Fənn: Ana dili Mövzu: Sintaksis Müəllim



Yüklə 158,52 Kb.
səhifə27/58
tarix01.01.2022
ölçüsü158,52 Kb.
#104428
1   ...   23   24   25   26   27   28   29   30   ...   58
Yer zərfliyi-xəbərlə ifadə olunan hərəkət və əlamətin yerini bildirir, haraya?harada? haradan? və s suallarına cavab verir.

Yer zərfliyinin ifadə vasitələri aşağıdakılardır:

1.Yönlük, yerlik, çıxışlıq hallarında olan yer zərfləri ilə. Orada mənim nə işim var?

2.Yer bildirən isimlərlə. Yönlük, yerlik, çıxışlıq hallarında olan yer bildirən isimlərlə. Yaşarmış gözlərini yana çevirdi və həyata çıxdı. Sakitcə bir otaqda əyləşib düçüncələrə daldı. Əsəbi halda otaqdan çıxdı.

3.İsmi birləşmələrlə

A)Yanaşma əlaqəli ismi birləşmələrlə. O yana baxdı, bu yana baxdı heç nə görə bilmədi.

B)Qarşılıqlı tabelilik əlaqəsində olan ismi birləşmələrlə. Müəllim bir söz demədən sinif otağına yollandı.

C)İkinci tərəfi alt, üst, yan, böyür, ara, iş kənar və s. köməkçi adlardan ibarət olan adlarla. Stolun üstündə məktublar çin-çin yığılmışdı.

Cavid kibrit çəkib məktubların altına tutdu.

4.Hüdüd və məsafə bildirən kimi, qədər, dək, can, ca-cə qoşmalarının artırıldığı məkan mənalı sözlər və birləşmələrlə. Ocağın işığı həyətin uzaq künc-bucağınadək yayılırdı. Mən onu sərhədə kimi özümlə apardım.

5.Birinci tərəfi çıxışlıq, ikinci tərəfi yönlük halda olan birləşmələrlə. Payızın əvvəli idi, el dağdan arana enirdi.

6.Haraya? harada? haradan? sual əvəzlikləri ilə. Hara gedir bu insanlar.

7.İlə (la-lə) qoşamalı məkan mənalı sözlər və birləşmələrlə. Biz dar cığırla irəliləyirdik. Sonra meşə yolu ilə irəlilədik.

Yer zərfliklərinin də aşağıdakı məna növləri var:

1.İşin icra olunduğu, əşyanın yerləşdiyi yeri bildirir. Yerlik halda olan söz və birləşmələrlə ifadə olunur. Başının üstündə dayanır bulud. Alışıram gecələr stol arxasında mən.

2.İşin, hərəkətin istiqamətini bildirənlər. Yönlük halda olan söz və birləşmələrlə ifadə olunur. Könlüm quşu dağlar aşıb qonar sizin cərgənizə. Kəhrəba ay qalxıb göy qübbəsinə.

3.Hərəkətin çıxış nöqtəsini bildirənlər. Çıxışlıq halda olan söz və birləşmələrlə ifadə olunur. Məktəbdən çıxıb birbaşa evə gəldim. Şirlər kimi çox çıxmışam yanğınların arasından.

4.Hərəkətin varacğı son nöqtəni bildirənlər. Yönlük halda olan söz və birləşmələrlə hüdud bildirən qoşmaların-kimi, qədər, dək, can, cən qoşmalarının artırılması ilə ifadə olunur.

Şöhrətimiz qalxıb indi ulduzlara, aya kimi

Dağın yuxarılarınadək qalın meşəlik idi.

5.İşin, hərəkətin həm başlanğıc, həm də qurtaracaq yerini bildirir. I tərəf çıxışlıq, II tərəf yönlük halda olan (qoşmalı, qoşmasız) söz və birləşmələrlə ifadə olunur. Məktəbdən evəcən birnəfəsə gəldim.

6.Hərəkətin keçdiyi yolu bildirənlər. Bu növ daha çox ca-cə, ilə (la-lə) qoşmalı məkan mənalı birləşmələrlə ifadə olunur.

Bu çay sıldırım qayaların arası ilə axıb gedirdi.


Yüklə 158,52 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin