Müsəlmanlıq beş təməl üzərində qurulmuşdur:
Allahın varlığına, birliyinə, Həzrəti Muhəmmədin (s.ə.v.) Allahın qulu və Peyğəmbəri olduğuna qəlbi ilə inanması və dili ilə də bunu:
“Əşhədü ən la ilahə illəllah və əşhədü ənnə Muhemmeden Rəsulüllah”deyə söyləməsi,
Dinin dirəyi olan, gündə beş vaxt namazı qılması,
Ramazan ayında oruc tutması,
Dində zəngin sayılanların ildə bir dəfə malının zəkatını verməsi,
Bədəni sağlam və kifayət qədər pulu da varsa, omründə bir dəfə həcc ibadətini etməlidir.
Zəkat: Dində zəngin sayılan kişi, qadın, hər bir Müsəlmanın ildə bir dəfə malının qırxda birini kasıblara verməsi borcdur, fərzdir. Borcundan və keçinəcəyindən başqa 80,18 qram (20 misqal) qızılı və ya 561 qram (200 dirhəm) gümüş, və yaxud da bunların dəyərində pulu və ticarət malı olan şəxs dində zəngin sayılır.
Bəzi adamlar zəkatla xümsü qarışdırırlar. Xüms insanın bu və ya digər vaxtda ələ keçirdiyi qənimətin beşdə birini kasıblara, xüsusən də Peyğəmbərlərin qohum əqrabasına, yetimlərə, yoxsullara və müsafirlərə verilən pul və maldır. Bu barədə “Qurani Kərim”in əl-Ənfal surəsinin 41-ci surəsində buyurulur:
“(Ey möminlər!)əgər siz Allaha və haqla batilin ayırd edildiyi gün – iki dəstənin bir-birilə qarşılaşdığı gün(Bədr günü)bəndəmizə(Muhəmmədə)nazil etdiyimizə(ayələrə)iman gətirmisinizsə, bilin ki, ələ keçirdiyiniz hər hansı qənimətin beşdə biri, Allahın, Peyğəmbərin, onun qohum-əqrabasının, yetimlərin, yoxsulların və müsafirlərindir (pulu qurtarıb yolda qalan yolçularındır).Allah hər şeyə qadirdir!”( əl-Ənfal, 8/41)
“Beşdə biri” ərəbcə “Xüms” deməkdir. Bu ayəti-kərimədən aydın olur ki, xüms yalnız əldə edilən qənimətdən verılir. Zəhmətlə qazanılan və ehtiyat üçün saxlanılan qızıla, gümüşə, pula və keçinəcəyindən artıq olan hər hansı bir mala görə xüms verilməz. Qənimətin miqdarı təfsirlərdə aşağıdakı kimi göstərilir.
Qənimətə 115 dəvə, 14 at, parça, silah, ərzaq və digər qiymətli mallar aid edilir.
Qeyd: İslam dini haqqında heç bir bilgisi olmayan oxucuların bu kitabdan daha səmərəli və düzgün bəhrələnməsi üçün, müəllif onları, çox qısa da olsa, islam dininin əsas inanc təməlləri ilə məlumatlandırmağı özünə borc bilir.