8.6. Tütün məmulatının funksional xassələri və insan
səhhətinə mənfi təsiri
Tütün məmulatı istehsalı üçün əsas xammal Nikotiana cinsinə aid olan Nikotiana tabakum (sarı tütün) bitkisinin emal edilmiş yarpaqlarıdır. Tütünün bir neçə sortları vardır ki, bunlar 2 qrupa ayrılır; skelet tütünü və ətirli tütün.
Tütünün kimyəvi tərkibi çox mürəkkəbdir və bitkinin botaniki sortundan, yetişdiyi rayonun torpaq-iqlim şəraitindən, yığılma dövründən
108
və ilk emal üsullarından asılıdır. Fermentləşdirilmiş sarı tütünün tərkibində quru maddəyə görə 1,6-22,7% karbohidratlar, 6,4-12,9% zülali maddə, 3,5-24,5% reduksiyaedici maddələr, 1,2-7,5% polifenollar, 12,0-15,0% üzvi turşu, 1,5% efir yağları, 10,0%-ə qədər qətranlar, 12-16% kül elementləri vardır.
Tütün tərkibində olan spesifik maddə alkaloid nikotindir
(C10H14N2).
Papiros tütünündə nikotinin miqdarı 0,2-4,6%-ə qədər, maxorkada
isə 7%-ə qədərdir.
Tütün məmulatı istehlak edən zaman (papiros və ya siqaret
çəkiləndə) nikotin selikli qişa tərəfindən sorulur, qana keçir və əsəb sis-teminə narkotik maddə kimi təsir edir. Nikotin zəhərli maddədir və onun
0,08 qramı insan orqanizminə öldürücü təsir göstərir.
Nikotindən başqa tütünün tərkibində onu müşayiət edən başqa
alkaloidlər də vardır. Bunlardan narnikotin – C9H12N2 və nikotein –
C10H12N2 çox az olmasına baxmayaraq ürək-damar sisteminə, nəfəs
yollarına və qida həzminə mənfi təsir göstərir.
Tütün istehlakı və papiros çəkimi məişət narkomaniyası növlərindən biridir. Ölkəmizdə və bir çox xarici ölkələrdə tütün məmulatı istehlakının zərərli olması haqqında izahedici iş aparılır. Tütün məmulatı reklam edilmir.
Tütün məmulatı istehlakı bir çox xəstəliklərə səbəb olur. Tütün istehlak edən adamlarda başağrıları, ürəkbulanma, iştahasızlıq, yorğunluq, yuxusuzluq müşahidə edilir.
Tütün məmulatına siqaretlər, papiroslar, siqarlar, trubka (qəlyan) tütünü, iynənilən tütün (burunotu), çeynənilən tütün və maxorka aiddir. Maxorka tütünün xüsusi sortlarından hazırlanır.
Tütün və tütün məmulatının keyfiyyəti qiymətləndirilərkən orqano-leptiki göstəricilərdən tüstünün ətri və dadı, xarici tərtibatı, tütünün gilizə doldurulması və qablaşdırılması nəzərə alınır.
Tüstünün ətri aşağıdakı kimi qiymətləndirilir: buketli ətirli, bu-ketsiz ətirli, sadə ətirli, kobuda çalan ətirli, az kobuda çalan, kobud və çox
kobud.
|
|
|
|
|
|
Tüstünün dadı aşağıdakı kimi üç göstərici üzrə
|
qiymətləndirilir:
|
ağızda ləkə
|
qoymasına, dili göynətməsinə və boğazı yandırmasına
|
görə.
|
Dadın lazımi
|
tündlükdə olmaması
|
qüsur hesab edilir.
|
|
|
Fiziki-kimyəvi göstəricilərindən tütün və
|
tütün məmulatının
|
nəm-
|
liyi, tütünün
|
tərkibindəki tozun
|
miqdarı, nikotinin
|
miqdarı
|
müəyyən
|
edilir
|
və texniki təhlil aparılır.
|
|
|
|
|
109
Dostları ilə paylaş: |