Fənn: Ana dili Mövzu: Sintaksis Müəllim


Sizi çağırırlar. Məmməd Rza bəyi cəbhəyə göndərdilər



Yüklə 158,52 Kb.
səhifə41/58
tarix01.01.2022
ölçüsü158,52 Kb.
#104428
1   ...   37   38   39   40   41   42   43   44   ...   58
Sizi çağırırlar. Məmməd Rza bəyi cəbhəyə göndərdilər.

2. Cümlədə qeyri-müəyyənlik az olur. İşi icra edənla yanaşı, dinləyənə də məlum olur. Bu hallarda çox zaman işin icraçısı danışanın özü olur. Lakin cümlənin xəbəri III şəxsin cəmində olduğundan cümlə qeyri-müəyyən şəxsli cümlə kimi formalaşır.



Adamın atasını belə yandırırlar. Adamı belə tələyə salarlar.

  1. Qeyri-müəyyən şəxsli cümlələrin bir çoxunda subyekt zahirən asan dərk olunur, əslində isə konkret olaraq icraçı şəxs göstərmək çətindir.

Nə bilim, min söz danışırlar. Onun düzlüyü və sədaqəti barədə indi də danışırlar.

4.Cümlələrin bir qismində elə bil, elə bil ki, guya, guya ki, sanki, deyəsən və s. modal sözlər işlənir. Qeyri-müəyyən şəxsli cümlələrin bu növündə işin icraçısı olmur. Qeyri-müəyyən varlıq qeyri-real varlıqla əvəz edilimiş olur.

Sanki Səkinəyə dünyanı bağışladılar. Səfərin üstündən sanki ağır bir yük götürdülər.

Qeyri-müəyyən şəxli cümlələr müxtəsər və geniş olur. Müxtəsər qeyri-müəyyən şəxsli cümlələr yalnız xəbərdən ibarət olur. Əsasən tabeli mürəkkəb cümlələrdə baş cümlə kimi işlənir. Deyirlər, sən hər şeyə qadirsən.



Ümumi şəxsli cümlələr. İş və hərəkətin hamıya ail olduğunu bildirən təktərkibli sadə cümlələrə ümumi şəxsli cümlə deyilir.

Ümumi şəxsli cümlələr hamıya aid olan, hər yerdə, həmişə müşahidə edilən, bir qayda şəklini almış iş, hərəkət və hadisəni, ümumiləşmiş şəxsi bildirir. Ona görə də bu cümlələr əksərən atalar sözləri və məsdərlərdən, hikmətli sözlərdən, aforizmlərdən, müxtəlif monolit cümlələrdən ibarət olur. Xəbəri II şəxsin cəmində, bəzən də I şəxsin təkində olur.

Sözünün yerini bilməyənin gərək dərsini verəsən. Yıxılana balta çalmazlar.

Ümumi şəxsli cümlələrin xəbəri aşağıdakı fel formaları ilə ifadə olunur:

1.Xəbəri az hallarda əmr formasının I şəxs təkində olur. Adımı sənə qoyum, səni yana-yana qoyum.

2. Xəbər bir sıra fel formalarının II şəxs təkində olur. Xəbərin II şəxs tək forması ümumi şəxsli cümlələr üçün daha əlverişlidir. Əmr, xəbər, vacib, arzu və şərt formalarının hər biri II şəxs təkində ümumiləşdirmə aparmağa, cümlənin ümumi şəxsli cümlə kimi təşəkkülünə imkan verir.

Yaxşı iğidin adını eşit, üzünü görmə (əmr).

Dünən qanını içdiyin adama bu gün qurban getməyə razı olursan (xəbər).

Şair olmaq üçün əbədi iztirab çəkməlisən (vacib).

bunların dilinə düşəsən, nə də əlinə (arzu).

Bağa baxarsan, bağ olar, baxmazsan dağ olar (şərt).

3.III şəxsin cəmi də ümumi şəxsli cümlələrin xəbəri üçün əlverişlidir xəbər formasının qeyri-qəti gələcək zamanının təsdiq və inkarı ümumi zaman məzmununa malik olduğundan zəngin ümumiləşdirmə gücü ilə diqqəti cəlb edir. Atalar sözləri və məsələlərin böyük bir qismi bu formada təşəkkül tapmışdır.

İşləməyənə tənbəl deyərlər. Malını yeməyənin malını yeyərlər.

Ümumi şəxsli cümlələr də müxtəsər və geniş olur. Müxtəsər ümumi şəxsli cümlələr yalnız xəbərdən ibarət ola bilir.

Gərək yaşayasan, vəssalam.

Geniş ümumi şəxsli cümlələrdə ikinci dərəcəli üzvlər də iştirak edir.

Bilmirsən, kimə inanasan, nəyə etibar edəsən.

Oturub-duranda da belə adamla oturub-durasan.

Ümumi şəxsli cümlələr həm baş,həm də budaq cümlə kimi işlənə bilir.

Əgər qonşun psdirsə, onunla necə yola gedirsən?




Yüklə 158,52 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin