Simpatik sinir sistemi. Preqanqlionar simpatik neyronların cisimləri onurğa beynin döş və bel seqmentlərinin boz maddəsinin yan buynuzlarında yerləşir.
Simpatik sinir sisteminin neyronları bütün daxili orqanları (qan damarları, həzm, ifrazat, tənəffüs və cinsiyyət orqanları, saya əzələlər, ürək, bəzi vəzilər – tər, göz yaşı, ağız şirəsi, cinsi vəzilər, böyrəküstü vəzi, beyin maddəsi və s.) sinirləndirir.
Simpatik sinirlər (şəkil 6.36) onurğa beynindən çıxdıqdan sonra onurğa sütununun sağ və sol tərəfi ilə üstdən aşağı uzanmış olan və zənciri xatırladan düyünlərə tərəf yönəlir və bu düyünlərdən keçir. Bu düyünlər bir-biriləri ilə birləşərək hüdud sütunu deyilən bir boylama sütun əmələ gətirir. Bu sütun onurğa sütununa müvafiq olaraq boyun, döş, bel, oma və büzdüm şöbələri adı ilə beş şöbəyə bölünür. Düyünlərin sayı, ümumiyyətlə, fəqərələrin sayına bərabərdir, yalnız boyun və buzdum şöbələrində düyünlər nisbətən azdır, məsələn: boyun nahiyəsində üç düyün olduğu halda, büzdüm şöbəsində bir düyün vardır. Bu düyünlərdən döş boşluğunda və qarın boşluğunun yuxarı hissəsində yerləşənləri birləşdirici şaxələr (rami communicantes) deyilən liflər vasitəsilə onurğa beynilə əlaqədardır.
Bu hüdud sütundan başqa, şəkildən göründüyü kimi, simpatik sinir sisteminə beş sinir düyünü daxildir ki, bunlar da kiprikli
259 düyün, üst boyun düyünü və qarın boşluğunda yerləşmiş olan günəş kələfi, üst və alt müsariqə düyünləridir. Həmin bu düyünlər də hüdud sütunundakı düyünlərdən keçən liflər vasitəsilə onurğa beynilə əlaqədardır. Onurğa beynindən çıxan simpatik sinirlərin hamısı düyünlərdə qırılır, yəni simpatik düyünlərdə yeni neyronlar başlayır. Bu düyünlərdən başlayan simpatik liflər isə ya xüsusi simpatik dəstələr şəklində və ya onurğa beyni sinirlərinin tərkibində üzvlərə yönəlir və o üzvləri simpatik liflərlə təchiz edir.
Parasimpatik sinir sistemi.Yuxarıda qeyd etdiyimiz kimi, parasimpatik sinir sisteminin mərkəzləri orta beyində, uzunsov beyində və onurğa beynin oma nahiyəsində yerləşmişdir (şəkil 6.37). Ona görə də parasimpatik sinir lifləri də həmin yerlərdən çıxır. Orta beyindən çıxan parasimpatik liflər beyin sinirlərindən III cütün, yəni, gözün hərəki sinirinin tərkibində bəbəyi daraldan əzələyə və eləcə də kiprik əzələsinə gedir. Uzunsov beyində yerləşən parasimpatik mərkəzdən çıxan liflər beyin sinirlərindən VII, IX və X cütün tərkibinə daxil olur. VII cütün tərkibinə daxil olan parasimpatik liflərin bir qismi təbil siniri adı ilə müəyyən düyündən keçdikdən sonra çənəaltı və dilaltı tüpürcək vəzlərinə daxil olur. Liflərin digər qismi isə başqa ad altında gözyaşı vəzlərinə damağın burun boşluğunun və udlağın üst şöbəsinin selik vəzlərinə gedir.
IX cütün tərkibinə daxil olan parasimpatik liflər isə Yakobson sinir adı altında ğulaqaltı tüpürcək vəzlərinə gedərək onun şirə ifrazını təmin edir.
Parasimpatik liflərin əsas qismi X cüt olan azan sinirin tərkibinə daxil olur və yuxarıda qeyd etdiyimiz kimi, qırtlaqdan başlamış kiçik çanağa qədər yerləşmiş daxili üzvləri sinirləndirir və onların fəaliyyətini (hərəkətini, şirə ifrazını və sairəni) dəyişdirir.
Onurğa beyninin oma nahiyəsindən çıxan parasimpatik liflər qarınaltı kələf vasitəsilə çanaq üzvlərinin düyünlərinə gedir və çanaq siniri adı altında düz bağırsağı, S-ə oxşar, enən çəmbər bağırsağı, sidik kisəsi və tənasül üzvlərini sinirləndirir.
Vegetativ sinir sisteminin düyünlərə yaxınlaşan liflərinə
260 düyünqabağı (preqanqlionar), düyünlərdən sonrakı liflərinə isə düyünsonrası (postqanqlionar) liflər deyilir (şəkil 6.36, 6.37).