Adlıq cümlələrin bir qismi mübtəda əsasında, bir qismi isə xəbər əsasında formalaşır. Bu cəhətdən adlıq cümlələr iki yerə bölünür.
1.Şəxs və ümumən canlıları və cansız əşyaları bildirən adlıq cümlələrin əsas aparıcı hissəsi mübtədaya uyğun gəlir. Ona görə də belə adlıq cümlələr mübtəda əsasında formalaşmış adlıq cümlələr hesab olunur.