Cüttərkibli cümlələr.
Baş üzvlərin hər ikisinin iştirakı ilə qurulan sadə cümlələrlə cüttərkibli sadə cümlələr deyilir.Dağlar onun gözəlliyinə heyran qaldı.Aşıqlar hüsnünə dastan dedilər.
Cüttərkibli cümlələrdə əksərən mübtəda məntiqi predikata uyğun gəlir. Cümlə genişlənmiş olduqda iki qütbə, iki zonaya-mübtəda və xəbər zonalarına ayrılır. Mübtəda ona aid olan üzvlə-təyinlə birlikdə mübtəda zonasını, xəbər ona aid olan üzvlərlə-tamamlıq, zərfliklə birlikdə xəbər zonasını əmələ gətirir.
Cüttərkibli cümlələr dildə ən çox işlənən cümlə növüdür. Ona görə də bədii əsərlərin dilində böyük üstünlük təşkil edir.
Ikinci dərəcəli üzvlərin işlənib-işlənməməsinə görə cüttərkibli cümlələr iki qrupa bölünür:
Müxtəsər cümlələr,
2.Geniş cümlələr.
Baş üzvlərdən ibarət olan cüttərkibli cümlələr müxtəsər cümlələr adlanır. Müxtəsər cümlələr subyekti mübtəda, predikatı isə xəbər şəklində ifadə olunan məntiqi kateqoriya olan hökmün ifadəsindən ibarətdir. Onlar gözlədilər.
Müxtəsər cümlələri təşkil edən baş üzvlər öz ətrafında ikinci dərəcəli üzvlər toplamaqla geniş cümlə əmələ gətirir. Tərkibindəki ikinci dərəcəli üzvə görə geniş cümlələrin aşağıdakı növləri var:
1.Yalnız təyinin iştirak etdiyi geniş cümlələr.
Qara zurnanın qulaqbatırıcı səsi kəndi götürmüşdü.
Yalnız vasitəsiz tamamlığın iştirak etdiyi geniş cümlələr.
Xəstə göz qapaqlarını qaldırdı.
Yalnız vasitəli tamamlıqların iştirak etdiyi geniş cümlələr.
Qardaşım səndən narazıdır.
5.Yalnız yer zərfliyinin iştirak etdiyi geniş cümlələr.
Dostları ilə paylaş: |