Səhər...Səhərdir. səhər idi. Səhər açılacaq.
Adlıq cümlələrdə baş üzv-mübtəda ümumi və xüsusi isimlərlə və ismi birləşmələrlə ifadə olunur.
Qori! Tərifi dillər əzbəri olan şəhər!
Adlıq cümlələr də müxtəsər və geniş olur. Müxtəsər adlıq cümlələr bir baş üzvdən ibarət olur.
Şuşa qalası. Xan sarayı...Vaqifin evi. Toy məclisi, oyun.
Geniş adlıq cümlələr də cümlələrdə baş üzvü aydılaşdıran sözlər-ikinci dərəcəli üzvlər də iştirak edir.
Pərdə qabağı. Sol tərəfdə telefon butkası, sağda ağac və skamiya.
Adlıq cümlələr, adətən, nəqli cümlə şəklində formalaşır. Lakin sual və nida cümlələri şəklində də olur.
Şirin duyğular və sevinclərlə dolu aylar. Məhsəti xanım! Ağıllı, azad ruhlu bir qadın!
Adlıq cümlələr, adətən, nəqli cümlə şəklində formalşır. Lakin sual və nida cümlələri şəklində də olur.
Şirin duyğular və sevinclə dolu aylar. Məhsəti xanım! Ağıllı, azad ruhlu bir qadın!
Adlıq cümlələr, adətən, predikativ cümlələrdə müşayiət edilir.
Bakıda kiçik bir mətbəə. Bir tərəfdə şrift kassaları, o biri tərəfdə stol, stullar.
Adlıq cümlələr daha çox bədii və publisistik əsərlərin dilində işlənir. Dram əsərlərinin remarkaları əksərən adlıq cümlələrdən ibarət olur. Adlıq cümlələrin köməyi ilə əşya və hadisələrin vəziyyəti, yeri, zamanı, kəmiyyəti barədə qısa, yığcam, obrazlı məlumat verilir. Ayrılıqda götürüldükdə adlıq cümlələr müxtəlif mənalar ifadə edir.
1. Şəxs bildirir.
Dostları ilə paylaş: |