Fənn: Ana dili Mövzu: Sintaksis Müəllim


Cümlədə əşya ifadə edən hər hansı bir sözə-üzvə aid olub, onun əlamət, keyfiyyət və kəmiyyətini bildirən ikinci dərəcəli üzvə təyin deyilir



Yüklə 158,52 Kb.
səhifə22/58
tarix01.01.2022
ölçüsü158,52 Kb.
#104428
1   ...   18   19   20   21   22   23   24   25   ...   58
Cümlədə əşya ifadə edən hər hansı bir sözə-üzvə aid olub, onun əlamət, keyfiyyət və kəmiyyətini bildirən ikinci dərəcəli üzvə təyin deyilir.

Təyinin aşağıdakı xüsusiyyətləri vardır: II dərəcəli üzvdür, əşya bildirən isimlə və isimləşmiş sözlərlə ifadə olunur. Daha çox sifət, işarə əvəzliyi, feli sifət və feli sifət tərkibləri ilə ifadə olunur, aid olduğu üzvü müxtəlif cəhətdən izah etmək, konkretləşdirmək məqsədi daşıyır. İşarə əvəzlikləri ilə ifadə olunduqda yanlız işarə etmək xüsusiyyətinə malik olur. Necə? nə cür?hansı? neçə?nə qədər? suallarından birinə cavab verir.

Əlamət, keyfiyyət bildirən təyinlər mənaca tərz zərfliklərinə yaxındır. Təyinlə tərz zərfliklərini fərqləndirmək üçün bəzən onların suallarına fikir vermək lazım gəlir. Təyinlər necə?nə cür? hansı? suallarına, tərz zərflikləri isə yanlız necə? nə cür? suallarına cavab olur. Lakin bu cəhətdə əsaslanmaq düzgün deyil, çünki təyinlərin də hamısı heç də həmişə hər üç suala cavab vermir.

Qarının günəşdən və dərddən yanıb qaralmış heybətli üzü qəribə bir nurla işıqlandı. (necə? nə cür?) Doktor Səlim xəstəni müalicə etdi-hansı?

Deməli, təyinlə tərz zərfliklərini fərqləndirmək üçün onların aid olduğu üzvə diqqət yetirmək lazımdır. Təyin əşya məzmunlu üzvlə bağlı olur, tərz zərfliyi iş, hərəkət bildirən feli xəbərlə.

Təyinlər də quruluşca sadə və mürəkkəb olur. Nitq hissələri ilə ifadə olunan təyinlər sadə, söz birləşmələri ilə ifadə olunan təyinlər isə mürəkkəb təyinlər adlanır.




Yüklə 158,52 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin