[kitabyurdu.org]-Insan ve Heyvan Fiziologiyasi I hisse- Bakalavr hazirligi uchun derslik
273
Şəkil 7.3. Hormonların təsir mexanizmi. Üç endokrin hüceyrə hüceyrəarası sahəyə, kapilyarlara yaxın yerə A, B, V hormonlarını sekresiya edirlər. Hormon molekulları qan damarına diffuziya edib qanla bu hormonların reseptorları olan hədəf hüceyrələrinə çatdırılır. A hormonu plazmatik membranın səthində olan reseptorla qarşılıqlı əlaqəyə girir. Hormon-reseptor kompleksi II vasitəçinin yaranmasını stimulə edir, hansı ki, hüceyrənin cavabını induksiya edir.
l) Hüceyrə daxilində formalaşan hormon-reseptor kompleksi gen ilə təsirdə olur və nəticədə hüceyrədə sintez prosesinə təsir edir. Bu halda hormon-reseptor kompleksi zülal sintezini zəiflədə və induksiya edə bilər (şəkil 7.4).
274
Şəkil 7.4. Hormonun hüceyrə daxili reseptorla qarşılıqlı əlaqəsi. Hormon plazmatik membrandan diffuziya edib reseptorla birləşir. Hormon-reseptor kompleksi nüvəyə daşınır və DNT-nin sintezinə təsir edərək transkripsiyanın sürətini və məlumat RNT-nin miqdarını dəyişir. mRNT-nin miqdarının artması və ya azalması zülal sintezinə translyasiya prosesinə təsir edir ki, bu da hüceyrənin funksional aktivliyinin dəyişməsinə səbəb
Hüceyrə səthində yaranmış hormon-reseptor kompleksdə bu cür təsir göstərir. Plazmatik membranın səthində lokalizə olunmuş reseptorun hormonla əlaqəsi mürəkkəb biokimyəvi mexanizmin vasitəsi ilə hüceyrənin aktivliyinə təsir edir (şəkil 7.5). Yəni 2-ci vasitəçinin köməyi ilə 2-ci vasitəçinin aktivləşməsinə misal ATF-dən əmələ gələn tsiklik adenozinmonofosfatın (t-AMF) əmələ gəlməsini göstərınək olar ki, hormon-reseptor kompleksi adenilattsiklazanı aktivləşdirir, bu isə ferment ATF-in de-
275 fosforlaşmasını və onun t-AMF-a çevrilməsini kataliz edir olur.
Hormon hüceyrəsi membranın səthindəki reseptorla əlaqəyə girərək onu transformasiya edir. Transforınasiya plazmatik membranda lokalizə olunan adenilattsiklazanın aktivləşməsinə səbəb olur. Bu ferınent ATF-i t-AMF-ə çevirir. t-AMF isə hüceyrədə müxtəlif effektli dəyişikliklərin baş verməsi ilə nəticələnir, bu da son nəticədə hüceyrənin fizioloji cavabına səbəb olur.
2-ci vasitəçi kimi çıxış edən digər maddələrə misal tsiklik quanozinmonofosfat (t-QMF), kalmodulin və fosfoinozitolu göstərmək olar.
Şəkil 7.5. Plazmatik membran səthində lokalizə olunmuş reseptorlarla
kompleks əmələ gətirən hormonun təsir mexanizmi/