Əhməd-Cabir İsmayıl oğlu Əhmədov


Buğdanın müalicəvi xassələri



Yüklə 9,53 Mb.
səhifə19/386
tarix10.01.2022
ölçüsü9,53 Mb.
#107849
1   ...   15   16   17   18   19   20   21   22   ...   386
Buğdanın müalicəvi xassələri. Buğda kəpəyindən qəbizliyə qarşı mədə-bağırsağı yumşaldıcı kimi istifadə olunur. Qəbizlikdən əziyyət çəkənlərin hər gün 1 stəkan qatığa 1 xörək qaşığı buğda kəpəyi qarışdırıb yatmazdan əvvəl qəbul etmələri məsləhət görülür.

Buğda rüşeymindən alınan yağ yaraların, podaqranın və digər xəstəliklərin müalicəsində istifadə olunur. Buğda yağında E vitamini vardır. Bu vitaminin 20 mq-ı müalicəvi təsirə ma­likdir. Lakin nəzərə alınmalıdır ki, qış mövsümündə uzun müd­dət saxlanılmış buğda rüşeymi yağında zəhərli maddə toplanır və bu maddə qanın tərkibinə pis təsir edir. Buğda nişastası tozvarı və məlhəmşəkilli dərmanların hazırlanmasında istifadə olunur.

Bəzi ekzema növlərinin müalicəsində fermentasiya olun­muş buğda dənlərinin distilyatı tətbiq olunur. Buğda rüşey­mindən tərkibində E (90 mq%), F vitamini və digər bioloji fəal maddələr olan xolef-ekstrakt preparatı alınır.

Buğda kəpəyindən alınan həlim vitaminli içki kimi müalicəvi qidalanmada əvəzsiz məhsuldur. Bunu hazırlamaq üçün 200 q buğda kəpəyi 1 litr suda 1 saat qaynadılır, ikiqat cunadan süzülür. Belə məhlul şorbalara əlavə edilir və ondan kvas hazırlanır. Kvas hazırlamaq üçün 500 ml kəpək məhluluna 5 q sıxılmış maya və 25 q şəkər qatılıb 2-3 gün qıcqırdılır.

Xalq təbabətində buğda dənindən hazırlanan həlim or­qanizmin qüvvətləndirilməsi üçün qəbul edilir. Buğda kəpə­yindən alınan həlim balla yuxarı nəfəs yollarının iltihabında və kəskin öskürək zamanı içilir. Buğda kəpəyindən təpitmə, həlimdən islatma kimi əlin və dərinin kobudlaşmış hissələrini yumşaltmaq məqsədilə istifadə olunur.


Yüklə 9,53 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   386




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin