Əhməd-Cabir İsmayıl oğlu Əhmədov



Yüklə 9,53 Mb.
səhifə366/386
tarix10.01.2022
ölçüsü9,53 Mb.
#107849
1   ...   362   363   364   365   366   367   368   369   ...   386
İstiot yarpızı (Mentea piperita) təbii hibridlərin, yəni su (M.aquatiae) və sünbülvari yarpızların (M.spicata) birləş­mə­sindən əmələ gəlmişdir. Hazırda mədəni halda iki forması – qara və ağ istiot yarpızı becərilir. Qara istiot yarpızı (Mentea rubescens) Ingiltərədə, Bolqarıstanda, Macarıstanda və MDB ölkələrində becərilir. Ağ istiot yarpızı (Mentea pallescens) isə ilk dəfə Fransada əkilib-becərildiyinə görə ona «fransız yarpızı» da deyilir.

İstiot yarpızının quru yarpaqlarının tərkibində 2,4-2,75%, çiçəklərində 4-6%, gövdəsində isə 0,3%-ə qədər efir yağı tapılmışdır. Efir yağının əsas tərkib hissəsində L-mentol, mentofuran, sineol, limonen, puleqon, timol və digər terpenlər vardır. Efir yağından başqa, onun tərkibində 25 mq% C vitamini, 40 mq% karotin (provitamin A), 13,8 mq% rutin, gisperidin, betain, yelsololsanol turşuları, flavonoidlər, mikroelementlər və s. vardır.

Yarpızın yarpaqlarında bir sıra bioloji fəal maddələrin kompleksi olduğu üçün o, farmakoloji cəhətdən geniş tətbiqə malikdir. Yarpaqlarından reflektor, tac damarları genişləndirici, sakitləşdirici, ödqovucu, antiseptik və ağrıkəsici xassəyə malik preparatlar hazırlanır. Yarpız preparatları həzm vəzilərinin sekresiyasını qüvvətləndirir, iştahanı artırır. Ödün ifrazını fəal­laşdırır, spazmaları aradan qaldırır, bağırsaq, öd yolunun və sidik yollarının saya əzələsinin tonusunu azaldır. Yarpızın tər­ki­bində olan mentol antiseptik xassəyə malikdir. Yuxarı tə­nəffüs yolları xəstəliklərində (faringit, laringit, traxeit, zökəm və s.) mentoldan və yarpızın digər preparatlarından selikli qişalara yaxılır, eləcə də damcı formasında buruna damızdırılır.

Bundan əlavə, mentol karandaşından başağrısında, men­tolun 2%-li spirtdə və ya 10%-li yağda həlledilmiş məhlu­lun­dan isə miqrendə, nevrologiyada və digər nevroloji xəstəlik­lərdə xaricə sürtmə dərmanı kimi işlədilir. Ondan «inqafen» inqalyatorunun tərkibində də istifadə olunur. Yarpızın yarpağı və yağı fitonsid antiseptik xassəyə malikdir. Mentol və yarpız validol, valokardin, «yaşıl damcı» yevgenol, pektusin, menovazin, efkamon, olimetin və s. kimi preparatların tərkibinə daxildir. Mentolun pişikotu, xanımotu və s. otlarla birlikdə hazırlanan cövhərindən sakitləşdirici, qəbizliyə və hemoroidə qarşı istifadə olunur.

Xalq təbabətində isə istiot yarpızından sakitləşdirici, öd­qovucu, ürək ağrısı, revmatizm, vəba və s. xəstəliklərin müa­licəsində istifadə edilir. Cövhəri ağızda əmələ gələn iylərin ara­dan qaldırılmasında işlədilir. Göstərdiklərimizdən başqa, cöv­hərindən hemoroid, kəskin başağrıları zamanı, təzə yar­paq­larını ağrıyan nahiyəyə düzməklə, ürəkbulanma, qusma, raxit, xənazir, sarılıq və s. xəstəliklərin müalicəsində istifadə edilir. Yar­pağından hazırlanan cövhərindən və çaylardan mədə tur­şuluğunun artırılmasında, öd kisəsi ağrılarının qarşısının alın­ma­sında işlədilir. Efir yağından dezinfeksiyaedici, təra­vət­ləndirici, müalicəvi çay, ətirli su, şirə və s. hazırlanır.

Özünəməxsus ətri və təravəti ilə məşhur sayılan istiot yar­pızının yağından qənnadı sənayesində, ətriyyat, kosme­ti­kada, diş pastalarının və eləcə də müxtəlif növ ətirli sabunların hazırlanmasında geniş istifadə edilir.

İstiot yarpızı qiymətli ədviyyə kimi kulinariyada xüsusi yer tutur. Belə ki, ondan ət, balıq və tərəvəzlərdən hazırlanmış müxtəlif xörəklərin tərkibinə qatqı kimi əlavə olunur. İstiot yarpızının təzə yarpaqlarından və eləcə də qurudularaq toz halına salınmış hissəsindən ədviyyə kimi bir çox məhsulların – pendir, salat, şorba, ət, balıq, tərəvəz və s. tərkibinə qatqı kimi əlavə edirlər.


Yüklə 9,53 Mb.

Dostları ilə paylaş:
1   ...   362   363   364   365   366   367   368   369   ...   386




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin