Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi


Şəkil 7.2. Daxili sekresiya vəziləri: 1-epifiz; 2-hipofiz; 3-qalxanabənzər; 4-qalaxanabənzər ətraf vəzi; 5-çəngələbənzər vəzi (timus); 6- 271



Yüklə 31,99 Mb.
səhifə141/220
tarix27.11.2023
ölçüsü31,99 Mb.
#136637
növüDərs
1   ...   137   138   139   140   141   142   143   144   ...   220
[kitabyurdu.org]-Insan ve Heyvan Fiziologiyasi I hisse- Bakalavr hazirligi uchun derslik

Şəkil 7.2. Daxili sekresiya vəziləri: 1-epifiz; 2-hipofiz; 3-qalxanabənzər; 4-qalaxanabənzər ətraf vəzi; 5-çəngələbənzər vəzi (timus); 6-
271
Böyrəküstü vəzi; 7-böyrəklər; 8-mədə-bağırsaq traktı; 9-mədəaltı vəzi; 10-yumurtalıq; 11-plasenta; 12-toxumalar.
Bu və ya digər hormonun fizioloji effektinin qiymətləndirilməsi bioloji vahidlərlə yerinə yetirilir. Hormonun fəaliyyətinin bioloji vahidi səciyyəvi fizioloji effektinin alınması üçün zəruri olan hormonal preparatın miqdarı adlanır. Bioloji vahid çox olduqda, hormonal preparatın fəallığı da çox olur.
Hormonların funksiyaları. Kimyəvi birləşmələr olan hormonlar daxili sekresiya vəziləri tərəfindən hazırlanaraq qana buraxılır və bədənə yayılır. Fiziologiyanın bu birləşmələri öyrənən sahəsi endokrinologiya adlanır. Hormonlar (kimyəvi) məlumatların kimyəvi daşıyıcılarıdırlar. Onlar hədəf orqanına çataraq, ona spesifık təsir göstərirlər. Hormonların spesifık təsiri hüceyrədə molekulların – reseptorların olması ilə təmin edilir. Uyğun hormonun reseptorlarına yalnız kimyəvi kodlaşdırılmış məlumatı olan hədəf orqanının hüceyrələri malikdir.
Hormonların təsiri altında orqanizmin funksiyalarının işə salınması və tənzimi üçün dəqiqələr və ya saatlar tələb olunur. Bu halda orqanizmin ətraf və ya daxili mühit amillərinə qarşı cəld reaksiya verınəsini təmin edən sinir sistemindən fərqli olaraq, hormonlarla məlumatların ötürülməsi dəfələrfə zəif həyata keçirilir.
Hormonların hazırlanması. Hormonlar sekretor hüceyrələr tərəfindən hazırlanır. Hazırlanmış hormonlar sitoplazmadan membranla ayrılan hüceyrədaxili orqanlarda qranulalarda saxlanılır. Qranulada çoxlu miqdarda zülal matriksinə söykənmiş hormon molekulu saxlanılır. Qranulanın membranı plazmatik membran ilə birləşir və birləşmə yerində yarıq əmələ gəlir. Spesifik stimula cavab olaraq azad olan hormon molekulu hüceyrəarası mayeyə atılır. Bu prosesə ekzositoz deyilir. Qranulalar və ekzositoz prosesi morfoloji cəhətdən çox yaxşı öyrənilib. Hormonların sekretor hüceyrələrdən ekzositoz prosesi neyromediatorların sinir hüceyrələri uclarından xaric olması prosesinə oxşayır.

Yüklə 31,99 Mb.

Dostları ilə paylaş:
1   ...   137   138   139   140   141   142   143   144   ...   220




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin