Fənn: Ana dili Mövzu: Sintaksis Müəllim



Yüklə 158,52 Kb.
səhifə16/58
tarix01.01.2022
ölçüsü158,52 Kb.
#104428
1   ...   12   13   14   15   16   17   18   19   ...   58
Əmr cümləsi. Əmr cümləsi də cümlənin məqsəd və intonasiyaya görə növlərindən biri olub, özünəməxsus xüsusiyyətlərə malikdir.

Əmr, xahiş, təkid, tələb, məsləhət, nəsihət, çağırış bildirən cümlələrə əmr cümləsi deyilir.

Cümlənin bu növü danışan şəxsin fikirlərini arzu və istəyini, işə, hərəkətə münasibətini müxtəlif çalarda ifadə edir.

Əmr cümləsini də formalaşdıran əsas vasitə intonasiyadır. Lakin burada digər vasitələrin-felin əmr formasının, əmr ədatlarının və əmr hökümündə işlədilən digər fel formalarının da rolu vardır.Əmr cümləsinin xəbəri əksərən felin əmr formasında olur.

Əsməsin hicranın qara yelləri,

Çəkin Qarabağdan qara əlləri

Digər fel formalarının əmr çalarında işlənməsi ilə də əmr cümlələri yaranır. Dözümlü olmalısan bu gün

Bu formalar içərisində felin vacib forması daha fəal çıxış edir. Məs: Bu gündən heç yerə getməməlisən. Anangilə gedəsən gərək.

Əmr cümləsi felin əmr forması ilə əmr ədatlarının birgə işlənməsi yolu ilə daha çox formalaşır. Qoy açılsın min bir çiçək, qızıl güldən ətir çəkək.

Əmr cümlələri məsdərlərin köməyi ilə də formalaşır. Heç kəsi sərhəddən keçməyə qoymamaq!

Xəbər əmr formasının birinci şəxs təkində olduqda əmr cümlələri daha çox arzu, istək bildirir.

Deyin, gülün, əl də çalın, heç qısmayın səsinizi,

Gülər görüm, oynar görüm, xoşbəxt görüm hər vaxt sizi!....

Xəbəri əmr formasının I şəxs cəmində olan cümlələrdə təklif, arzu, istək, məsləhət, çağırış mənaları daha çox nəzərə çarpır.

Bülbül! Səhər-səhər qonaq budağa,

Günəşin eşqinə bir dastan qoşaq!

Ötək bağçamızda dodaq-dodağa...

Xəbəri əmr formasının II şəxs təkində olan cümlələrin məna çalarları daha zəngindir. Həqiqi əmr, təkid, tələb mənası bu cür cümlələrdə daha çox müşahidə olunur. Cavab ver sözümə, düzünü danış, cəzanı artırır hər bir aldanış!

Xəbəri əmr foramsının II şəxs cəmində olan cümlələrin də məna imkanları zəngindir. Gəlin bu kefli İsgəndərin sözlərini yaxşıca düşünün və nəsihətini qəbul edin.

Əmr cümlələrinin xəbəri III şəxsin təkində və cəmində olduqda cümlə yanlız ayrı-ayrı şəxsləri deyil, başqa canlı və cansız varlıqları da əhatə edir.



Nida cümləsi. Söylənilən fikrə emosional münasibət bildirən cümlələrə nida cümləsi deyilir. Nəqli cümlə, sual və əmr cümlələri adi tonla deyildiyi kimi, yüksək tonla tələffüz edilərək, hiss-həyəcanla dolğunlaşdırıla bilir və bu zaman nida cümlələri yaranır.

Qoy göyün ulduzu göyə nur saçsın, yerin də arzusu yerdə gül açsın.

Nida cümlələrinin formalaşmasında intonasiya əsas şərtdir. İntonasiya vasitəsilə adi nəqli cümlələrdə şadlıq, sevinc, qəzəb, nifrət, təccüb, heyrət, istehza, təəssüf və s. kimi hisslər ifadə olunur. Emosional münasibət cümlənin yüksək tonla tələffüzünə, nida cümləsi kimi formalaşmasına səbəb olur. Nida cümlələri hansı cümlə növündən əmələ gəlirsə həmin cümlə növünün ümumi xüsusiyyətlərini müəyyən dərəcədə özündə saxlayır.

Sual qopdu hər ürəkdən:-şair nə tez qocaldın sən?

Nida cümlələri çox zaman müxtəlif nidaların iştirakı ilə qurulur.

Qorxdum, ay aman, yarıldı bağrım!..

Xitablar, sözlərin təkrarı, ellipsis, bağlayıcı sözlər-nisbi əvəzliklər, sual əvəzlikləri və s. də cümlənin nida cümləsi kimi formalaşmasına səbəb olur.

Gəl öpüm üzündən, nazlı sevgilim,

Ey mənim söhbətli, sazlı sevgilim!

Qaytar, mənim balamı, qaytar!

Nida cümlələrinin bir hissəsi də təbrik, alqış, sağlıq söyləmək, istək, arzu kimi mənalar ifadə edən cümlələrdən ibarət olur.

Alqış gələcəyin qəhrəmanına!Sağ ol, vətən oğlu! Sağ ol, qardaşım!





Yüklə 158,52 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin