Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi


Orqanizmin funksiyalarının tənzimində vegetativ sinir sisteminin mərkəzlərinin rolu



Yüklə 31,99 Mb.
səhifə139/220
tarix27.11.2023
ölçüsü31,99 Mb.
#136637
növüDərs
1   ...   135   136   137   138   139   140   141   142   ...   220
[kitabyurdu.org]-Insan ve Heyvan Fiziologiyasi I hisse- Bakalavr hazirligi uchun derslik

6.22. Orqanizmin funksiyalarının tənzimində vegetativ sinir sisteminin mərkəzlərinin rolu


265
Vegetativ sinir sisteminin əsas funksiyası beyin qabığı ilə birlikdə daxili orqanların fəaliyyətini nizamlamaqdan ibarətdir. Daxili orqanlar həm simpatik, həm də parasimpatik sinirlərlə innervasiya olunaraq ikiqat sinirlənməyə məruz qalır (cədvəl 6.1).
Cədvəl 6.1
Simpatik və parasimpatik siniroləin müxtəlif orqanlara təsiri

Orqan və ya sistemlər

Stimulyasiyası



parasimpatik

simpatik


1

2

3

4

Ürək

Təqəllüsün tezliyi azalır

Təqəllüsün tezliyi azalır

β




Təqəllüsün qüvvəsi azalır (qulaqcıqlarda)

Təqəllüsün qüvvəsi azalır (qulaqcıqlarda)

β

Qan damarları




Selikli qişa və dəri arteriyaları



Daralmasına

α

Qarın boşluğu arteriiyaları



"------"

α

Skelet əzələlərinin arteriyaları



"------"

α






Genəlməsinə (ancaq
qanda olan adrenalinin
təsiri ilə)

β






Genəlməsinə (xolinerqik)

β

Ürəyin
(koronar)

arteriyası

Genəlməsinə (P)

Daralmasına Genəlməsinə (ancaq
qanda olan adrenalinin təsirilə)

β

Cinsiyyət üzvlərinə
(klitor və kiçik cinsiyyət
dodaqları) arteriyaları
Dodaq

Genəlməsinə


α
β

Venalar
Beyinin damarları

"------"
Genəlməsinə

Daralmasına
"------"

α α

Mədə-bağırsaq traktı




266

1

2

3

4

Uzunsov və həlqəvi əzələlər Sfinktorlar

Hərəkəti qüvvətləndirir Boşalmasına

Hərəkəti zəiflədir
Yığılmasına

α, β
α

Dalağın kapsulu
Sidik kisəsi
Detruzor
Daxili sfinkter

"------"
Yığılmasına
"------"

"------"
"------" Boşalmasına
Yığılmasına

α α β α

Cinsiyyət orqanları
Toxum qovuqcuğu
Toxumçıxarı kanal
Uşaqlıq

"------"
"------"
"------"
"------"

"------"
"------"
"------"
Boşalmasına (heyvanın növündən və hormonal fondan asılı olaraq)

α α α β

Gözün daxili əzələsi
Bəbəyi genəldən əzələ
Bəbəyin sfinktoru Siliar əzələ

"------"
Yığılmasına (mioz)
Yığılması
(akkomodasiya)

Yığılmasına (midriaz)
"------"
Nəzərə çarpmayan boşalma

α β

Traxeya bronxial əzələlər
Tükü qaldıran əzələ
Enzokrin vəzilər
Tüpürcək vəziləri
Göz yaşı vəziləri
Həzm vəziləri
Dil-udlaq vəziləri
Bronxial vəzlər Tər vəziləri

Yığılma
"------"
"------"
Seroz maddənin ifrazı
Sekresiyasına
"------"
"------"
"------"
"------"

bol

Boşalma (əsasən adrenalin təsiri ilə)
Yığılmasına
"------"
Az miqdarda selik maddənin ifrazı
(çənəaltı vəzidən)
"------"
Şirə ifrazının azalmasına və sekresiyasına
(xolinerqik)
"------"
"------"
"------"

β
α
α
α

Metabolizm
Qaraciyər
Piy vəziləri
İnsulinin sekresiyasına (Langerhan adacıqların
hüceyrələri)

"------"
"------"
"------"
"------"




Qlikogenoliz
Qlikoneogenez
Lipoliz (qanda sərbəst yağ turşularının
səviyyəsinin yüksəlməsi) Azalmasına

