Həyat fəALİYYƏTİ TƏHLÜKƏSİZLİYİNİn nəZƏRİ Əsaslari



Yüklə 3,52 Mb.
səhifə58/98
tarix13.12.2023
ölçüsü3,52 Mb.
#139882
1   ...   54   55   56   57   58   59   60   61   ...   98
476737273-C-fakepath-hft-muhazir-docx

7.4. Süni işıqlandırma
Təbii işıqlanma kifayət etmədikdə süni işıqlandırma tətbiq edilir. Payız-qış aylarında və gecə vaxtı süni işıq təbii işığı tamamlamaqla bərabər, onu əvəz edir.
Süni işıqlandırmanın əsas çatışmazlığı onun fəza işıqlanmasının qeyri-müntəzəmliyindən ibarətdir ki, bunu da çıraqların əlverişli seçilməsi və yerləşdirilməsi ilə aradan qaldırmaq mümkündür.
İşlədilən közərmə lampaları çox kiçik f.i.ə. (3%-ə yaxın) və keyfiyyətsiz spektr şüaları ilə xarakterizə olunur.
İşıq mənbələrinin əsas iqtisadi göstəricilərindən biri onların işıqvermə qabiliyyətidir (V). Bu da işıq enerjisinə çevrilən elektrik enerjisi ilə ölçülür:
m/W, (6.24)
burada F – işıqseli, m;
Wl lampaların gücüdür, W.
Közərmə lampasının işıq verimi çox kiçik, yəni 10-20 m/W, lüminessent lampalarının işıq verimi isə 30-40 m/W.
Süni işıqlandırma istehsalatda ümumi işıqlandırmaqarışıq işıqlandırma (eyni zamanda ümumi və yerli işıqlandır­manı nəzərdə tutur) şəklində tətbiq olunur.
Ümumi işıqlandırma növü çıraqların simmetrik yerləş­dirilməsini nəzərdə tutur.
İşığı fəzada yayma xarakterinə görə çıraqlar üç növ olur: düz işıq salan, işığı əks etdirən və işığı səpələyən.
Süni işıqlandırmanın hesablanma üsulları. Süni işıqlan­dırma dörd üsulla hesablanır:
1. Nöqtə üsulu – yerli işıqlandırma zamanı tətbiq edilir.
2. Vatt üsuluçox sadədir, lakin, az dəqiqliyə malik oldu­ğun­dan yalnız təxmini hesablamalarda işlədilir.
3. Qrafiki üsul – professor A.A.Truxanov tərəfindən təklif edilmişdir. Bu üsulla hesablama apardıqda işıqlanmanın məsafədən, hündürlükdən və düşmə bucağından asılılığını göstərən xüsusi nomoqramlardan istifadə edilir.
4. İşıq seli üsulu – ümumi işıqlandırma zamanı tətbiq edilir. Ən əlverişli üsuldur, çırağın işığını və əks olunan işığı nəzərə alır.
Vatt üsulu ilə işıqlandırmanın hesablanması. İstehsalat sexi çıraqlarının ümumi gücü bu üsulla hesablanır:
; kW (6.25)
burada E – obyektin işıqlanma norması, (sanitar normadan götürülür);
S sexin sahəsi, m2,
K – ehtiyat əmsalıdır, çırağın və lampaların çirklənmə­sini nəzərə alan cədvəllərdən tapılır. Közərmə lampaları üçün K=1,3-1,5; lüminessent lampaları üçün K=1,5-1,8;
Eor – orta horizontal işıqlanmadır, çıraqların müntəzəm yerləş­dirilməsinə və bir W/m2 elektrik enerjisi sərfinə uyğun olaraq götürülür.
103W – dan kW-a çevirmə əmsalıdır.
Ümumi güc tapıldıqdan sonra lampaların sayı (n) hesab­lanır:
(6.26)
burada W1 – bir lampanın gücüdür, istehsalatın imkanına uyğun olaraq qəbul edilir.
İşıq seli üsulu ilə işıqlandırmanın hesablanması. Tələb olunan işıq seli aşağıdakı düsturla hesablanır:
; m (6.27)
burada n – lampaların sayıdır, sexin sxemi üzərində çıraqları simmetrik yerləşdirməklə (miqyasda) tapılır.
Müntəzəm işıqlandırmada çıraqlar üçbucaqlı, yaxud dördbucaqlı şəbəkə üzrə yerləşdirilir. Bu halda çıraqlar arasındakı məsafə L 2,5  H şərtini ödəməlidir (şəkil 6.3).



Yüklə 3,52 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin