Təmr haqqında hədislər
Qurudulmuş xurmaya ərəblər təmr deyirlər. Əmirül-möminin Əli (ə) buyurub: “Təmr yeyin ki, onda çox dərdlərin şəfası var”.
Imam Hüseyn (ə) öz atası Həzrəti-Əmirül-möminin Əli (ə) cənablarının mübarək dilindən nəql edir ki, Rəsuli-Əkrəm (s.ə.v.) oruc olan vaxtlarda iftarını həmişə təmr ilə açardı.
Xurmanın bir növü var ki, ona bərniyy deyirlər. Rəsuli-Əkrəm (s.ə.v.) buyurub:
1. “Cəbrail Cənnətdən gətirdiyi bərniyy ilə mənə nazil oldu”.
2. “Bərniyyədə doqquz xislət var: 1) beli qüvvətləndirər; 2) şeytanın əl-ayağını kəsər; 3) təamı həzm edər; 4) ağızın qoxusunu yaxşılaşdırar; 5) qulağın eşitmə qabiliyyətini artırar; 6) gözü qüvvətləndirər; 7) insanı Allaha yaxın, Şeytandan uzaq edər; 8) cinsi əlaqə meylini artırar; 9) bədəndə olan naxoşluqları aparar”.
Imam Rzanın (ə) “Səhifətür-riza” kitabında deyilir: “Hər kəs ac qarına bərniyy təmri yesə, iflic xəstəliyi ondan gedər”.
Mədinədə yetişdirilən xurmanın daha bir növü vardır ki, ona ücvə deyilir. Imam Cəfər Sadiq (ə) buyurub:
1. “Ücvə təmrlərin anasıdır, onu Adəm Behiştdən nazil edib”.
2. “Ücvə Cənnətdən gəlib, onda şəfa vardır”.
3. “Hər kəs bir gün ac qarına yeddi ədəd ali növ ücvə təmri yesə, o gün ona zəhər, sehr və heç bir şeytan zərər yetirə bilməz”.
4. “Hər kəs yeddi ədəd ücvə təmri yesə, mədəsində olan qurdlar ölər”.
Dostları ilə paylaş: |