9.4. Sey Qanunu bildirir ki:
a) Qiymətlərin artımı təklifin çoxalmasına gətirib çıxarır
b) Təklifin və tələb əyrilərinin hərəkətləri bazar tarazlığına gətirib çııxarır
c) Təklif özünün xüsusu tələbini yaradır
d) Əmək haqqı və qiymət çevik hesab olunmur, ona görə də bazar tarazlığının əldə olunmasına əngəl yaradır.
Onuncu fəsil
Bu fəsli oxuyarkən aşağıdakı
termin və anlayışlara diqqət yetirin:
Bəllidir ki, insan dünyaya gələndə özü ilə təbii hüquqlarını da gətirir. Öncül hüquq isə - yaşamaq hüququ, həyat tələbatlarını ödəmək hüququdur. Bizim hər birimiz, peşəmizdən və yaşımızdan asılı olmayaraq istədiyimiz, könlümüzdən keçən nemətlərə sahib olmaq haqqına malikik.
Torpaq nə qədər bərəkətli, insan ağlı və əli nə qədər qüdrətli və zəhmətkeş olursa-olsun xoşbəxtliyə qovuşmaq, firavan həyat sürmək tək onun arzuları ilə başa gəlmir. Bütün bunlar üçün ədalətli qanunların bərqərar olduğu dövlətin varlığı zəruridir.
İndi bizim müstəqil dövlətimiz var və biz qürur hissi ilə deyirik ki: biz dövlətik, dövlət isə bizik! Görkəmli ingilis filosofu Con Lokk hələ üç yüz il bundan əvvəl demişdi: insan öz xeyrini, həyatda ona sərfəli olanları dərk etməyə qadirdir və insanı dövlətlə birləşməyə, onun qanunlarına, nizam-intizama riayət etməklə faydalanmağa vadar edən heç bir hədə-qorxu deyil, onun ağlıdır və bunu etməlidir.
Bu fəsildə həmin münasibətlərdən - cəmiyyət üzvləri ilə öz dövləti, dövlətin isə öz vətəndaşları ilə münasibətdə ən mühüm vasitədən-büdcədən bəhs edir.
Büdcə ilə bağlı biz hər gün telekanallardan, kütləvi informasiya vasitələrindən müxtəlif xəbərlər eşidir, oxuyuruq. Bu barədə danışanlar, yazanlar büdcənin imkanlarına, onun gəlirlər hissəsinin necə doldurulmasına, büdcədəki vəsaitlərin hansı istiqamətlərə xərclənməsinə diqqət yetirirlər.
Dostları ilə paylaş: |