Hacı Əhməd-Cabir Hacı İsmayıl oğlu


(Ya Peyğəmbərim!) De: “Allahın Öz bəndələri üçün yaratdığı zinəti və təmiz (



Yüklə 6,87 Mb.
səhifə16/173
tarix01.01.2022
ölçüsü6,87 Mb.
#103654
növüXülasə
1   ...   12   13   14   15   16   17   18   19   ...   173
(Ya Peyğəmbərim!) De: “Allahın Öz bəndələri üçün yaratdığı zinəti və təmiz (halal) ruziləri kim ha­ram buyurmuşdur?” De: “Bunlar dünyada iman gə­tirənlər üçündür (lakin kafirlərdə onlardan istifadə edə bilərlər), qiyamət günündə (axirətdə) isə yalnız mö­minlərə məxsusdur”. Biz ayələrimizi anlayıb-bilən bir tayfaya belə ətraflı izah edirik. (əl-Əraf, 7/32)..

De: “Allahın sizə ruzi olaraq (göydən) nə en­dir­diyini gördünüzmü ki, onun bir qismini haram, bir qismini isə halal etdiniz?” De: “(Bunu deməyə) Allah Özü sizə izn verdi, yoxsa Allaha iftira yaxırsınız?” (Yunus, 10/59).

Məhz bu ayələr bizə xəbərdarlıq edir. Allahın qoy­duğu sərhəddi aşmamağımızı, halal dediyini halal, ha­ram dediyini də haram qəbul etməyimizi nəsihət edir.

Haramdan çəkinməyən, halalla harama fərq qoy­ma­yan insanın duasını Allah qəbul etməz. Haram qa­zancla edilən yaxşılığın savabı olmaz.

Məhəmməd Peyğəmbər (s.ə.v.) belə buyurur:

Ey insanlar, Allah təmizdir, yalnız təmizi (ha­lal olanı) qəbul edər. Allah peyğəmbərlərə əmr et­di­yini möminlərə də əmr etmişdir”.

Məhəmməd Peyğəmbər (s.ə.v.) sonra bunları söylədi:

Aylarla səyahət edən, saçı-başı dağınıq, toz-torpaq içində (olduğu halda) əllərini göyə doğru qaldırıb “Ya Rəbbi, Ya Rəbbi” deyə dua edən, hal­buki yediyi haram, içdiyi haram, geyindiyi haram olan və haram ilə bəslənmiş olan bu adamın duası necə qəbul olunacaq?” (Müslim, Zekat, 19; Tefsiril-Quran, 3.)

Bir nəfər halal qazancından - Allah halal mal­dan verilən sədəqədən başqa heç bir sədəqəni qəbul etməz – bir xurma qədər sədəqə versə, Allah o sə­də­qəni qəbul edər. Sonra onu, sizin atın balasını (day­çasını) böyütdüyünüz kimi, sədəqə sahibi üçün bö­yüdür. Belə ki, o sədəqə dağ boyda olur” (Buhari, Zekat, 7; Müslim, Zekat, 1.).

Bu ayəti-kərimə və hədisi-şəriflər müsəlman üçün, inanmış insan üçün halal tikənin və halal qazancın nə qədər əhəmiyyətli olduğunu göstərir. Qazancı halal ol­ma­yan insanın duası Allah tərəfindən qəbul edilmə­yə­cəyi kimi, halal olmayan qazancı ilə elədiyi xeyirli işin də bir qiyməti yoxdur.

Ancaq zəruriyyət haramı mübah (dinə görə edil­məsi normal olan, nə günah, nə də savab olan işlər) ha­la gətirir. Dinimizdə məcburiyyət yoxdur. Çünki Isla­miy­yət insana əziyyət verməyən bir dindir. Bir insan özündən asılı olmayan səbəblərlə haram olan bir şey yeməyə və yaxud haram olan bir şeyi eləməyə məcbur qalarsa, halal sayılmasa da, öz ehtiyacını yerinə yetirəcək qədər haram şeylərdən istifadə edə bilər. Bu, günah olmaz. Çünki ayəti-kərimədə haram olan şeylər sayıldıqdan sonra belə deyə buyurulmuşdur: “O (Allah) sizə ölmüş heyvanı, (axar) qanı, donuz ətini və Allahdan başqasının adı ilə (bütlərin və s. adı ilə) kə­silənləri (yeməyi) qəti haram etmişdir. Lakin naəlac qaldıqda (baçqasının malını) zorla mənim­sə­mədən və həddini aşmadan (zəruri ehtiyacı ödəyənə qədər) bunlardan yeməyə məcbur olan kimsənin heç bir günahı yoxdur. Allah bağışlayandır, mərhə­mət­lidir!” (əl-Bəqərə, 2/173).



Yüklə 6,87 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin