Darı – Просо – Panicum miliaceum L. Taxıllar (Gramineae) fəsiləsinə aid birillik ot bitkisidir. 400-dən çox növü məlumdur. Lakin dünyada daha çox becərilən 4 növündən 1 növü qida məqsədləri üçün yarma kimi istifadə olunan Panicum miliaceum L. növüdür. Standarta görə darı 4 tipə bölünür.
I tip – ağ və krem rəngli olub, yarma alınmasına sərf olunur.
II tip – qırmızı (açıq qırmızıdan tünd qırmızıyadək) olub, yaxşı keyfiyyətlidir.
III tip – sarı (sarıdan qəhvəyi rəngədək) olub, orta keyfiyyətlidir.
IV tip – boz (bozdan qara rəngədək) aşağı keyfiyyətli hesab edilir.
Normal darı dəninin tərkibində nüvə 74-75% təşkil edir.
Azərbaycanda Şəki darısı, Gədəbəy darısı-41, Sarı darı, Qırmızı darı sortları becərilir. Bunların yarma çıxarı 66-75%-ə qədərdir.
Darının tərkibində orta hesabla 54,7% nişasta, 11,2% zülal, 3,9% yağ, 1,9% şəkərlər, 7,9% sellüloza, 2,9% minerallı maddə, B1, B2, PP, fol turşusu (Bc vitamini), fermentlər vardır. Darı yarması kalium, natrium, maqnezium və fosforla zəngindir. Darının aleyron təbəqəsi və rüşeymi yağla zəngindir. Əsasən olein və linol yağ turşularından ibarətdir.
Dostları ilə paylaş: |