2. Əməliyyat-idrak mərhələsi. Bu mərhələdə müəllim aşağıdakı iş növlərini həyata keçirir:
1) tədris -əyani və təlimin texniki vasitələrindən istifadə etməklə müxtəlif metodlarla zəruri informasiyanın şagirdlərə verilməsi;
2) şagirdlərin tədris işinin təşkili və ona rəhbərlik (şagirdləri tədris-idrak fəaliyyətinə cəlb etmək, nəzarət- qiymətləndirmə fəaliyyətlərini təşkil etmək).
3) şagirdlərin təlim işinə cari nəzarət və qiymətləndirmə (şagirdin və şagird kollektivinin öyrənilməsi, özünün planının yerinə yetirilməsinin və şagirdlərin təlim işinin təshih olunması).
Qeyd etmək lazımdır ki, təlim prosesində şagirdlərin necə işlədiklərinə, nələrdə müvəffəqiyyət qazandıqlarına, nələrdə çətinlik çəkdiklərinə, səhvə yol verib-vermədiklərinə müəllim daim diqqət yetirir. Tədris materialının şagirdlər tərəfindən necə mənimsənildiyinə nəzarət olmadan müəllim sonrakı metodik addımı müvəffəqiyyətlə ata bilməz.
Cari nəzarət şagirdlərin tədris fəaliyyətində tipik olan uğurlu cəhətləri, həmçinin nöqsanları görməyə imkan verir. Şagirdlərin diqqəti həmin uğurlu cəhətlərə, yaxud nöqsanlara cəlb edilir, nöqsanların üst-üstə yığılmasına yol verilmir, vaxtında arada qaldırılır.
Cari nəzarət müəllimin təkmilləşməsi üçün, onun pedaqoji ustalığının artması üçün, nəticə olaraq təlim-tərbiyə işinin səviyyəsinin yüksəlməsi üçün geniş imkanlara malikdir.
Dostları ilə paylaş: |