Yarımkürələrin ağ maddəsi. Ağ maddədən ibarət olan sinir lifləri yarımkürələrdə nəqledici yolları əmələ gətirir. Onlar:
proyeksion liflər, beyin qabığından enən və beyin qabığına qalxan yolların tərkibinə daxildir. Onlar qabıq şöbələrini piramidal yollar vasitəsilə mərkəzi sinir sisteminin aşağıda duran törəmələri ilə birləşdirir.
Assosiativ liflərə eyni yarımkürənin ayrı-ayrı nahiyələrini birləşdirən liflər də aiddir. İnsanda qabığın assosiativ yolları daha yaxşı inkişaf etmişdir və böyük yarımkürələrin müxtəlif şöbələrinin incə əlaqələndirilmiş fəaliyyətinin həyata keçməsində mühüm rol oynayır.
Kommissural və ya bitişdirici (spayk) liflər iki yarımkürəni öz aralarında və həm də qabıqaltı mərkəzlərlə birləşdirir.
Ağ maddədən ibarət olan sinir liflərinin səthinin mielin təbəqəsi ilə örtülməsi onların quruluş və funksiyalarının
254 müəyyənləşməsində mühüm rol oynayır. Yenidoğulmuşlarda sinir ləfləri, demək olar ki, mielinləşmiş olur, lakin bu proses insanda 1-2 yaşda başa çatır. Onurğa beyni liflərinin mielinləşməsi isə 3 yaşa kimi qurtarır. Nadir hallarda mielinləşməsi 5-10 yaşlarına kimi davam edə bilər.
İnkişafın aşağı pilləsində duran heyvanlarda beyin qabığını təşkil edən hüceyrələr əsasən dənəli hüceyrələrdir. Piramid neyronlar ilk dəfə sürünənlərdə müşahidə edilmişdir, lakin bunlar hələ təkmilləşməmiş və az çıxıntılıdır. Sürünənlərdən sonra gələn heyvanlarda piramid hüceyrələrin sayı artır.
İnsanın beyin qabığında nitqlə əlaqədar olan sahələr vardır, insanabənzər meymunlarda bunlar yoxdur. Bütün bunlar göstərir ki, heyvan və insanın sinir sisteminin quruluşunda və funksiyalarında ümumi cəhətlərlə yanaşı fərqli cəhətlər də vardır.
Qabığın somatik hissi (sensor) sahələrindən birincisi dəri və əzələ oynaq aparatının, ikincisi isə daxili orqanların reseptor aparatlarının proyeksiya olunduğu yerlərdir. Buraya həmçinin talamusun nüvələrindən müxtəlif afferent liflər də daxil olur (şəkil 6.34).