β
β
α

Simpatik sinir liflərinin qıcıqlanması nəticəsində ürəyin fəaliyyəti sürətləndiyi və qüvvətləndiyi halda, parasimpatik sinir
267
liflərinin (azan sinirin) qıcıqlanması isə əks effektə səbəb olur.
Parasimpatik sinirlərin (azan və çanaq sinirlərinin) oyanması, mədə, nazik və yoğun bağırsaqların hərəkətini qüvvətləndirdiyi halda, simpatik sinirlərin oyanması əksinə, həmin hərəkətləri ləngidir. Parasimpatik sinirlərin qıcıqlanması nəticəsində alınan tüpürcək miqdarca çox və qeyri-üzvi maddələrlə zəngindir, simpatik təsirdən alınan tüpürcək isə azdır, amma qatı və üzvi maddələrlə zəngindir.
Azan sinirin qıcıqlandırılması insulin ifrazını artırır, qaraciyər və əzələ hüceyrələrində qlikogenin daha çox toplanmasına və beləliklə, qanda şəkərin azalmasına səbəb olur.
Sinir sisteminin trofik funksiyası haqqında təlim İ.P.Pavlov tərəfindən irəli sürülmüşdür. O müəyyən etmişdir ki, mərkəzi sinir sistemi orqanların fəaliyyətini nizama salmaqla yanaşı, onlarda gedən maddələr mübadiləsini də dəyişdirir. Mərkəzi sinir sisteminin trofik təsiri əsasən, vegetativ sinir sistemi və beyincik vasitəsilə həyata keçirilir. Vegetativ sinir sisteminin trofik təsiri onun ürəyə təsirində daha aydın görünür. Onun simpatik şöbəsi ürəyin hərəkətini gücləndirmək və zəiflətmək qabiliyyətinə malikdir. Bu isə ürək əzələsində gedən maddələr mübadiləsinin müvafiq istiqamətdə dəyişməsi ilə əlaqədardır.
Azan sinir əsasən mədə və bağırsaqların peristaltik hərəkətini yaradır, lakin bunların saya əzələlərinin tonusu artdığı və təqəllüsə gəldiyi anda azan siniri qıcıqlandırsaq peristaltik hərəkətlər artmır, əksinə zəifləyir.
Vegetativ sinir sistemi skelet əzələlərinin fəaliyyətinə də təsir göstərir. Simpatik sinirlərin skelet əzələlərinə göstərdiyi təsirə adaptasiya – trofik təsir deyilir.
Orqanizmin trofik funksiyalarının həyata keçirilməsində mərkəzi sinir sisteminin bütün şöbələrinin, xüsusilə, hipotalamus və beynin digər törəmələri mühüm əhəmiyyətə malikdir.
Vegetativ sinir sistemi mühitdə baş verən dəyişikliklərə qarşı orqanizmin verdiyi cavab reaksiyalarında mühüm rol oynayır. Belə cavablar özünü, bir qayda olaraq, əzələ fəaliyyətində göstərir. Məsələn, ürək fəaliyyəti sürətlənir, daxili orqanların damarları daralır, tənəffüs güclənir və dərinləşir, karbohidrat
268
depolarındakı qlikogen qlükozaya çevrilərək qana sorulur və s.
Vegetativ sinir sistemi orqanizmin emosional reaksiyalarında da iştirak edir. Vegetativ sinir sistemi müsbət və mənfi emosiyaların yaranmasında bilavasitə iştirak edir. Məsələn, sevinəndə ürəyin döyünməsi, damarların genəlməsi nəticəsində üzün qızarması və digər müsbət reaksiyalar baş verir, əksinə, kədərli olarkən rəngin solması, qorxudan tərləmə, tüklərin biz-biz olması, tüpürcək ifrazının ləngiməsi sayəsində boğazın quruması və s. mənfi emosiyaya misal ola bilər.
Bu halda, ilk növbədə böyrəküstü vəzilərin beyin maddəsində adrenalin ifrazı artır.
Emosional reaksiyalarda təkcə simpatik sinir sistemi deyil, həmçinin, parasimpatik sinir sistem idə mühüm rol oynayır. Məsələn, pişik ona hürən iti görəndə onun qanında insulinin miqdarı artır, buna səbəb isə azan sinir vasitəsilə mədəaltı vəziyə – (pankrasa) gələn impulsların artması və nəticədə onun fəaliyyətinin yüksəlməsidir.
Beynin müxtəlif şöbələrinin qıcıqlandırılması və pozulması göstərir ki, ali vegetativ mərkəzlər aralıq beynin nüvələrində yerləşmişdir.
Qabaraltı nahiyədə damarları, tər vəzilərini dərindəki saya əzələləri və daxili orqanları eləcə də zülal, yağ, karbohidrat, suduz mübadiləsini, bədən temperaturunu tənzimləyən mərkəzlər vardır.
Aralıq beyindən əlavə, vegetativ funksiyaları tənzimləyən ən ali mərkəzlər də mövcuddur. Bunlar beyin yarımkürələrinin zolaqlı cismində və alın payında yerləşərək boz qabarla əlaqədardır. Boz qabara gələn impulslar müəyyən sinir lifləri vasitəsilə orta, uzunsov və onurğa beyində yerləşmiş mərkəzlərə ötürülür.
Qabaraltı nahiyənin induksion cərəyanla qıcıqlandırılması parasimpatik, medial şöbənin qıcıqlandırılması isə simpatik təsirə malikdir. Bundan əlavə, qabaraltı nahiyənin qıcıqlanması maddələr mübadiləsinin dəyişməsinə, sidik ifrazı, bədən temperaturunun çoxalmasına, boz qabara iynənin batırılması isə adrenalin ifrazını gücləndirməklə qanda şəkərin miqdarını artırır, yağ
269
mübadiləsinin pozulmasına və heyvanın piylənməsinə səbəb olur. İnsanda boz qabarın zədələnməsi su mübadiləsini pozur və şəkərsiz diabet əmələ gətirir.
270

Yüklə 31,99 Mb.

Dostları ilə paylaş:
1   ...   135   136   137   138   139   140   141   142   ...   220




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin