242
marketinq satışın təşkilinin çox müxtəlif sistemləri, ticarət
istehsal fəaliyyətinin özünəməxsus qaydaları ilə, yerli ənə-
nələrlə müxtəlif əməliyyatları həyata keçirir. Beynəlxalq
marketinqdə aşağıdakı elmi-texniki xarakterli amillər
nəzərə alınır:
a) istehsal texnologiyasının inkişaf səviyyəsi;
b) yeniliklər;
c) əmtəə və xidmətlərin modifikasiyası, standartlar;
d) işci qüvvəsinin ixtisaslaşması;
e) beynəlxalq iqtisadi münasibətlərin milli, dövlətlər-
arası tənzimlənməsi.
Xarici sahibkarlıq fəaliyyəti ilə məşğul olan firmala-
rın müxtəlif iqtisadi konvensiyaların, xartiyaların, kodek-
slərin, təlimatların köməyi ilə idarə edilməsi vacibdir. Yu-
xarıda qeyd edildiyi kimi, vacib şərt beynəlxalq və mülki
hüququn əsas biliklərini öyrənməkdir. Müxtəlif ölkələrin
iqtisadi, sosial və mədəni xüsusiyyətləri, marketinqin
vasitələrindən daim bu və digər bazarın xüsusiyyətlərinə
görə istifadənin vacibliyini təsdiqləyir. Bir çox hallarda
söhbət marketinqin konkret xarici bazar üçün sosial mo-
delindən gedir. Nəzərə almaq lazımdır ki, marketinq fəa-
liyyətinin ayrı-ayrı elementləri müxtəlif ölkələrdə müxtəlif
effekt verə bilər.
Qeyd etmək lazımdır ki, müasir beynəlxalq marke-
tinq xarici ticarət sahəsindəki marketinqdən daha geniş bir
anlayışdır. Onun mexanizmi daha mürəkkəbdir. Xarici ti-
carətdəki texniki fəndlər beynəlxalq marketinqdə yoxdur.
Dostları ilə paylaş: