Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi



Yüklə 31,99 Mb.
səhifə95/220
tarix27.11.2023
ölçüsü31,99 Mb.
#136637
növüDərs
1   ...   91   92   93   94   95   96   97   98   ...   220
[kitabyurdu.org]-Insan ve Heyvan Fiziologiyasi I hisse- Bakalavr hazirligi uchun derslik

Şəkil 6.17. Neyronun cismində və dendrtlərində sinapsların yerləşməsi.

6.8. Sinapsların formalaşması


Sinir sisteminin fiziologiyasında çoxdan qəbul olunmuş neyron nəzəriyyəsinə görə, sinir toxuması bir-birilə eləcə də işçi orqanlarla əlaqələrə girmiş neyronlardan təşkil olunmuşdur.
181
Sinaps sinir üçün əlaqə formasıdır.
1901-ci ildə ingilis alimi Ç.Şerinqton neyronlararası əlaqənin anatomik əsası kimi elmə sinaps anlayışını daxil etmişdir.
Sinir sistemində erkən ontogenezdə, hələ sinapslar formalaşana qədər desmosoma tipli əlaqə rabitələrinə rast gəlinir. Əksər toxumalarda hüceyrələr bir-birilə öz sərhəd membranları ilə təmaslanır.
Sinapsın formalaşmasının birinci fazasında neyron çıxıntılarının böyümə konusunun filopodiləri hədəf hüceyrələrin membranına yaxınlaşır, amma ona yapışmır və sabit adgeziv zonalar əmələ gətirir. Bu, desmosomaları xatırlatsa da, səciyyəvi neyron əlaqəsi deyil.
Sinaptik əlaqələrin əmələ gəlməsinin sonrakı fazası çütləşmiş membran törəmələrinin əmələ gəlməsilə səciyyələnir. Peresinaptik membrana aid olan zonada mediator maddələri dolu qovucuqlar formalaşır, postsinaptik membranda iki membran arasında sinaptik yarıq əmələ gəlir.
Bundan sonra sinaps öz əsl formasını alır. Stabil sinaptik quruluş siqnalları nəqletmə qabiliyyəti ilə müəyyənləşir. Morfoloji cəhətdən formalaşmış sinaps funksional cəhətdən fəal sinaps deyil. Sinapsların formalaşmasının, son mərhələsi sinaptik sahə ətrafında qlial hüceyrələr təbəqəsinin, beyinin bəzi törəmələrində isə xüsusi kapsulun əmələ gəlməsidir.
Növləri və quruluşu. Neyronla onun innervasiya etdiyi toxuma (əzələ və bəzi epitel) arasındakı rabitə sinapslar vasitəsilə qurulur. Onlar sinir-əzələ və sinir-epitel sinapsları adlanır.
Mərkəzi sinir sistemi sinapslar haqqındakı məlumatları ümumiləşdirərək, onları morfoloji, fizioloji və neyrokimyəvi xüsusiyyətlərinə görə aşağıdakı kimi təsnif edirlər:
1. Anotomik və morfoloji quruluşlarına görə sinapslar neyronlararasıüzv sinapslarına bölünürlər.
Neyronlararası sinapsların bir neçə növü vardır:

  1. Aksosomatik sinaps – bir neyronun aksonunun uc şaxəsi digər neyronun hüceyrə cismi ilə təmasda olduqda yaranır.

  2. Aksodenritik sinaps – aksonun uc şaxəsi digər neyronun

182
dendritilə rabitəyə girir.

  1. Akso-aksonal – iki neyronun aksonları arasında əmələ gələn sinaps əlaqə formasına deyilir.

  2. Dendro-dendritik – iki neyronun dendritləri arasında əmələ gələn sinaps əlaqə formasına deyilir.

Üzv sinapslarına neyromuskulyar və neyroepitelial (neyrosekretor) sinapslar aid edilir.

  1. Elektrofizioloji xüsusiyyətlərinə görə oyandırıcıləngidici sinapslar ayırd edilir.

  2. Neyrokimyəvi xüsusiyyətlərinə görə xolinergiq, adrenergiq və serotoninergiq sinapslar təsnif olunur.

Bütün xolinergiq sinapslarda mediator asetilxolin, adrenergiq sinapslarda isə adrenalin, noradenalin və ya simpatindir. Serotinini (və ya 5 oksitiramini) və γ-amino yağ turşusunu da mediatorlara aid edirlər. Serotonin hipotalamusun bəzi neyronlarında oyanmanın ötürülməsində iştirak edir.
Sinapsda iki membran – pere və postsinaptik membran və onlar arasında eni 100-150 A° olan və onları bir-birindən ayıran sinaptik yarıq olur.
Sinapslar oyanmanı bir istiqamətdə – aksondan onunla əlaqəyə girmiş neyrona ötürür.
Sinapsın köməyilə neyron 60 minə qədər digər neyronla əlaqəyə girə bilər. Adətən bir neyron üzərində azı 1200-1800 sinaps ola bilər.
Elektrik sinapsı – ibtidai heyvanların sinir sistemi üçün səciyyəvidir, iki membran arasında məsafə 20 A°-2 Nm olan istiqamətdə ötrür.
Kimyəvi sinaps peresinaptik və postsinaptik membran arasında məsafə 10-50 Nm olması, peresinaptik sahədə çoxlu mediator 50 Nm vezikulların yerləşməsi və hər sinapsda çoxlu mediator fəaliyyət göstərməsi ilə xarakterizə olunur.

Yüklə 31,99 Mb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   220




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin