Fələstİn İslam İnqilabının Böyük Rəhbəri həzrət Ayətullah Seyid Əli Xameneinin baxışında


Bu rejimin varlığını etiraf edən hər bir müzakirənin qanunsuz və davamsız olması



Yüklə 1,24 Mb.
səhifə64/81
tarix30.06.2018
ölçüsü1,24 Mb.
#55352
1   ...   60   61   62   63   64   65   66   67   ...   81

Bu rejimin varlığını etiraf edən hər bir müzakirənin qanunsuz və davamsız olması


Qardaşlar və bacılar! Bu gün Fələstin xalqının müzakirəsi öz mehvəri üzərində durmuşdur. Qələbə ümidi də odur. Yəni xalq səhnəyə gəlmişdir. İsrail qondarma, qanunsuz və işğalçı bir rejimdir. Zorla, zülmlə və hiylə ilə gəlib bir ölkəni xalqının əlindən almışdır. Buna əsasən, bu rejimin varlığını etiraf əsasında olan hər növ müzakirə qanunsuz və davamsızdır. Əlbəttə, bu gün Fələstin xalqı vəziyyəti yaxşı dərk edib anlamışdır. Bilir ki, güc dili Beytülmüqəddəsi və Fələstin ölkəsini işğal edənlərin inandığı yeganə dildir. Xalq bilir ki, hər növ müzakirə və müqavilə onlara ziyan gətirəcək. Odur ki, meydana atılmışdır.

Müqavimətin və sülhün nəticələrinin əyan olması


Müqavimət və mübarizə örnəyi bizim qarşımızdadır. Yəni müqavimət və mübarizə ilə və sözsüz ki, ziyanlara dözməklə qələbəyə çatmaq olar. Eyni zamanda məğlubiyyət örnəyi də bizim qarşımızdadır və o, sülh yollarına könül verməkdən, sülhün dilənçi kasasını əldə tutmaqdan ibarətdir. Onun nəticəsi də təhqir olunmaq, xar olmaq və sonda İsrailin istəklərinin birtərəfli yeridilməsidir. Bunu da eynilə müşahidə etdik.

Mübariz xalqın düşmənin təhdidinə və xainlərin sülh müqavilələrinə əhəmiyyət verməməsi


Bu gün bunlar Fələstin məsələsinin bitdiyini xəyal edərək bayram keçirirlər. Mən deyirəm: Fələstin məsələsi bitmiş deyil. Səhv etməsinlər. Əlbəttə, imperialist dünya "Allah onların işığını keçirər və özlərini zülmət içərisində qoyar, (heç nə) görməzlər" səbəbindən bütün elmi təhlilləri ilə bu insani həqiqətləri gizli saxlaya bilməzlər.

Məsələ bitməmişdir. Məsələ dəyişməmişdir. Fələstin məsələsi öz vəziyyətində qalmışdır. Fələstinli tərəf, yəni zahiri fələstinli olan, əslində isə nə olduğunu Allahın bildiyi əskik, bədnam və üzüqara imza sahibi gedib nəyisə satası deyil. Məgər Fələstin xalqı Ərəfatdır?! Ərəfat nə karədir ki, gedib Fələstini onun işğalçıları ilə, qeyd olunmayanlardan əlavə tarixdə yüzlərlə faciəli hadisəsinin qeyd olunduğu sionistlərlə bazarlıq etsin. Məgər Deyr-Yasin hadisəsi, dinamitlə xalqın başına uçurulan kəndlər unudulmuşdur? Məgər unutmaq olar?! Bunları kim etmişdir? İndi onlar gəlib heç kim olan bir şəxsdən imza alsınlar ki, biz dörd-beş ildir buranı işğal etmişik, indi sən gəl buranın bizim özümüzünkü olduğunu imzala. Məgər bunu edə bilər?! Məgər kimsə qəbul edər?! Amerika və sionizmin başçıları, eləcə də bu müzakirə və imza stolu arxasında oturan o zəbun və əskik adamlar bilsinlər ki, fələstinli yumruqlar eləcə işğalçıların başına endiriləcək. Beynəlxalq təbliğatda səs-küylə hamıya göstərirlər ki, bir qrup fələstinli sevinir. Bəli, hər yerdə muzdur adamlar, zəif adamlar və sabahlarının nə olacağını bilməyən məlumatsız insanlar sözsüz ki, var. Belə olması da mümkündür. Nə üçün bu məsələdə İslam dünyasının fikri soruşulmur? Bu məsələ bir İslam məsələsidir. Ərəb dünyasında təəssüf ki, bəzi ərəb başçıları rüsvayçı şəkildə bu xəyanətə təslim olub razılaşdılar. Həmin ölkələrdə, əgər dünya təbliğatının azad olduğunu doğrudan deyirsinizsə, gedin insanlardan müsahibə alın. Buraya çatdıqda daha təbliğat azadlığının və soz azadlığının mənası yoxdur; bu daha Qərb demokratiyasının prinsiplərindən sayılmır.

Gedib xalqdan müsahibə alsınlar, görsünlər xalq nə deyir. Məgər İslam ümməti bu 40-50 ildə verdiyi bütün bu qurbanlara göz yummağa razıdır?! Məgər İslam ümməti amerikalıların işarə etdiyi hər bir şeyi ikiəlli təqdim edən bu dörd xəyanətkar şah və prezidentdir?! İslam ümməti İslam ümmətidir. Ərəb ümməti də öz dairəsində bunlardan daha şücaətli və daha başucadır. Bu mübarizə xalqların daxilinə çəkiləcək; necə ki, çəkilmişdir.

Düşmən bilsin ki, heç bir təhdid və heç bir hiylə, o cümlədən Fələstin amalına arxa çevirmiş fələstinlilərin Amerika konfransında iştirak etməsi Fələstinin xilası uğrunda cihad etməyi özünün İslam vəzifəsi bilən mömin canları bu haqlı mübarizədən daşındıra bilməyəcək. Amerikanın, onun müttəfiqlərinin və əlaltılarının istəyinə rəğmən, Fələstin xalqının cihadı da davam edəcək və bu müqəddəs şölə asılı olan fələstinli və ərəb siyasətçilərin xəyanəti ilə sönməyəcək.

Şərmüşşeyxdə və digər yerlərdə məsuliyyətsiz tərəflər arasında bağlanan bu müqavilələrin heç bir təsiri yoxdur. Bu, müqavilələri imzalayanların rüsvayçılığına səbəb olacaq, heç bir faydası və heç bir təsiri də olmayacaq.

Müzakirənin qadağan və faydasız olması


Fələstin xalqı öz azadlığını və hüquqlarını ərəb başçılarının konfranslarında və toplantılarında axtarmamalıdır və axtara bilməz. Bu toplantılar məzlum fələstinlilər üçün uğursuz və pis sonuclu olmasa da, ən azı faydasız və təsirsizdir. Bu günlərdə Fələstin tərəfdən toplaşan başçılar Fələstinin xilası fikrində səmimi olsaydılar, Amerika prezidentinin hiyləgər təklifi qarşısında güclü və qətiyyətli mövqe seçib işğal olunmuş Fələstin daxilindəki mübarizlərə maliyyə, silah və siyasi yardım üçün təcili və həqiqi qərarlar verərdilər, puç şüarlarla kifayətlənməzdilər. Əgər belə olmamışsa, ərəb dünyasının və onun hakimlərinin indiki vəziyyətinə görə olmayacaqsa da, daxildəki mübarizlər Allaha, xalqın və İslamın qüvvəsinə arxlanmalı və bilməlidirlər ki: "Nə qədər olub ki, az bir dəstə Allahın izni ilə çox bir dəstəyə qalib gəlib! Allah dözümlü olanlarladır!"

Müzakirələr - sülhün deyil, zülmün real nümunəsi


İndi dırnaqarası sülh müzakirələrinə başlayıblar ki, Fələstin müsəlmanlarının qiyamını yatırtsınlar. Məgər bacardılar?! Məgər bacararlar?! Adını da qoyublar sülh. Bu sülhdür, yoxsa zülm?! Məzlum Fələstin xalqının başı üzərindən aparılan bu müzakirələrə qarşı çıxmağımız sülhə qarşı çıxmağımıza görə deyil. Biz sülhün tərəfdarıyıq. Biz sülhün carçısıyıq. Biz sülhdən üstününün carçısıyıq. Biz deyirik ki, dünya müsəlmanları ilə digər insanlar arasında qardaşlıq olsun. Biz qardaşlığın tərəfdarıyıq. Biz zülhlə müxalif deyilik. Amma bu gün Amerikada baş verən bu müzakirələr sülh müzakirəsi deyil. Bu, zülm müzakirəsidir. Onlar bir zülmü möhkəmlətmək istəyirlər. İstəyirlər ki, bir zülmü qanuni və rəsmi etsinlər. Biz əlbəttə ki, müxalifik. Dünyanın bütün alicənab insanları müxalif olmalıdırlar. Bütün müsəlmanlar müxalif olmalı və ona qarşı çıxmalıdırlar. Fələstin xalqının evini onlardan alıb, orada bir qrup işğalçını yerləşdiriblər, himayə ediblər və o işğalçıların əli ilə ev sahiblərini ən faciəli formada əziblər. İndi də ev sahiblərinin ağzını yummaq və onları öz sərvətlərinə dair iddialarını bütövlüklə geri götürməyə vadar etmək üçün oturub ərəb dövlətləri və İsraillə müzakirə aparmaq istəyirlər.

Məgər kiminsə Fələstin xalqı tərəfindən bir şey imzalamağa haqqı çatır?! Məgər kiminsə ayrısının əvəzinə o xalqın evini işğalçıya satmağa haqqı çatır?! Biz ümidvarıq ki, bu müzakirələr imza olunmuş müqaviləyə çevrilməsin. Amma əgər müqavilə də bağlansa, oraya gedən ərəb hökumətləri onu imzalasalar da, o imzalar Fələstin xalqının, dünya müsəlmanlarının və bizim fikrimizə görə etibarsızdır.

Amerika səhv edir. Amerika ərəb hökumətlərini belə bir rüsvayçı müzakirə üçün bir stol arxasına toplamaqla oraya toplanmış hökumətləri xalqlarının yanında daha da mənfur edir. Məgər ərəb ölkələrinin xalqları başçılarının gedib Fələstin xalqının evini digərlərinə satmalarına razıdırlar?! Əgər Allah eləməmiş belə bir imza baş versə, bu başçılarla xalqlar arasındakı məsafə daha da artacaq. Bu iş xalqlarını daha da qəzəbləndirəcək. Misir xalqını daha da qəzəbləndirəcək. O misirli yazıq qalxıb dilənçi kimi Amerikaya gedir ki, İrandan şikayət etsin. Elə bir yazığa şikayət edir ki, onun özü ondan artıq İrandan şikayətçidir.

Nə üçün İrandan şikayət edirsən? İslamdan şikayət et, öz müsəlman xalqından şikayət et. O kişi kimdənsə şikayət etməlidirsə, gərək Misir xalqından şikayət etsin. Misir xalqı müsəlman xalqdır. Misir xalqının İslamda keçmişi olub. Misir xalqı yeni İslam düşüncələri və İslam mübarizələri yolunda böyük nailiyyətlərə malikdir. Bu xalq qeyrətli xalqdır. Şübhə yoxdur ki, bu xalq öz başçılarının xəyanətinə dözməyə razı deyil və onlarla vuruşacaq.



Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin