ÜZVLƏNMƏYƏN CÜMLƏLƏR
Plan:
1.Söz cümlələr
2.Vokativ cümlələr
Ədəbiyyat
1. Ə.Abdullayev, Y.Seyidov, A.Həsənov.Müasir Azərbaycan dili. Sintaksis IV hissə, Bakı, Maarif, 2007.
2. Müasir Azərbaycan dili. III cild-sintaksis, Elm, 1981.
3.Q.Kazımov. Müasir Azərbaycan dili. Ünsiyyət, 2000
Bir sözdən ibarət olub, sintaktik cəhətdən üzvlənməyən cümlələrə söz cümlə deyilir. Fərqləndirilmiş sözlər və ifadələr (yox, xeyr, bəli, baş üstə, doğrudan, yaxşı) söz cümlələrdir. Söz cümlələr intonasiya və mətnin köməyi ilə formalaşır. İntonasiya predkativliyi təmin edir, söz cümlələrin modal mənasının müəyyənləşməsinə kömək edir. Bu sahədə mətnin də böyük rolu vardır. Söz cümlələrin mühüm xüsusiyyəti bu cür cümlələri təşkil edən sözlərin nominativ mənaya malik olmamasıdır. Ona gördə də belə cümlələr modal sözlər və nidalarla ifadə olunur. Söz cümlələr aşağıdakı cümlə növləri əvəzində işlənir. Cüttərkibli cümlələrin əvvəlində: Sən böyüksən?-Xeyr
Tərktərkibli cümlələrin əvəzində: Kiçiklər böyüyür, böyüklər qocalır?- Hə
Nidalar, ədatlar və modal sözlər üzvlənən cümlə ilə birlikdə işlədikdə də söz-cümlə ola bilir, lakin bunun üçün onların üzvlənən cümlədən fərqli məna ifadə etməsi lazımdır: Sən mənə bir şey demək istəyirsən?-Yox, nə olub ki?-Siz də bu kitabdan alamaq istəyirsiniz?-Hə
Söz-cümlələr lazım gəldikdə xitablarla birgə işlənir: Sən onda dedin, kişi özünü öldürüb?- Bəli, xanım (Ə.Haqverdiyev).
Söz-cümlələr qətilik bildirmə məqamında təkrar edilir və ya sinonim vasitəsilə ifadə olunur. Söz cümlələri bir sözdən ibarət olan cüttəkibli və təktərkibli cümlələrlə eyniləşdirmək olmaz.
Söz cümlələr təsdiq və inkar mənalar ifadə edə bilir, təsviri cümlə və ya sual cümləsi şəkildə qurulur: nidalardan ibarət olduqda daha çox emosional münasibət bildirir və aşağıdakı məna növlərinə ayrılır:
Təsdiq söz –cümlələr.
İnkar söz-cümlələr
Sual söz cümlələr
Emosionallıq bildirən söz-cümlələr
2. Üzvlənməyən cümlələrin bir növü də vokativ cümlələrdir. Bunlara xitab cümlələr də deyilir. Vokativ cümlələrin əsasında adlıq halda müraciət, çağırış bildirən sözlər durur. Bunlar xitablara bənzəyir, lakin müstəqil işlənməklə narazılıq, etiraz, işarəetmə, diqqəti cəlb etmə, xəbərdarlıq və s. kimi mənalar ifadə edərək xitablardan fərqlənir: məs: Bir zaman gözümü açıb, dalımca bir izdihamın axışdığını gördüm. Səslər ucalırdı: -Doktor, doktor, doktor!... (Mir Cəlal)-Ay doktor, bunlarsız mənə güzəran nəyə lazım! Xiffət məni üzür, doktor! Vokativ cümlələr xüsusi intonasiya ilə tələffüz olunur. Uzun Həsən başını qaldıranda qabaqda böyük bir dəstə gördü. Birdən bir səs eşitdi: -Dayı! (F.Kərimzadə).
Vokativ cümlələri adətən insana müraciətlə işlədilən cümlələr kimi izah edirlər. Belə cümlələr insanla yanaşı, başqa canlılara- heyvanlara, quşlara müraciətdə də işlədilir, onları əzizləmək, çağırmaq, oyatmaq, hərəkətə gətirmək, bir işə təhrik etmək məqsədi güdür.
Dostları ilə paylaş: |