Hacı Əhməd-Cabir Hacı İsmayıl oğlu



Yüklə 6,87 Mb.
səhifə13/173
tarix01.01.2022
ölçüsü6,87 Mb.
#103654
növüXülasə
1   ...   9   10   11   12   13   14   15   16   ...   173
Vitamin B12sianokobalamin – çatışmadıqda qanazlığı baş verir, qidanın həzmi, o cümlədən zülal­la­rın, yağların və karbohidratların mübadiləsi pozulur. Mal əti, qaraciyər, böy­rək, ürək, süd, pendir, yumurta sa­rısı və siyənəkdə vardır. Gü­ndəlik tələbat 2-5 mkq-dır.

Vitamin Aretinol – əsasən heyvanat mənşəli məhsul­larda olur. Bitki mənşəli məhsullarda olan sarımtıl-narıncı rə­ngli karotin piqmenti orqanizmdə A vitamininə çevrilir. 1 mkq karotin bioloji fəallığına görə 0,167 mkq A vitamininə bəra­bərdir. Gündəlik tələbat A vitamininə 1,5-2,5 mq, karotinə isə 3-5 mq-dır. Karotin yağda həll olduğuna görə tərkibində karo­tin olan tərəvəzləri yağda emal edib yemək daha fay­da­lıdır. A vitamini treskanın qara ciyərində, yumurtada, ca­mış südündə və yağında, karotin isə yerkökü, ərik, qabaq, pomidor, göy no­xud və s. məhsullarda vardır.

Vitamin Dkalsiferol – antiraxit vitamini adla­nır. D2 və D3 formalarda rast gəlinir. Erqosterinləri ul­tra­bənövşəyi şüa­larla şüalandırdıqda D vitamininə çevrilir. Balıq yağında, yu­murta sarısında, süddə və qara­ciyərdə var. Çatışmadıqda kal­sium və fosfor mü­ba­diləsi pozulur və uşaqlarda raxit xəstəliyi əmələ gə­lir. Gündəlik tələbat 400 beynəlxalq vahidə və ya 10 mkq-a bərabərdir. Beynəlxalq vahid (BV) olaraq erqo­kalsiferolun 0,025 mikroqramı qəbul edilmişdir. Uşaq­ların D vitamininə tələbatı yaşlılara nisbətən 2-2,5 dəfə çoxdur.

Vitamin E - tokoferol – nəsil vitamini adlanır. Dən­li bit­kilərin özək yağında daha çoxdur. Çatışma­dıq­da dölsüzlük əmələ gəlir. Gündəlik tələbat 12-15 mq-dır.

Vitamin K filloxinon – qanın normal laxtalan­ması üçün vacibdir. Bitki mənşəli məhsullarda olur. Gündəlik tələbat təxminən 0,2-0,3 mq-dır. K vitamini bağırsaqlarda da sin­tez olunur.

Qida məhsullarının tərkibində onlara dad, tam və rəng verən maddələrdən üzvi turşular (sirkə, süd, limon, alma, şərab, quzuqu­lağı, kəhrəba, qarışqa və s.), ətirli mad­dələr, fenol birləşmələri (aşı maddələri), fiton­sid­lər, qlükozidlər, boya maddələri və digər birləş­mələr vardır.

Yüklə 6,87 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin