıdır. Məməlilərdə üz siniri, demək olar ki, tamamilə hərəki sinir olub, çeynəmə əzələlərindən başqa üzdə olan bütün əzələləri (mimik əzələləri) və eləcə də dilaltı sümüyün bəzi əzələlərini göz yaşı vəzlərini və eləcə də çənəaltı və dilaltı tüpürcək vəzlərini sinirləndirir. Bunun tüpürcək vəzlərinə gedən liflərinə təbil siniri (chorda tyumpani) deyilir. Bu liflər sinir sisteminin parasimpatik hissəsinə aid olub, xüsusi nüvəyə malikdir ki, bu nüvə də üz sinirinin nüvəsi yaxınlığında yerləşmişdir.

Üz siniri zədələndikdə üzün mimik hərəkətləri pozulur və
244
xəstə udquna bilmir. Üzün zədələnən sinirə müvafiq gələn yarısı hərəkətsiz qalır və ifadəsini itirir.

  1. cüt – eşitmə siniri (n.acusticus). Saf hissi sinir olub iki yerə bölünür, bir qismi iç qulağın ilbiz hissəsinə gələrək oradakı eşitmə üzvünü sinirləndirdiyindən buna ilbiz siniri deyilir (n.. cochlearis), digəri isə iç qulağın dəhliz və yarımdairəvi kanallarına gedərək oradakı müvazinət və hərəkət duyğusu üzvünü sinirləndirir və özü də dəhliz siniri (n.vestibularis) adlanır. Bu sinir iki vəzifə daşıdığından uzunsov beyində onun bir çox nüvəsi vardır. Səkkizinci cüt sinirin zədələnməsi nəticəsində eşitmə, müvazinət və hərəkət duyğuları pozulur.

  2. cüt – dil-udlaq siniri (n.glossopharyngeus). Bu sinir, bundan sonra gələn azan sinirlə birlikdə uzunsov beyindən və onun zeytun deyilən hissəsinin arxasındakı şırımdan çıxır. Bu sinir dilin kökünə gedərək onu dad lifləri və ümumi hissi liflərlə təchiz edir. Bundan başqa bu sinirin tərkibində bəzi udlaq əzələlərinə gedən hərəki liflər və qulaqaltı tüpürcək vəzisinə gedən sekretor liflər də daxildir. Beləliklə, doqquzuncu cüt sinir qarışıq sinirlərdəndir. Bu sinirin tüpürcək vəzisinə gedən lifləri parasimpatik sinir sisteminə aid olub, ona Yakobson siniri deyilir.

  3. cüt – azan sinir (n.vagus). Bu sinir fizioloji cəhətcə qarışıq sinirlərdən olub, tərkibinə hissi, hərəki, həm də sektor liflər daxildir. Azan sinirin nüvəsi uzunsov beyində olub üç yerə bölünür. Bu nüvənin birinci hissəsi, sinirin tərkibinə daxil olan çoxlu parasimpatik liflərin başlanğıcını təşkil edir.

Azan sinir əsas parasimpatik sinir olub baş, boyun nahiyəsində bəzi üzvləri sinirləndirdikdən sonra döş və qarın boşluqlarına daxil olub, orada bütün daxili üzvləri parasimpatik liflərlə təchiz edir.
Azan sinir nüvəsinin ikinci və üçüncü hissəsi bundan əvvəlki dil-udlaq siniri ilə birlikdə hissi və hərəki nüvələri təşkil edir. Azan sinir qırtlaq, udlaq, qida borusu, mədənin selikli qişasını və bir çox başqa üzvləri hissi liflərlə təchiz edir. Bunlardan ən mühümü ağciyər və aorta kökündən başlayan hissi liflərdir. Azan sinirin efferent liflərindən damağa, qırtlaq və udlağa, nəfəs
245
borusuna və bronxlara gedən hərəki lifləri, qida borusuna, mədə və bağırsaqlara, mədə vəzilərinə, mədəaltı vəzi və qara ciyərə və böyrəklərə gedən sekretor lifləri göstərmək olar.
Bundan başqa azan sinirin tərkibinə ürəyi ləngidən liflər və bir çox damarları genəldən liflər də daxildir.

  1. cüt – əlavə sinir (n.accessorius). Bu sinir yalnız məməli heyvanlarda müstəqil sinirdir; başqa onurğalılarda isə onun vəzifəsini azan sinirin arxa kökləri daşıyır. Bu sinir saf hərəki sinir olub, döş-körpücük-məməyəoxşar və trapesəoxşar əzələləri sinirləndirir. Bu sinir zədələndikdə baş geriyə meyl etdiyi kimi kürək sümüyünün də vəziyyəti dəyişir.

  2. cüt - dilaltı sinir (n.hypoglossus). Onurğalı heyvanlarda isə onurğa beyni sinirlərindən hesab olunur. Bu sinirin nüvəsi uzunsov beyində yerləşmişdir. Bu sinir zədələndikdə dilin və eləcə də dilaltı sümük əzələlərinin hərəkət vəzifəsi pozulur və dil ağızdan xaricə çıxaraq zədələnmiş tərəfə meyl edir.

Beləliklə, baş-beyin sinirləri də bədənin müvafiq hissələrini, xüsusilə baş və gövdə hissələrini sinir lifləri ilə təmin edir. Bu liflər bir tərəfdən dad, qoxu, eşitmə, görmə üzvləri kimi oyanıqlığı son dərəcə yüksək olan hiss üzvlərini, digər tərəfdən üzün mimiki əzələlərini, dil və göz əzələlərini və bu kimi incə və zərif hərəkətlərə qabil olan əzələləri sinirləndirir (şəkil 48). Bəzi sinirlər somatik funksiyalarla yanaşı, vegetativ funksiyalara da təsir göstərir.
Bütün baş-beyin sinirlərinin (12 cüt) nüvələri beyin qabığı ilə sıxı surətdə əlaqədardır.
Bu nüvələrin fəaliyyətinə baş-beyin qabığı başçılıq edir. Xarici mühiti faktorları beyin qabığı vasitəsilə bu sinirlərin nüvəsinə, buradan da daxili üzvlərə təsir göstərir.

Yüklə 31,99 Mb.

Dostları ilə paylaş:
1   ...   123   124   125   126   127   128   129   130   ...   220




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin