Qarşılaşdırma zərfliyi-xəbərlə ifadə olunan hərəkət və ya əlamətə qarşı duran və ya ona güzəştə gedən işi, hərəkəti bildirir. Nə ola-ola? nə olduğu halda? nəyə baxmayaq? kimi təqribi suallara cavab verir.
İfadə vasitələri.
1.Xüsusiləşmiş bəzi feli bağlama tərkibləri ilə. Atan ilə atamı deyincə, özün ilə özümü de.
2.Sonu baxmayaraq, halda, əvəzinə, bərabər sözləri ilə bitən xüsusiləşmiş tərkiblərlə. Uşağa öyüd-nəsihət vermək əvəzinə, onu daha da cırnadırsınız.
Həmcins üzvlər bərabərhüquqlu, bir-birindən asılı olmayan sözlərin birləşməsidir. Həmcins üzvlərin qovuşması ancaq cümlə çərçivəsində olur. Həmcins üzvlər tabesizlik əlaqəsilə bağlanıb, eyni sintaktik münasibətdə olur. Onlar cümlədə eyni sintaktik vəzifədə çıxış edir.
Həmcins mübtədalar. Cümlədə iki və daha artıq mübtəda xəbərlə sintaktik əlaqədə olarsa belə mübtədalar həmcins mübtədalar adlanır. İsim, əvəzlik, məsdər eləcə də substantivləşmiş başqa nitq hissələri, ismi söz birləşmələri, feili sifət, məsdər tərkibləri ilə ifadə oluna bilər. Məs.: Yaşar, Oqtay, Baxşı sükut içərisində dayandılar.
Həmcins xəbərlər. Həmcins xəbərlərdə eyni kəmiyyət şəkil və şəxs şəkilçisinin olması vacibdir, zamanca isə onlar fərqlənə bilər. Döyüş davam edir, edəcək və s.
Həmcins tamamlıqlar. Eyni halda işlədilərək, bir və ya bir neçə xəbəri eyni cəhətdən tamalayan sözlər həmcins tamamlıqlar adlanır. Həmcins tamamlıqlar eyni halın şəkli əlamətinə və eyni sintaktik mənaya malik olub, bir və ya bir neçə xəbəri eyni cəhətdən tamamlayır. Bunlar da birləşdirici pauza və sadalayıcı intonasiya ilə ya da tabesiz bağlayıcılarla bağlanır.
Həmcins bağlayıcılar ən çox isim və ya əvəzliklə, bəzən də substantivləşmiş nitq hissələri, təyini söz birləşmələri və s. ilə ifadə olunur.
Həmcins təyinlər təyin etdiyi sözlə eyni münasibətdə olur. Həmcins təyinlər bir-birinə tabesizlik əlaqəsi, tabesizlik bağlayıcıları, sadalanan intonasiya ilə və ya birləşdirici fasilə ilə bağlanır. Cümlədə iştirak edən bir neçə təyin o zaman həmcins ola bilər ki, onlar əşyanı eyni cəhətdən təyin edir. Məs: Ağaclar yetişmiş, sarı, dolu, sulu, şirin armudları ehmalca yerə buraxırdı.
Həmcins zərfliklər. Eyni məna ilə (tərzə, zamana, yerə və s.) bağlanan cümlənin eyni üzvünə aid olan üzvlər həmcins zərfliklər adlanır. Onlar adətən eyni forma ilə ifadə edilir. Daha çox, zərf, məsdər, feli bağlama həmcins zərflik vəzifəsinə çıxış edir.
Dostları ilə paylaş: |