Şəkil 6.13. 1-dendritlər; 2-hüceyrənin cismi; 3-Akson təpəciyi; 4Mielin qişası; 5-Akson; 6-sinir impulsunun istiqaməti; 7-Ranvye buğumları; 8-sinapslar.
Hər bir sinir hüceyrəsi çıxıntıların sayına görə üç qrupa bölünür:
Təkçıxıntılı – unipolyar sinir hüceyrələri, bunların cismindən bir çıxıntı uzanır;
İkiçıxıntılı – bipolyar sinir hüceyrələri, bu hüceyrələrin cismindən iki çıxıntı uzanır. Uni və bipolyar sinir hüceyrələri onurğa beyninin hissi düyünlərində yerləşmişdir;
Çoxçıxıntılı – multipolyar sinir hüceyrələri, bu hüceyrələrin cismindən ikidən artıq çıxıntı uzanır (şəkil 6.5, 6.14). Multipolyar sinir hüceyrələrinə onurğa beynində, beyincikdə, beyin yarımkürələrində və mərkəzi sinir sisteminin başqa şöbələrində təsadüf olunur.
Neyronun cisminin diametri 3-4 mkm-dən 200 mkm, aksonun
176 1-6 mkm, dendritinki isə 0,3-1 mkm ola bilər. Neyronun cismi iyvari, ulduz, piramid və s. formada olur. Neyronun cisminin bir uzun çıxıntısı və çoxlu qısa çıxıntıları vardır.
Şəkil 6.14.a) Piramid hüceyrə; b) Purkinye hüceyrəsi; c) Motor neyron; d) Sensor neyron. 1-dendrit, 2-hüceyrənin cismi; 3-nüvə; 4-akson; 5qalxan impuls yolu; 6-mərkəzi şöbə; 7-periferik şöbə; 8-buğum; 9Mielin lifləri; 10-Şvann hüceyrəsi; 11-hərəki liflər; 12-əzələ.
177 Uzun çıxıntıya akson və ya neyrit, qısa çıxıntılara dentrit deyilir. Hər bir sinir hüceyrəsinin, ancaq bir dənə aksonu vardır (şəkil 6.13, 6.14, 6.15). Aksonun vəzifəsi, mərkəzi sinir sistemini ucqar üzvlərlə – əzələ, vəz və sairə ilə birləşdirmək və ya mərkəzi sinir sistemi daxilində impulsları bir mərkəzdən digərinə nəql etməkdir. Buna misal olaraq böyük yarımkürələrdən onurğa beyninin ön buynuzlarının hüceyrələrinə gedən piramid sinir dəstələrini göstərmək olar. Bəzən aksonların uzunluğu metrdən də çox olur. Dentritlər isə bir sinir hüceyrəsini mərkəzi sinir sisteminin başqa hüceyrəsi ilə birləşdirir.
Şəkil 6.16.Sinapsın ultrastrukturunun sxematik təsviri: 1-mitoxondri; 2-sinaptik qovuqcuq; 3-mediator molekulası; 4-postsinaptik membran; 5-reseptor makromolekulası; 6-presinaptk membran; 7-sinaptik dəlik; 8-ion kanalı.
Neyron sitoplazmasında nüvə, endoplazmatik şəbəkə, Holci aparatı, mitoxondrilər, ribosomlar, lizosomlar və başqa bu kimi hüceyrədaxili törəmələr vardır. Bunlardan başqa neyronda Nissel maddəsi (pələngvarı maddə), neyrofibrillər, neyroborucuqlar, sinaptik vezikullar kimi spesifik törəmələrə rast gəlinir (şəkil 6.16). Neyron cisminə mənsub olan sitoplazmaya neyroplazma, aksondakı plazmaya aksoplazma, dentritdəki plazmaya isə dendro- 178 plazma deyilir. Neyron xaricdən plazmatik membranla, akson isə mielin qişa ilə örtülmüşdür.
Sinir hüceyrəsi bir nüvəyə, iki və üç nüvəciyə malikdir.
Sinir hüceyrəsinin sitoplazmasında digər xarakter komponent nazik liflər – neyrofibrillər hesab olunur.
Sinir hüceyrəsinin həyat fəaliyyətində neyroqliya aparatı da mühüm rol oynayır. O neyronları hər tərəfdən əhatə edərək, mərkəzi sinir sisteminin stromasını əmələ gətirir. Neyroqliya hüceyrələri və onların çıxıntıları bir tərəfdən mexaniki-müvazinət vəzifəsini yerinə yetirir, digər tərəfdən isə izoləedici rol oynayır.
Sinir hüceyrəsinin qişa ilə örtülü olan çıxıntılarına sinir lifləri deyilir. Qişanın quruluşundan asılı olaraq sinir lifləri mielin qişalı və mielin qişasız olurlar. Mielinli və mielinsiz sinir lifləri dəstəsi birləşdirici toxuma pərdəsi ilə örtülü olub, mielinli sinir lifində müəyyən məsafədə Ranvye buğumları yerləşir (şəkil 6.6, 6.13).