Əhməd-Cabir İsmayıl oğlu Əhmədov


Ç A Y V Ə Ç A Y Y I Ğ I M L A R I



Yüklə 9,53 Mb.
səhifə13/386
tarix10.01.2022
ölçüsü9,53 Mb.
#107849
1   ...   9   10   11   12   13   14   15   16   ...   386
Ç A Y V Ə Ç A Y Y I Ğ I M L A R I
Çay və çay yığımları Belə çaylar və çay yığımları tər­kibcə bir və ya bir neçə doğranmış və xırdalanmış bitki xam­mallarından ibarətdir. Bəzi çay yığımları zavod şəraitində və ya apteklərdə bitki mənşəli dərman xammallarının emalı nəti­cə­sində hazırlanır. Belə çay yığımlarını, eləcə də apteklərdə ol­mayanları müvafiq qurudulmuş bitkilərdən özünüz də hazırlaya bilərsiniz. Bu məqsədlə çay yığımının tərkibinə qatılan xam­mallar ayrı-ayrılıqda xırdalanır. Yarpaqlar, otlar və bitkilərin qabığı xırda doğranılır, bitkinin kökü və kökmeyvəsi xırdalanır, toxum və meyvələr elektrik dəyirmanında xırdalanır və ya bütöv götürülür. Sonra çay yığımının reseptinə əsasən çəki ilə ayrı-ayrı bitki xammalı götürülüb qarışdırılır, banka və ya po­lietilen paketlərə qablaşdırılır. Belə hazırlanmış çay yığı­mın­dan cövhər, həlim və buxara verilmiş digər məhsullar hazırlanır.
Ş İ R Ə
Çox vaxt müalicə və pəhriz məqsədilə bitkilərin, o cümlədən meyvələrin, giləmeyvələrin və tərəvəzlərin şirəsindən istifadə olunur. Şirə hazırlamaq üçün tam yetişmiş, xarab olma­mış meyvə-giləmeyvələr götürülür, yuyulur, xüsusi şirəçəkən maşınlarda çəkilir. Şirə çəkildikdən sonra meyvə-giləmeyvənin tərkibində olan qidalı və bioloji fəal maddələrin yarıdan çoxu ce­cənin tərkibində qaldığından, onun üzərinə bir qədər qay­na­dılıb-soyudulmuş su əlavə edilib yenidən süzülür. Bəzi gilə­mey­vələrdən (qara qarağat, moruq və s.) şirə çəkmək bir qədər çətinlik yaradır. Odur ki, əzilmiş kütlənin 1 kq-na 1 stəkan he­sabı ilə su əlavə edilir, emallı qazanda 600C-yə qədər qızdırılır və sıx parçadan sıxılıb şirəsi ayrılır.

Almadan şirə çəkdikdən sonra yerdə qalan cecəyə su əla­və edilib (1 kq almadan alınan cecəyə 1 litr su hesabı ilə) qaynayana qədər qızdırılır, otaq temperaturuna qədər soyudulur (bəzən 12-14 saat saxlanılıb, sonra süzülür), ikiqat cunadan sü­zülür və dada görə şəkər əlavə olunub kompot kimi süfrəyə verilir.

Yerköküdən şirə çəkildikdən sonra yerdə qalan cecədə yerkökünün tərkibindəki karotinin 55-60%-i, C və B qrupu vitaminlərinin 40-45%-i, karbohidratların 30-35%-i qalır. Həmin cecədən yerkökü piroqu və ya yerkökü ilə kəsmik kotletləri hazırlamaq olar.

Yerkökü piroqu hazırlamaq üçün: un – 1,5 stakan; toz-şəkər – 1 stakan, yumurta – 3 ədəd, marqarin və ya kərəyağı – 200 q, yerkökü cecəsi – 1 stakan, qabartma tozu – 1 paçka (və ya soda – 0,5 çay qaşığı).

Yumurta toz-şəkərlə çalınır, üzərinə soda, yerkökü ce­cəsi, yumşaldılmış yağ əlavə edilib qarışdırılır, un tökülüb qatı xama şəklində xəmir hazırlanır. Xəmir yağlanıb un səpilmiş form­da vam istilikdə 30-35 dəq ərzində bişirilir. Piroq soyu­duqdan sonra formadan çıxarılır, səthinə şəkər kirşanı səpilir. Istəsəniz, piroqu üfüqi şəkildə kəsib aralarına və üstünə xamalı krem (200 q xamaya 0,5 stakan şəkər) çəkə bilərsiniz. Səthini qoz və ya şokolad ovuntusu ilə bəzəmək olar.

Yerkökü ilə kəsmik kotleti hazırlamaq üçün: 1 kq yer­kö­küdən şirə çəkdikdən sonra qalan cecəyə 200 q kəsmik, 2 ədəd yu­murta, 2 çay qaşığı un, dada görə duz və istiot əlavə edib ciddi qarışdırılır. Alınmış kütlədən xırda dairəvi kotletlər ha­zır­lanıb, unda urvalanır və bitki yağında vam istilikdə hər iki üzü qızardılır. Süfrəyə verdikdə üstünə 1-2 çay qaşığı xama əlavə etmək olar.





Yüklə 9,53 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   386




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin