Əhməd-Cabir İsmayıl oğlu Əhmədov



Yüklə 9,53 Mb.
səhifə358/386
tarix10.01.2022
ölçüsü9,53 Mb.
#107849
1   ...   354   355   356   357   358   359   360   361   ...   386
SəhləbЯтрышникOrchis mascula L. Səhləb (Orchidaceae) fəsiləsindən çoxillik bitkidir. Azərbaycanda səhləb bitkisinin 21 növünə rast gəlinir. Bu bitkinin nəzəri cəlb edən müxtəlif rəngli gözəl çiçəkləri xüsusi çiçək oxu üzərində toplanmışdır. Ensiz lansetşəkilli iri yaşıl yarpaqları çiçək oxunu iki tərəfdən əhatə etmişdir. Ikiyarpaqlı ağ səhləb çiçəklərinin xoşagələn ətri vardır.

Səhləb bitkisinin, adətən iki yeraltı kök yumrusu vardır. Bunlardan biri cavan və şirəli, digəri isə şirəsiz və qidasız olur. Tibbi məqsəd üçün səhləbin cavan yeraltı kök yumrularından istifadə edilir. Meşəlik rayonlarında, xüsusən Zaqafqaziyanın meşə zonalarında bu bitki daha geniş yayılmışdır. Azərbay­canın dağlarında, xüsusən Böyük Qafqazda bitir.

Azərbaycanda səhləb bitkisinin iyirmiyə qədər müxtəlif növü vardır. Dərman məqsədilə səhləbin yeraltı kök yum­ru­larını bitki çiçək açan vaxt toplayır, əvvəlcə soyuq su ilə təmiz yu­yur, sonra ipə düzür, qaynar suyun içərisində 5-10 dəq. Sax­layırlar (qaynar suda saxlamaqda məqsəd cücərmənin qarşısını almaqdır). Sonra onu günəş altında qurudurlar. Bu qayda ilə quru­dulmuş səhləbi xüsusi torbalara doldurub satışa gön­dərirlər.

Səhləb son dərəcə faydalı, zəngin qidalı bitkidir. Onun tərkibində 50%-ə qədər selik maddəsi, 27%-ə qədər nişasta, 13%-ə qədər dekstrin, 11%-ə qədər şəkər, 5% zülali maddə, mineral duzlar, az miqdarda qatran və alkaloidlər vardır.




Yüklə 9,53 Mb.

Dostları ilə paylaş:
1   ...   354   355   356   357   358   359   360   361   ...   386




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin