Ev təsərrüfatlarının gəlirlərinin mövcud vəziyyəti: kənd təsərrüfatı fəaliyyəti sahələri üzrə gəlirlərin təhlili



Yüklə 388,33 Kb.
səhifə5/10
tarix01.01.2022
ölçüsü388,33 Kb.
#107205
növüXülasə
1   2   3   4   5   6   7   8   9   10
Məmmədov UNEC 2021 Ev təsərrüfatlarının gəlirləri.

Tədqiqat işinin məqsədi. Bu məqsədlərə uyğun olaraq aşağıdakı vəzifələr müəyyənləşdirilmişdir:

  • ev təsərrüfatlarının gəlirlərinin formalaşmasının mexanizminin nəzəri- metodoloji əsaslarının tədqiqi;

  • ev təsərrüfatlarının gəlirlərinin artırılmasında örüşlər və yardımçı təsərrüfatların rolunun müəyyənləşdirilməsi;

  • ev təsərrüfatlarının gəlirlərinin mövcud səviyyəsi və ona təsir edən amillərin qiymətləndirilməsi;

  • ev təsərrüfatlarında örüşlərdən istifadənin səmərəliliyinin müəyyənləşdirilməsi;

  • ev təsərrüfatlarında yardımçı təsərrüfatlardan istifadənin səmərəliliyinin müəyyən edilməsi;

Əhalinin istehlak səviyyəsi isə birbaşa onların gəlirləri ilə proporsionaldır. Gəlirlər pul və natural formada olmaqla təsnifləşdirilir. Əhalinin pul gəlirləri əmək haqqları, sahibkar mənfətini, pensiya, müavinət, dividend, faizlər, renta, xidmət haqları, sığorta ödənişləri və s. gəlir mənbələrindən ibarətdir. Natural formada olan gəlirlərə isə əsasən ev təsərrüfatlarının şəxsi istehlak üçün istehsal etdikləri nemətlərin məcmusudur [4; səh 118]. əlirləri şərh edərkən belə ev təsərrüfatlarının sırf istehlakçı yox, həm də istehsalçı tərəfinin olduğunu qeyd edirik. Bəli, ev təsərrüfatları məhsul istehsal edərkən müasir dövrün mürəkkəb, çoxfunksiyalı istehsal avadanlıqlarından istifadə etmir. Amma bu onların istehsalçı ola biləcəyi reallığını da dəyişmir.

Natural formada olan gəlir təkcə ev təsərrüfatlarının istehsal etdikləri nemətlərlə məhdudlaşmır. Həm dünya praktikasında, həm də ölkəmizdə istehsal müəssisələri əmək haqqı fonduna natural formada olan ödənişləri də əlavə edirlər. Yəni bu müəssisələr öz işçilərinə istehsal etdikləri məhsulları təqdim edirlər. Bu əsasən ilin sonunda işçilərin işlədikləri əlavə iş saatına görə, normadan artıq istehsal etdikləri məhsula görə, işçilərin stimullaşdırılmasını hədəfləyən digər addımların atılması strategiyasına uyğun icra edilir.

İqtisadçı professor B.X.Ataşov ev təsərrüfatlarını tədqiq edərkən onların məcmu gəlirlərini “ilkin” və “ikinci” gəlirlər olmaqla iki hissəyə bölmüşdür. İlkin gəlirlər də öz növbəsində istehsal fəaliyyətindən və mülkiyyətdən əldə olunan gəlirlərə bölünür. Şəkildə öz əksini tapan məsələlərdən biri də dissertasiya mövzusunda şəxsi yardımçı təsərrüfatdan və kənd təsərrüfatı məhsulları satışından əldə olunan gəlirlərin istehsal fəaliyyətindən olan gəlirlərin tərkibində qruplaşmasıdır. Bununla yanaşı əmək gəlirləri də istehsal fəaliyyətinə aid olan gəlirlərdir. Belə ki, bura özəl və dövlət müəssisələrində muzdlu əmək müqaviləsi üzrə fəaliyyət və özü məşğulluqdan (usta, bərbər, sahibkar və s.) olan gəlirlər daxildir. İlkin gəlirlərin əsasını təşkil edən bölmələrdən biri də mülkiyyət gəlirləridir. Mülkiyyət gəlirləri də öz növbəsində iki yerə bölünür.




Yüklə 388,33 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin