Çovdar – Рожь – Secale cereale L. Taxıllar (Gramineae) fəsiləsinin Secale cinsinə aiddir. 13 növü vardır ki, bunlardan biri (Secale cereale L.) daha çox yayılmışdır. Əkin sahəsinə görə buğdadan sonra ikinci yeri tutur. Çovdar da yazlıq və payızlıq əkilir.
Standarta əsasən çovdar 3 tipə bölünür.
Tip I – payızlıq şimal (yarımtipləri var).
Tip II – payızlıq cənub (yarımtipləri var).
Tip III – yazlıq (yarımtiplərə bölünmür).
Azərbaycanda çovdar, demək olar ki, becərilmir.
Çovdarın tərkibində 54,0% nişasta, 9,9% zülal, 2,2% yağ, 1,5-2,0% şəkər, 2,5% sellüloza, 1,7% minerallı maddə vardır. Vitaminlərin miqdarı buğdaya nisbətən çoxdur. Çovdar yağında olein, palmitin və linol turşuları nisbətən çox, linolen turşusu isə azdır. Tokoferolun (E vitamini) çox olmasına görə çovdar yağı uzun müddət saxlanmaya davamlıdır.
Dostları ilə paylaş: |