Гейд етмяк лазымдыр ки, биоэен елементлярин даща эениш йайылмасы тяснифатына эюря, бу елементляр 2 група бюлцнцр: 1) макроелементляр (мигдары 0,001%-дян артыг оланлар) вя 2) микроелементляр



Yüklə 3,64 Mb.
Pdf görüntüsü
səhifə18/137
tarix26.09.2023
ölçüsü3,64 Mb.
#129403
növüDərs
1   ...   14   15   16   17   18   19   20   21   ...   137
Biokimyanın əsasları I cild

 
Sxem 2.1. Su məhlulunda qlükozanın müxtəlif formalarının qarşılıqlı çevrilmələri 
Ketoheksozaların molekullarında karbonil qrupu ilə 5-ci və ya 6-cı karbon 
atomuna birləşən hidroksil qrupları arasında yarımketal rabitəsi yarana bilər. 
Birinci halda furanoz, ikinci halda isə piranoz forma əmələ gəlir. Heksoza və 
pentozaların piranoz formaları furanoz formalara nisbətən sabit birləşmələrdir. 
Buna görə məhlulda həmişə piranoz formaların miqdarı üstünlük təşkil edir. 
Lakin oliqo- və polisaxaridlərin tərkibində heksozaların furanoz formalarına da 
rast gəlinir. Məsələn, saxarozanın tərkibində fruktoza furanoz formada olur.
Yuxarıda göstərildiyi kimi, monosaxaridlərin fiziki və kimyəvi xassələ-
rində olan fərqlər onların tsiklik formalarının adi aldehid və ketonlardan fərqlə-
nən struktur əldə etməsi ilə əlaqədardır. Mutarotasiya (latınca: muto-dəyişdi-
rirəm+retatio-çevirmə və ya fırlatma, çevirərək fırlatma) və ya multirotasiya 
(latınca: 
multirotatia

çoxlu fırlanma) hadisəsinin bu fərqlə əlaqədar olduğu 
haqqında yuxarıda məlumat verilmişdir. Bundan əlavə, monosaxaridlərin 
kimyəvi xassələrində onları aldehid və ketonlardan fərqləndirən əlamətlər də 
vardır. Bunlara aşağıdakılar aiddir: 
1. Tsiklik formalı monosaxaridlərin molekullarında sərbəst karbonil qrupu 
olmadığına görə, onlar aldehidlərə xas olan bəzi rəngdəyişmə reaksiyalarına 
girə bilmirlər; 
2. Digər hidroksil qruplarından fərqli mövqe tutan yarımasetal hidroksilləri 
spirtlərlə qeyri-sabit efir törəmələri əmələ gətirirlər; 
3. Hər monosaxarid növünün d-və l- formaları 2 izomer şəklində (

- və 

-) 
ola bildiyinə görə, 4 növ birləşmə əmələ gətirə bilir.


35 
Monosaxaridlərin piranoz və furanoz formaları kağız üzərində yastı şəkildə 
təsvir edilsə də, təbii şəraitdə bu təsvirlərdən fərqlənir. Əslində bu molekul-
larda olan atomların bir-birilə qarşılıqlı münasibətləri sayəsində yaranan 
müxtəlif konformasiyaları vardır. Məsələn, piranoz strukturlu molekulların 
müxtəlif formaları qayıq və kreslo adlanan 2 qrupa bölünür. Qayıq formalılar 
“B” hərfi ilə (ingiliscə: 
boat

qayıq), kreslo formalılar isə “C” hərfi ilə (ingi-
liscə: 
chair

kreslo) işarə edilir; bunlardan birincisinin 6, ikincisinin 2 növü 
vardır (bu formalar haqqında tibb universitetinin tələbələrinə “Üzvi kimya” 
kursunda izahat verilir). 

Yüklə 3,64 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin