Hacı Əhməd-Cabir Hacı İsmayıl oğlu



Yüklə 6,87 Mb.
səhifə12/173
tarix01.01.2022
ölçüsü6,87 Mb.
#103654
növüXülasə
1   ...   8   9   10   11   12   13   14   15   ...   173
Vitamin B1tiaminəsasən dənli bitkilərdə, gül kə­ləmdə, ət, maya və kəpəkli çörəkdə vardır. Gündəlik tə­ləbat 1,5-2 mq-dır. Çatışmadıqda karbohidrat müba­di­­ləsi pozulur, iştaha aza­lır, beri-beri xəstəliyi əmələ gəlir.

Vitamin B2riboflavin – bəzi fermentlərin tərkibinə da­xildir, mayada, qara ciyərdə və böyrəkdə, süd, ət, yumurta və yarmada vardır. Gündəlik tələbat 2-4 mq-dır. Çatışmadıqda ağız və gözün selikli qişası zədələnir, tüklər tökülür, görmə qa­biliyyəti zəifləyir və üz qızarır.

Vitamin B6piridoksin və ya antidermatit-tə­biət­də çox yayılmış vitamindir. Mayada, buğdada, tə­rə­vəz­lərdə və ət məh­sullarında vardır. Gündəlik tələbat 1,8-2,5 mq-dır. Çatışmadı­qda sinir sistemi pozulur, qıc­ol­ma halları müşahidə edilir və azot mübadiləsi po­zulur.

Vitamin PPnikotin turşusu – dehidrogenaza fermentlə­rinin tərkibinə daxil olmaqla 40-dan çox oksidləşdirici-bərpae­dici reaksiyalarda iştirak edir. Quru mayada, qaraciyərdə, ət və süddə, kartof və yerkökündə vardır. Gündəlik tələbat 15-25 mq-dır. Çatışmadıqda pellaqra (kələ-kötür dəri) xəstəliyi əmələ gəlir, qidanın mənimsənilməsi və yaddaş zəifləyir, əsəb siste­mində pozğunluq getdikcə güclənir.

Vitamin Prutin – kapilyar qan damarlarının divarlarını möhkəmlədən maddələr (flavanoidlər) kom­plek­sidir. Qara qa­rağatda, itburnu meyvəsində, porta­ğal və limonda, üzüm, alma, çuğundur, kələm, yerkökü və kartofda vardır. Gündəlik tələbat 35-40 mq-dır.


Yüklə 6,87 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin