F. H. Zeynalov


XI. Dil işarələrinin praqmatik



Yüklə 1,55 Mb.
səhifə71/83
tarix02.01.2022
ölçüsü1,55 Mb.
#661
1   ...   67   68   69   70   71   72   73   74   ...   83
XI. Dil işarələrinin praqmatik

və siqmatik xüsusiyyətləri



XI.1. Ümumi qeydlər
C. Sviftin «Qulliverin səyahətləri» romanında (III hissə, VIII fəsil) qəhrəmanlar dilsiz keçinməyi qərara alırlar. Bunun üçün onlar bellərinə içərisi əşyalarla dolu kisə yükləyib bir-birilə rastlaşanda nə demək istəyirdilərsə, sözün denotatını – əşyanı çıxardıb göstərirdilər. Lakin bu cür ünsiyyət normal cəmiyyəti təmin edə bilməz, çünki bu yolla abstrakt məfhumları (sevgi, məhəbbət, düşmənçilik hissləri və s.) göstərmək qeyri-mümkündür. Ondan başqa, belədə informasiya mübadiləsi olmur. Canlı dildə ünsiyyət zamanı əşya və ya varlığın özü deyil, onları əvəz edən sözlər və onlar arasındakı əlaqələr mühüm rol oynayır.
XI.2. İşarələrin aspektləri haqqında
Semiotika ilə inikas nəzəriyyəsi arasındakı əlaqələri filosoflar daha çox xüsusi və süni dillərin timsalında çözməyə çalışırlar, çünki belədə təbii dillərin mürəkkəbliyi minimuma enmiş olur. Məs., işarə ilə onun maddi varlığı arasındakı əlaqə təbii dillərdə çox mürəkkəbdir. Eyni işarələrin müxtəlif variantlarda çıxış etməsini dilçiliyin bir neçə sahəsi – fonologiya, morfologiya, semantika və s. öyrənir. Təbii dillərin sintaksisində də mürəkkəbliklər çoxdur.

Məşhur alman alimi G.Klaus semiotikanı ilk növbədə dil işarələri haqqında ümumi nəzəriyyə kimi tərifləndirir. Onun fikrincə, semiotik baxımdan dilin tədqiqi zamanı aşağıdakı faktorlar nəzərə alınmalıdır:



  1. Şüurda əks olunan obyekt (O)

  2. Dil işarələri (İ)

  3. Fikirdə əks olunanlar (Ə)

  4. İşarələrdən istifadə edən və başa düşən adamlar, işarələrin cəmiyyətlərlə əlaqəsi (A) (bax: şəkil 34)1.

Beləliklə, işarə nəzəriyyəsində 4 cür əlaqədən söhbət gedir. Birinci halda onu sintaksis adlandırırlar, söhbət bir işarə ilə digərlərinin birləşməsindən gedir(bax İX fəsil).

İ1




sintaksis




(birləşmə qaydaları)

İ

praqmatik

İ (C) kimə və nəyə

yönəlikliyi

semantika

siqmatika


Anlayış və ifadələrin fikirdə inikası, əksi və s.



İnikasın obyekti

(əşyalar, əlamətlər,

əlaqələr)



Ə

əks olunan obyekt Şəkil 34. İşarələrin əlaqə formaları

İşarələrin 2-ci aspekti məfhum və söyləmlərin fikri ifadəsidir. İX fəsildə verdiyimiz /tozsoran/ sözü motivləşib, o mürəkkəb işarə kimi /toz/ və /sormaq/ işarələrinin məcmusundan irəli gələn məna ifadə edir. /tozsoran/, /qabyuyan deyil/, /maşın sürən/ deyil, məhz evin, həyətin, hər hansı bir əşyanın tozunu təmizləmək üçün istifadə olunan texniki avadanlıqdır. İşarənin bu aspektinə semantika deyilir.

Üçüncü əlaqə işarənin onu işlədən adam, cəmiyyət, kollektiv və s.-ə olan münasibətdir, yəni söz, cümlə, ifadə kimə və nəyə yönəlib. Məs., pambıqçı qarşısında çıxış edən natiq nəzərə almalıdır ki, o elektron hesablayıcılar istehsal edənlər qarşısında çıxış etmir, o deyərsə ki, «pambıq kolunun hər biri 2 bit informasiya daşıyır», əlbəttə, pambıqçılar onu başa düşməyəcəklər. Bu aspekti praq­ma­tika adlandırırlar(daha ətraflı irəlidə).

Nəhayət, dördüncü aspekt işarənin inikası olan obyekt avadanlığın, aparatın özüdür, böyükdür ya kiçikdir, hansı rəngdədir, gücü nə qədərdir, yaxın və uzaq məsafəyə daşına bilirmi, haradadır, necədir və s. Bu aspekti isə siqmatika adlandırırlar2.

Semiotika ayrı-ayrı konkret işarələrin materiyası və ya yazıda necə verilməsilə məşğul olmur, o, işarələrin obrazlarını öyrənir. Hər bir maddi işarə xüsusi individdir, fərddir, o iki dəfə eyni cür gələ bilməz və onun bir sıra əlamətləri var ki, onlar semiotik yanaşmada rol oynamır. Məs., bizim mətndə işlətdiyimiz işarə sözünün hər dəfə işlənəndə elə əlamətləri olur ki, başqa hallarda bu əlamətlər olmur­lar. Səhv yazanda və ya düzgün deməyəndə eyni işarə obrazını, onun haqqında yaranan fikirləri asanlaqla duymaq olur. Əsas odur ki, bir sözün reallaşmaları oxşar olsun və eyni obrazı əks etdirsinlər. Burada abstraktlaşma olmalıdır. Biz deyə bilərik ki, x və y ara­sın­dakı əlaqə ekvivalentdir. İşarələrin təmsilçiləri mücərrəd siniflərdir. İşarənin nüsxələri abstraksiyanın elementləridir, yəni eyni işarə obra­zının reallıqlarıdır. Bu reallıqlar eyni işarə obrazına ekvi­va­lentlik əlaqəsilə bağlanır. Bir işarə obrazı ekvivalent işarə nüs­xələrinin strukturunu təşkil edir, yəni elə sxem və ya modeldir ki, ondan ünsiyyətdə istənilən qədər işlətmək olar. Onlar düzəl­dikdən sonra qalmır, yox olur, dildə və ya lal-karların ünsiyyətində və jestlərdə olduğu kimi ünsiyyət məqamı keçəridir, işarə də qalır keçmişdə.

İşarə nüsxələri işarələrin daşıyıcıları və ya işarə hadisələri adlandırıla bilərlər. Onlar hər hansı bir işarə obrazına, geştaltına aid edilməlidir, yəni onun təmsilçisi olmalıdır ki, tanınsın, hər hansı bir məlumatın daşıyıcısı məna tutumlu işarənin nüsxəsi olsun. İşarələrin nüsxələri işarətanıma nəzəriyyəsinin obyektidir. Onların düzəldilməsi və tanınması mürəkkəb neyroloji prosesdir. Ancaq elektron avtomatlarla görülən işlər hələ də arzu olunan səviyyədə deyildir.

İşarə nüsxəsinin işarə obrazına münasibəti əks olunan ilə inikası, şəkli arasındakı münasibətə parallelik təşkil edir. Məfhu­mun inikası şüurda əks olunan obyektlərin abstraktlaşması sayə­sin­də mümkün olur.

İşarə nüsxəsi konkret təbiətə malikdir, hissi qavranılan şəkildir. Məcburi deyil ki, o, əksolunmanın obyekti olsun. Eynilə fikri proseslər də əks oluna bilərlər. Bu da semantik aspektin sahəsidir. İşarə gestaltı əsasında nəinki işarə nüsxələri eyniləşdirilir, həm də düzəldilə bilərlər. Bu qarşılıqlı əlaqəni alman alimi G. Klaus belə əyaniləşdirir.

İşarə obrazı inikası







işarə nüsxəsi əksolunmanın



obyekti

Deməli, dilin işarələri arasındakı əlaqələri sintaksis öyrənir. Təbii və süni dilin sintaksisi təsvir olunan obyekt dili üçün qaydalar sistemi müəyyənləşdirir ki, buna da metadil deyilir. Məs., biz süni dili Azərbaycan dilindən istifadə etməklə öyrəniriksə, burada süni dil obyekt dili, Azərbaycan dili isə metadil kimi çıxış edir. Eynilə semantika dildə ifadə olunan məfhum və anlayışların əlaqəsini təsvir edir. İşarə ilə əks olunan obyektlər və şeylər arasındakı əlaqələri siqmatika, nəhayət, işarə ilə ondan istifadə edənlər arasındakı əlaqəni praqmatika öyrənir. Aşağıdakı sxem bu əlaqələri daha əyani göstərir:


/su içməlidir//, /duzludur// /su/ (arxdakı)


Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin