25
sisteminin reseptorlarının da tərkibinə daxildir; sinir impulslarının ötürül-
məsində iştirak edən sinaptik membranlarda spesifik qlükoproteinlər aşkar
edilmişdir. Bunların həm sinir impulslarının ötürülməsində, həm də bəzi
farmakoloji aktiv maddələrin təsirinin qəbul edilməsində böyük rolu vardır.
Karbohidratların bioloji əhəmiyyəti təkcə yuxarıda göstərilənlərdən ibarət
deyil. Qətiyyətlə demək olar ki, canlı orqanizmi cansız təbiət əşyalarından fərq-
ləndirən elə bir əlamət və ya proses yoxdur ki, orada karbohidrat törəmələrinin
iştirakı tələb edilməsin. Məsələn, qlikoprotein mənşəli fermentlərin fiziki və
kimyəvi amillərin təsirinə qarşı davamlı olması onların molekul strukturuna
daxil olan karbohidrat komponentinin təsiri ilə izah edilir; okeanların qütb
zonalarına yaxın sahələrində yaşayan bir sıra balıqların qanında olan bəzi
qlikoproteinlər antifriz funksiyasına malik olmaqla, həmin balıqların toxuma-
larını donmadan mühafizə edir; orqanizmin təbii antikoaqulyant sisteminin əsas
komponenti olan heparin mürəkkəb karbohidratlar qrupuna aid olan üzvi
birləşmədir.
Dostları ilə paylaş: