ZƏRFLİK. HƏMCİNS ÜZVLƏR
Plan:
1.Zərflik haqqında məlumat. Zərfliyin məna növləri
2.Tərz zərfliyi
3.Zaman zərfliyi
4.Yer zərfliyi
5.Səbəb zərfliyi
6.Məqsəd zərfliyi
7.Miqdar, ölçü, dərəcə zərfliyi
8.Şərt zərfliyi
9.Qarşılaşdırma zərfliyi
10. Həmcins üzvlər
Ədəbiyyat
1.Ə.Abdullayev, Y.Seyidov, A.Həsənov. Müasir Azərbaycan dili. Sintaksis IV hissə, Bakı, Maarif, 2007.
2.Müasir Azərbaycan dili III cild-sintaksis. Elm 1981.
3.Q.Kazımov. Müasir Azərbaycan dili. Ünsiyyət, 2000.
Zərflik ikinci dərəcəli üzv olub, cümlədə hərəkət və ya əlamətin icra və meydana çıxma tərzini, zamanını, yerini, səbəbini, məqsədini, dərəcəsini və s. bildirir.
Əsas xüsusiyyətləri: cümlənin ikinci dərəcəli üzvüdür, hərəkətin və əlamətin əlamətini bildirir, daha çox zərf, feli bağlama, feli bağlama tərkibləri, ismin məkanı halları, qoşmalı feli sifət və məsdərlərlə ifadə olunur. Cümlədə yeri sərbəstdir. Aktuallaşdırma zamanı daha çox cümlənin sonunda işlənir, daha çox feli xəbərə, bəzən də sifət və zərflərlə ifadə olunan ismi xəbərə aid olur. Aid olduğu üzvə əksərən yanaşma, bəzən idarə üsulu ilə tabe olur. Hərəkət və əlamət bildirən üzvə müxtəlif cəhətdən (tərz, zaman, yer, səbəb, məqsəd, kəmiyyət, dərəcə, şərt, qarşılaşdırma) izah edir.
Zərfliklər də quruluşca sadə və mürəkkəb olur. Nitq hissələri ilə ifadə olunan zərfliklər sadə, ismi və feli birləşmələrlə ifadə olunan zərfliklər isə mürəkkəb zərfliklər adlanır.Zərfliklər də “bir” sözü ilə əlaqələnir. Bu söz zərflikdən əvvəl işləndikdə zərfliyə aid olur.
Bir səhər bağları da gəzməyə gedərik-səhər bir bağları gəzməyə gedərik kimi işlətsək bir sözü zərfliyə aid olmaz.
Zərfliyin aşağıdakı məna növləri vardır:
Tərz zərfliyi
Zaman zərfliyi
Yer zərfliyi
Səbəb zərfliyi
Məqsəd zərfliyi
Kəmiyyət, ölçü, dərəcə zərfliyi
Şərt zərfliyi
Qarşılaşdırma zərfliyi
Dostları ilə paylaş: |