Əhməd-Cabir İsmayıl oğlu Əhmədov



Yüklə 9,53 Mb.
səhifə11/386
tarix10.01.2022
ölçüsü9,53 Mb.
#107849
1   ...   7   8   9   10   11   12   13   14   ...   386
H Ə L İ M L Ə R
Xırdalanmış bitki xammalının üzərinə qaynanmış su tökülür, qaynayan su hamamına və ya zəif qızdırıcıda 20-30 dəqiqə vam qaynadılır. Alınmış kütləni 10-15 dəqiqə ərzində otaq temperaturuna kimi soyudub süzür və lazımi həcmə çat­dır­maq məqsədilə üzərinə qaynanmış su əlavə edilir. Tərkibində aşı maddələri olan bitkilərdən hazırlanmış həlimləri otaq temperaturuna qədər soyutmadan süzmək lazımdır.

Cövhərlər və həlimlər yay vaxtı və isti otaqlarda tez xarab olur. Odur ki, onları hər gün təzə hazırlamaq daha yax­şıdır. Əgər hər gün cövhərləri və həlimləri hazırlamaq çətinlik yaradarsa, onda bunları qaranlıq və sərin otaqlarda, lakin 3 gündən çox olmayaraq saxlamaq olar.


T İ N K T U R A
Tinktura (nastoyka) spirtə yatırdılmış heyvan və ya bitki xammalından alınan ekstrakt yaxud məhluldur. Tinkturanı 400-li və ya 700-li spirtdə hazırlayırlar. Son məqamda tinkturanı araq-da da hazırlamaq olar. Spirtli tinkturanı hazırlamaq üçün xırdalanmış bitki xammalını şüşə qaba (banka, butulka və s.) qoyub üzərinə müvafiq tündlükdə spirt məhlulu əlavə edilir, ağzı möhkəm bağlanır və otaq temperaturunda 7 gün saxlanılır. Əksər hallarda 1 hissə xırdalanmış bitki xammalına 5 həcm hissə hazır tinktura alınması üçün spirtli məhlul götürülür. Məsələn, 20 q bitkiyə 100 ml məhlul götürülməlidir.

Bir həftədən sonra tinktura cecədən ayrılır, cecə sıxılır və cu­naya bükülmüş pambıqdan süzülür. Süzülmüş tinktura rən­gindən asılı olmayaraq şəffaf olmalıdır. Spirtli tinktura uzun müd­dət saxlanılmağa davamlıdır. Onlar çox az miqdarda, adətən damcı hesabı ilə istifadə olunur.



Haşiyə.Mənim nənəm demək olar ki, xalq həkimi idi. Heç bir təhsil almadığına baxmayaraq müəyyən xəstəlikləri müalicə edirdi. Aprel ayından başlayaraq payıza qədər müxtəlif çiçək, ot və yarpaqlardan gülab, nastoy və cövhər çəkərdi. Qızılgüldən və bədmüşkdən gülab; nanə, söyüd, şatərə, kəklikotu, boymadərən, reyhan və digər ətirli-ədviyyəli bitkilərdən su buxarı vasitəsilə qovma üsulu ilə (xüsusi mey deyilən mis qazanda) araq (cövhər) çəkərdi. Əgər evdə uşaqlardan birinin qızdırması, mədə pozuntusu, ürək ağrısı, böyrək ağrısı və digər xəstəliyi olardısa, dərhal hazırladığı məmulatdan – «təbii dərmanlar»-dan yarım stəkan uşağa içirərdi və səhəri gün həmin xəstə sağalardı. Hazırladığı dərmanların - gülab, nastoy və araqların butulkalarına hansı bitkidən alındığını yazdırıb yapışdırardı. Işdi birdən həmin yazı olmasaydı butulkanın ağzını burnuna yaxınlaşdırıb iylədikdən sonra həmin dərmanın hansı bitkidən alındığını və hansı xəstəliyin dərmanı olduğunu deyərdi.

Yüklə 9,53 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   386




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin