Deuterokanonik kitabları Yoxlama versiyası


Aleksandr   Epifan   Yonatanı   baş   kahin



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə88/304
tarix31.12.2021
ölçüsü0,96 Mb.
#112485
1   ...   84   85   86   87   88   89   90   91   ...   304
Barux

Aleksandr   Epifan   Yonatanı   baş   kahin
təyin edir
1 Yüz altmışıncı ildə Antiox Epifanın oğlu
Aleksandr   yürüş   edib   Ptolemaidanı   ələ
keçirdi.   Onu   qəbul   etdilər   və   orada
padşahlıq etməyə başladı. 2 Padşah Dimitri
bunu eşidəndə olduqca çoxsaylı bir qoşun
toplayıb onunla döyüşdə qarşılaşmaq üçün
yola çıxdı. 3 Dimitri Yonatana sülh təklifi
ilə   bir   məktub   göndərdi   ki,   bundan
məqsədi   onun   vəzifəsini   böyütmək   idi.
4 Çünki   düşündü:   «Qoy   qabaqca   hərəkət
edib   biz   onlarla   sülh   bağlayaq,   yoxsa   o,
bizə   qarşı   Aleksandrla   sülh   bağlayar.
5 Yoxsa   ona,   qardaşlarına   və   millətinə
qarşı etdiyimiz bütün pislikləri yada salar».
6 O, Yonatana müttəfiqi olmaq üçün qoşun
toplamağa   və   silah   hazırlığı   görməyə
səlahiyyət   verdi.   Həmçinin   içqalada   olan
girovların   onun   ixtiyarına   verilməsini
istədi.   7 Yonatan  Yerusəlimə   gəldi,   bütün
xalqın   və   içqalada   olanların   qarşısında
məktubu   oxudu.   8 Hamı   padşahın
Yonatana   qoşun   toplamaq   səlahiyyəti
verdiyini eşidəndə böyük qorxuya düşdü.
9 İçqalada   olanlar   girovları   Yonatanın
ixtiyarına   verdilər,   o   da   onları
valideynlərinə   qaytardı.   10 Yonatan
Yerusəlimdə sakin oldu, şəhəri tikməyə və
bərpa   etməyə   başladı.   11 Bu   işin
icraçılarına   tapşırdı   ki,   Sion   dağının
ətrafında   divar   tiksinlər;   onu   istehkam
olması üçün dördkünc yonulmuş daşlardan
tiksinlər. Belə də edildi. 12 Onda Bakxidin
tikdiyi qalalarda olan yadellilər oralardan
qaçdılar. 13 Hər biri bu yeri tərk edib öz
torpaqlarına   qayıtdı.   14 Yalnız   Bet-Surda
qanuna   və   qaydalara   dönük   çıxan   bəzi
adamlar   qaldılar,   çünki   bura   onlar   üçün
71


sığınacaq   yeri   idi.   15 Padşah   Aleksandr
Dimitrinin Yonatana verdiyi bütün vədlər
barədə   eşitdi.   Eyni   zamanda,   ona
Yonatanın   və   onun   qardaşlarının
apardıqları   döyüşlər,   göstərdikləri
igidliklər və keçirdikləri çətinliklər barədə
danışıldı.   16 Onda   o   dedi:   «Biz   belə   bir
adam   tapa   biləcəyikmi?   Gəlin   onu
özümüzə dost və müttəfiq edək!» 17 Ona
məktub yazıb göndərdi ki, orada bu sözlər
deyilirdi: 18 «Padşah Aleksandrdan qardaşı
Yonatana   salam   olsun!   19 Sənin   barəndə
eşitmişik ki, sən böyük qüdrətə malik və
bizim dostumuz olmağa layiq bir adamsan.
20 Buna   görə   də   biz   bu   gün   səni   öz
millətinin   baş   kahini   təyin   edirik   və   sən
padşahın dostu adını alırsan. Bizə tərəfdar
olub   bizimlə   dostluq   münasibətləri
saxlayacaqsan».   Padşah   Aleksandr
Yonatana   al-qırmızı   libas   və   qızıl   tac
göndərdi.   21 Yonatan   yüz   altmışıncı   ilin
yeddinci   ayında,   Çardaqlar   bayramı
zamanı müqəddəs kahinlik paltarını geydi.
Sonra qoşun toplayıb çoxlu silah hazırlığı
gördü.

Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   304




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin