Proqramlaşdırma dillərində yazılmış proqram (ona ilkin proqram deyilir) sonradan kompüter dilinə çevrilir, sazlanır və icra olunur. Kompüter dilindəki proqrama işçi və ya mütləq proqram deyilir. İlkin proqramı işçi
proqrama çevirmək üçün translyator adlanan xüsusi proqramlardan istifadə olunur.
Translyatorlar iki yerə bölünür:
İnterpretator ilkin proqramın cümlələrini bir-bir təhlil edib, kompüter dilinə çevirir və icra edir. Növbəti operatorun işlənməsindən sonra o digər operatora keçir. Sonuncu operatorun işləməsindən sonra interpretasiya prosesi və proqramın icrası başa çatır. İnterpretasiya üsulu ilə proqramın kompüter dilinə çevrilməsi və icrası ləng gedir.
Kompilyator interpretatordan fərqli olaraq, ilkin proqramı bütövlükdə maşın dilinə çevirir. Proqramda morfoloji və sintaksis səhvlər olarsa, onları aşkar edib, istifadəçiyə xəbər verir. Səhvlər düzəldildikdən sonra kompilyasiya yenidən təkrar oluna bilər, ya da saxlanmaq üçün xarici yaddaşa köçürülə bilər.
Beləliklə, proqramın sazlanması zamanı interpretatordan istifadə etmək, sazlanmış proqramı isə kompilyator vasitəsilə işləmək məqsədəuyğundur.
İstifadə olunan dilin strukturuna, formallaşdırma səviyyəsinə və vəzifəsinə uyğun olaraq proqramlaşdırma sistemləri aşağıdakı siniflərə bölünür:
maşınyonlü sistemlər;
proseduryönlü sistemlər;
problemyönlü sistemlər;
köməkçi sistemlər.
Dostları ilə paylaş: |