Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi



Yüklə 31,99 Mb.
səhifə92/220
tarix27.11.2023
ölçüsü31,99 Mb.
#136637
növüDərs
1   ...   88   89   90   91   92   93   94   95   ...   220
[kitabyurdu.org]-Insan ve Heyvan Fiziologiyasi I hisse- Bakalavr hazirligi uchun derslik

Şəkil 6.11. Sinir-əzələ preparatında optimum (Op.) və pessimum (Ps.) qıcıq sayı şəkildəki rəqəmlər, qıcığın sıxlığını göstərir.
Presinaptik membrana sinir ucunu örtən membran deyilir. Bu isə özünəməxsus neyrosekretor aparatdır.
Sakit vəziyyətdə mediator sinaptik qovucuqlarda toplanır. Presinaptik membran depoliyarizə olunarkən bu qovucuqlar partlayır və mediator sinaps boşluğuna tökülür.
Oyanmanın hərəki sinirdən əzələyə ötürülməsini asetilxolin təmin edir. Postsinaptik membranın bu mediatora qarşı yüksək həssaslığı xüsusi zülal – xolinoreseptorlarla əlaqədardır. Asetilxolin xolinoreseptorlarla əlaqəyə girərək membranın quruluşunda bir sıra dəyişikliklər törədir. Nəticədə postsinaptik membranın Na+ və K+ ionlarına qarşı keçiriciliyi nəzərə çarpacaq dərəcədə artır. Postsinaptik membranda bu dəyişikliklər
173
qütbləşmənin pozulmasını təmin edir. Mənfi yüklü postsinaptik potensial əmələ gətirir. Postsinaptik potensial əzələ lifi membranının qonşu sahəsini qıcıqlandırır. Buna görə postsinaptik potensial kritik ölçüyə çatdıqda, membranın sinaps xarici sahəsində fəaliyyət potensialı əmələ gəlir və əzələ lifi boyunca yayılır.
Q.Deyl tərəfindən müəyyən edilmişdir ki, sinir-əzələ birləşməsində yerləşən sinapslardan ifraz olunan asetilxolin əzələ liflərinin membranını depolyarlaşdırır və oyanmanın yayılmasına və əzələnin təqəllüsünə səbəb olur. Xolinestraza fermenti isə asetilxolini parçalayır və onun təsirini ləngidir. Ezerin və protiqimin inhibitorları isə possinaptik potensialın müddətini uzadır.
Oyanmanın sinir lifindən əzələyə nəqlolunma prosesini aşağıdakı sxemdə göstərmək olar: sinir impulsu→mediatorun ifrazı→asetilxolin→sinir ucu→postsinaptik membranının xolinoreseptorları ilə asetilxolin qarşılıqlı təsiri→postsinaptik membrananın ion keçiriciliyinin artması→əzələ lifi üzrə yayılan fəaliyyət potesialının əmələ gəlməsi.
6.7. Sinir sisteminin ümumi fiziologiyası.
Sinir hüceyrələrinin yaranması və neyron nəzəriyyəsi. Sinir sisteminin hüceyrələri neyroepitel hüceyrələrdən əmələ gəlir.
Hələ rüşeym inkişafının blastula və qastrula mərhələlərində neyroepitel hüceyrələr fərqlənməyə başlayır. Embrional inkişaf dövründə rüşeymin ektoderma qatının hüceyrələri bir sıra ardıcıl morfogenetik dəyişikliklərə uğrayaraq gələcək sinir toxuması əmələ gətirir.
Meduloblastların diferensiyası əsasən iki fazada gedir. Əvvəlcə meduloblastlardan neyroblastlar, ependimoblastlar əmələ gəlir. Sonra neyroblastlardan neyronlar, qlioblastlardan qlial, ependimoblastlardan ependim hüceyrələri əmələ gəlir.
Neyron və neyron nəzəriyyəsi. Sinir hüceyrəsi öz çıxıntıları ilə, yəni neyrit və dendritləri və onların ucları (hərəki və hissi ucları)
174
ilə birlikdə neyron adlanır (şəkil 6.12, 6.13, 6.14).
Neyron sinir sisteminin əsas quruluş və funksional vahididir.
Neyron qıcıq təsiri nəticəsində oyanma vəziyyətinə keçmək, impuls yaratmaq və nəql etmək qabiliyyətinə malikdir. Bu xüsusiyyət sinir sisteminin spesifik funksiyasını müəyyən edir. Neyroqliya sinir hüceyrəsilə üzvi şəkildə əlaqədə olub, sekretor, müdafiə, dayaq, trofik funksiyalarını yerinə yetirir.

Şəkil 6.12. Neyronun sxemi: 1-dendritlər; 2-hüceyrənin sxemi; 3-akson təpəciyi; 4-akson; 5-akson kollateralları; 6-mielin qişası; 7-Şvann qişası; 8Şvan hüceyrəsinin nüvəsi; 9-Ranvye buğumu; 10-mielin qişadan çıxan aksonun uc şaxələri.

Yüklə 31,99 Mb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   220




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin