15 Rəbdən qorxan insan bəxtiyardır.
Kim onu qoruyub saxlayır?! Kim ona
dəstək olur?!
16 Rəbbin nəzəri Onu sevənlərin
üstündədir,
Rəbb onların qüdrətli qoruyucusu və
möhkəm dayağıdır.
Onlara bürküdən sığınacaq, günorta
istisindən örtük,
Büdrəmədən qoruyan, yıxılmaqdan
saxlayandır.
17 O, qəlbi yüksəldir, gözlərə işıq verir,
Şəfa, həyat və xeyir-dua verir.
Qurbanlar barədə
18 Haqsız qazancla təqdim edilən
qurbanlar qınağa layiqdir,
Qanuna riayət etməyənlərin Allaha
bəxşişləri məqbul deyil.
19 Dinsizlərin təqdimləri Uca Olana xoş
gəlməz,
Qurbanın çoxluğu ilə onların günahları
silinməz.
20 Yoxsulların əmlakından qurban gətirən
adam
Oğulu atasının gözü önündə öldürən kəs
kimidir.
21 Bir loğma çörək yoxsulların həyati
gərəyidir,
Onları bundan məhrum edən qaniçən
adamdır.
22 Qonşusunun ruzisinə mane olan adam
onu öldürmüş kimidir,
İşçinin muzdunu ödəməyən kəs qan
tökmüş sayılır.
23 Birinin tikdiyini digəri yıxarsa,
Hər ikisi əziyyətdən başqa nə əldə edər?
24 Biri dua edərkən digəri lənət edərsə,
Külli-İxtiyar hansının səsini eşidəcək?
25 Bir adam cəsədə toxunduqdan sonra
əlini yuyarsa
Və yenə ona toxunarsa,
Əlini yumasının xeyri nədir?
26 Günahlarından ötrü oruc tutan,
Sonra gedib həmin işi edən adam da eyni
vəziyyətdədir.
Onun dualarını kim eşidər?
Özünü alçaltmasının nə faydası var?
35
Dostları ilə paylaş: