Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi


Qabığın assosiativ sahələri



Yüklə 31,99 Mb.
səhifə134/220
tarix27.11.2023
ölçüsü31,99 Mb.
#136637
növüDərs
1   ...   130   131   132   133   134   135   136   137   ...   220
[kitabyurdu.org]-Insan ve Heyvan Fiziologiyasi I hisse- Bakalavr hazirligi uchun derslik

Qabığın assosiativ sahələri. Xarici mühitdən beyin qabığına gələn siqnallar təkcə onun hissi sahələrində deyil, onlarla təmasda olan digər neyronların ən çox cəmləşdiyi qabıq hissələri assosiativ sahələr kimi qəbul edilən sahələrdə də yayılır.
Qabığın alın, təpə və gicgah paylarının sahələri ən güclü assosiativ mərkəzlər hesab olunur.
Pişiyin beyin qabığının assosiativ sahəsində eşitmə, görmə, proprioseptiv qıcıqları qəbul və analiz edən neyronlar aşkar edilmişdir.

Şəkil 6.35. İnsanda beyin yarımkürələri qabığının mərkəzi qırışığında hərəki funksiyaların proyeksiyası (Penfildə və Rasmussenə görə): 1barmaqlar, 2-topuq, 3-diz, 4-bud, 5-gövdə, 6-çiyin, 7-dirsək, 8-bilək, 9-əl, 10-çeçələ barmaq, 11-adsız barmaq, 12- orta barmaq, 13göstərici barmaq, 14-baş barmaq, 15-boyun, 16-qaş, 17-göz qapaqları və göz alması, 18-üz, 19-dodaqlar, 20-çənə, 21-dil, 22-qırtlaq, (18-22nitq funksiyaları ilə əlaqədar olan hərəki orqanlar).
İnsanda görmə və eşitmə assosiativ sahəni tamamilə pozduqda korluq əmələ gəlmir, ancaq xəstə gördüklərini qiymətləndirə
257
bilmir, oxuduğu sözlərin mənasını dərk etməkdə çətinlik çəkir, eşidilən sözlərin mənasını ayırd elə bilmir.

6.21. Vegetativ və ya avtonom sinir sistemi


Vegetativ funksiyaların sinir tənzimi. Vegetativ və ya avtonom sinir sisteminin funksiyası daxili mühitin sabitliyini qorumaq və ya onu xarici mühitin dəyişən şəraitinə uyğunlaşdırmaqdır.
İnsan və heyvan orqanizmi qidalanır, tənəffüs edir, onda maddələr, qazlar və enerji mübadiləsi baş verir, lazımsız maddələr bədəndən xaric olunur. Bütün bunlar vegetativ funksiyalardır.
Bu sistemin tənəffüs, qan dövranı, maddələr mübadiləsi, qidalanma, ifrazat, çoxalma və sairə kimi vegetativ prosesləri beyin yarımkürələrinin başcılığı ilə qeyri-iradi olaraq həyata keçirir. Somatik sinir sistemi skelet əzələlərinin iradi olaraq tənzim etməklə, vegetativ sinir sistemindən fərqlənir. Hər iki sistemin şöbələri qarşılıqlı əlaqə və təsirdə fəaliyyət göstərir.
Vegetativ sinir sisteminin mərkəzləri sütun və onurğa beyninin hər yerinə səpilməyib, onların müəyyən nahiyələrində toplaşmışdır. Bu yerlər: 1) orta beyin, 2) uzunsov beyin, 3) onurğa beyninin döş və bel şöbəsi, 4) onurğa beyninin oma şöbəsi olmaq üzrə dörddür (şəkil 6.36, 6.37).
Bundan başqa yuxarıda qeyd etdiyimiz kimi, ara beyin və uc beyninin zolaqlı cismində ali vegetativ mərkəzlər vardır ki, bu mərkəzlərin vəzifəsilə orqanizmin bir çox üzv və sistemlərinin fəaliyyətini birləşdirmək və nizama salmaqdır. Vegetativ sinir sisteminin orta və uzunsov beynində və onurğa beyninin oma nahiyəsində yerləşən mərkəzlərindən çıxan lifləri parasimpatik sinir sistemini, onurğa beyninin döş və bel nahiyələrində yerləşmiş mərkəzlərindən çıxan və simpatik düyünlərdə qırılan lifləri isə simpatik sinir sistemi əmələ gətirir. Vegetativ sinir sisteminin mühiti hissəsi uc hissəyə – simpatik, parasimpatik və entral (bağırsaqların intramural neyronları bura aid edilir) bölünür.
Vegetativ sinir sistemi ardıcıl birləşmiş iki tip neyronlardan
258
ibarətdir. 1-ci tip neyronlar onurğa beyni və beyin sütununda yerləşir. Periferik vegetativ efferentin ikinci neyronları mərkəzi sinir sisteminin hüdudlarından kənarda – vegetativ düyünlərdə yerləşir. Hüceyrə cisimləri vegetativ düyündə olan aksonları isə düyündən çıxaraq işçi orqanlara yönələn bu neyronlara postqanqlionar neyronlar deyilir. Periferik vegetativ sinir efferentinin mərkəzi neyronlarının cisimləri mərkəzi sinir sistemində yerləşir, aksonları isə vegetativ düyünlərə gəlir və burada postqaanqlionar neyronların cisimlərində sinaptik təmaslar əmələ gətirir. Bunlara preqanqlionar (düyün önü) neyronlar deyilir.
Vegetativ sinir sisteminin hər iki şöbəsi hipotalamusda, limbik sistemdə və sütun törəmələrdə yerləşən ali vegetativ mərkəzlərə tabedir.

Yüklə 31,99 Mb.

Dostları ilə paylaş:
1   ...   130   131   132   133   134   135   136   137   ...   220




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin