Əhməd-Cabir İsmayıl oğlu Əhmədov


Qıtıqotunun müalicəvi xassələri



Yüklə 9,53 Mb.
səhifə332/386
tarix10.01.2022
ölçüsü9,53 Mb.
#107849
1   ...   328   329   330   331   332   333   334   335   ...   386
Qıtıqotunun müalicəvi xassələri. Qıtıqotu iştahanı artırır, bağırsaqların fəaliyyətini yaxşılaşdırır. Iştahanın artması üçün 1 çay qaşığı sürtgəcdən keçirilmiş qıtıqotunu bal və yaxud şəkərlə yeməkdən qabaq qəbul etmək məsləhət görülür. Klinik təcrübədə müəyyən olunmuşdur ki, qıtıqotu şirəsi və onun sulu məhlulu mədədə duz turşusunun ifrazını artırır və mədə şirə­sinin azlığı ilə müşayiət olunan qastritdə çox faydalıdır. Lakin mədə-bağırsağın digər xəstəliklərində, eləcə də qaraciyər və böyrək xəstəliklərində qıtıqotundan istifadə etmək arzu­olun­mazdır.

Bir çox ölkələrin xalq təbabətində qıtıqotu daxilə su yığıldıqda sidikqovucu vasitə kimi, sidik kisəsində daş olduqda, podaqrada və yel xəstəliyində tətbiq olunur. Belin xaçşəkilli yel xəstəliyində, bel və kürək əzələlərinin ağrılarında qıtıqotu kökündən hazırlanmış əzinti ilə ovuşdurmaq yaxşı səmərə verir. Xardal kimi qıtıqotundan da «plastr» (məlhəm) hazırlanır. Bu məqsədlə təzə sürtgəcdən keçirilmiş qıtıqotu əzintisi parçaya yaxılıb xəstə yerlərə qoyulur. Bədənin soyuması və yaxud nəm yerdə uzun müddət qaldıqda soyuqdəymənin qarşısını almaq üçün dabanlara və baldıra qıtıqotu əzintisindən islatma qoyurlar. Qıtıqotunun mikroblara da öldürücü təsiri vardır. Qıtıq­otu tinkturası və əzintisi irinli yaralarda və qulağın iltiha­bında tətbiq olunur.

Qıtıqotu şirəsinə su qatıb angina və ağız boşluğunun selikli qişasının iltihabında ağızı və boğazı qarqara etmək üçün istifadə edilir. Belə qarqara ona görə xeyirlidir ki, qıtıqotunda bakterisid xassəli zülali maddə – lizosim vardır. Müasir dövrdə lizo­simdən (onu sənayedə heyvan toxumalarından alırlar) mik­roblara qarşı vasitə kimi istifadə olunan göz damcıları, islatma və kompres formasında tətbiq olunur. Qıtıqotu tinkturasından kosmetikada dəri çillərinə və piqmentli ləkələrə qarşı istifadə olunur. 50 q qıtıqotu əzintisinə 250 ml aşxana sirkəsi əlavə edib qaranlıq və sərin yerdə 2 həftə saxlayır, süzüb 1,5 litr su əlavə edirlər. Alınmış məhlulla səhər və axşam üzün dərisini pambıq tamponla silirlər.

Qıtıqotundan tamlı qatma «Aşxana qıtıqotu» hazırlanır. Bunu hazırlamaq üçün onun köklərini seçir, yaxşı yuyur, çürü­müş, əzik, bürüşmüş, quruyub bərkimiş hissələrindən təmiz­ləyirlər. Sonra qıtıqotu köklərini 1-2 saat təmiz soyuq suda isladırlar. Bundan sonra kökləri küt bıçaqla qazımaqla yaxşı təmizləyir, kənarlarındakı çıxıntılı və zədəli yerləri kəsib atırlar. Təmizlənmiş qıtıqotu yuyulur, ət maşınından və ya sürtgəcdən keçirilib narın xırdalanır. Xırdalanmış kütlə eynicinsli, sıyrım­sız, zərif və ağ olmalıdır. Kütlə qaralmasın deyə onun üzərinə 1:1 nisbətində marinad tökülür. Marinad sirkə, duz, şəkər və sudan hazırlanır. «Aşxana qıtıqotu» üçün marinad aşağıdakı resept üzrə faizlə hazırlanır: 80%-li sirkə turşusu – 5,0; şəkər – 14,0; duz – 4,8; su – 76,2.

Bundan başqa, ona müxtəlif ədviyyələr (darçın, mixək, ətirli istiot və s.) əlavə edilir. Belə hazırlanmış qıtıqotu ağzı möhkəm bağlana bilən və tutumu 50, 100, 125, 150, 250, 500 q olan şüşə bankalara qablaşdırılır. Qıtıqotu, həmçinin, ağzının diametri 9,5 mm-dən az olmayan 215 sm3 həcmli alüminium tublara da qablaşdırılır. Aşxana qıtıqotunda 12 mq% C vitamini vardır.

Marinad hazırladıqda 80%-li sirkə turşusunu biokimyəvi üsulla hazırlanmış 9%-li sirkə turşusu ilə əvəz etmək olar, lakin burada uyğun hesablama aparılmalıdır.

«Çuğundur şirəsi ilə qıtıqotu», «Yerkökü ilə qıtıqotu», «Mayonezlə qıtıqotu» hazırladıqda marinada əlavə edilən su uyğun olaraq çuğundur və yerkökü şirəsi, həmçinin, mayonezlə əvəz olunur.

Qıtıqotu ət, balıq xörəkləri və soyuq qəlyanaltılar üçün yaxşı tamlı qatma hesab olunur. Qıtıqotundan bəzi sousların hazırlanmasında da istifadə olunur. Qıtıqotu püreyəbənzər kütlədən ibarət olub, tünd dada və ətrə malik olur. Kənar iy və dad verməməlidir.

Qablaşdırılmış qıtıqotunu quru, havası yaxşı dəyişdirilə bilən otaqlarda 100C-də saxlayırlar. Saxlanılma müddəti yay vaxtı 13-30 gün, qış vaxtı isə 30-45 gündür. Soyuducuda (0-20C-də) adi qabda 2,5-4 aya qədər, hermetik bağlı tarada isə 6 aya qədər saxlamaq olar. Qıtıqotu toz halında da buraxılır.


Yüklə 9,53 Mb.

Dostları ilə paylaş:
1   ...   328   329   330   331   332   333   334   335   ...   386




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin